Icma.az
close
up
RU
Anti türk Kiprdəki türk səfirliklər, yaxud, pula uduzan Turan sevdası ANALİZ

Anti türk Kiprdəki türk səfirliklər, yaxud, pula uduzan Turan sevdası ANALİZ

Icma.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.

Bir həftə əvvələ qədər elə bilirdik ki, həqiqətən Turan artıq qurulur. Turan qurulacaq və mütləq, onu müdafiə edəcək ordusu da  qurulacaq. Turan ordusu qurulduqdan sonra heç bir ölkənin cəsarəti çatıb tarix boyu hər zaman deportasiyalara, işğallara, soyqırımlara məruz qalmış türkləri əzə bilməyəcək!

Necə ki, Avropa ölkələri özlərini qorumaq üçün NATO-nu, sovet hökümətinin keçmiş respublikaları özünü qorumaq üçün KTMT-ni yaradıb xalqını və dövlətini qoruyursa , türk dövlətləri olan Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan , Türkmənistan , Qırğızıstan + Macarıstan və Şimali Kipr Türk Respublikası birləşib Turan qurub , Turan Ordusunu yaratmalıdır və bu zamanın tələbidir.
Böyük ümidlərlə dəfələrlə Turan quracaq türkdilli dövlətlər görüşdülər, danışdılar, bir-birinə arxa-dayaq olacağı ilə bağlı söz verdilər. Hələ 2024-cü ilin iyul ayında Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) iki günlük  qeyri-rəsmi sammiti türk dünyasının gələcəyi üçün o qədər ümidlər verirdi ki...
Hələ TDT liderlərinin 12-ci sammitinin  2025-ci ildə Azərbaycanda keçiriləcəyini biləndə artıq iri addımlarla irəliyə getdiyimizi, dünyadakı anti türk dövlətlərə, türkü düşmən görən ölkələrə meydan oxuyacağımızı da düşünürdüm və sevinirdim.


Deyir sən saydığını say, gör fələk nə sayır...


Turan sevdası elə bir sevdadır ki, orada məqsədinə yetişmək üçün sevgidən başqa heç nə sənə kömək etməz, bu qədər türk düşmənlərinin TURAN məqsədimiz qarşısında bərkitdiyi tikanı məftilləri, sərhədləri, əngəlləri keçmək üçün Turanı gərək Fərhad Şirini sevdiyi qədər sevəsən, dağ yarasan, qayaları parçalayasan. Hər sevən də Fərhad olmur axı.
Türklüyə, türklərə , Türk dövləti olan Türkiyəyə tarix boyu düşmənçilik edən yunanlara qarşı dostluq, yoldaşlıq təklif etmək, onları gücləndirməyə yönlənmək türklüyə, Turançılığa sığmır axı...
TURAN qurmaq həvəsində olan Qazaxıstanın, Türkmənistanın və Özbəkistanın Cənubi Kipr Respublikasında səfirlik açması Turana da, Türkiyəyə də ən böyük xəyanətidir desək, yanılmarıq ki? Yalnız Türkiyənin rəsmi şəkildə tanıdığı, 1976-cı ildə yaranan ŞKTR-nı tanımağa cürət etməyən, müstəqil olduqları 32 ildə belə orada səfirlik açmaq meyli olmayan bu 3 türk respublikası qəflətən Turan nizamnaməsinə, türklüyə, Türkiyə qardaşlığına niyə arxa çevirdi?2022-ci ildə Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu alan Şimali Kipir Türk Cümhuriyyəti rəsmən türkdilli dövlətlər tərəfindən tanınsaydı, o da Turanın bir vuran qolu ola bilərdi.
Amma anti-türk dünyası, Türkiyə düşmənləri yunanlara məxsus Cənubi Kipri Avropa İttifaqının üzvü edə bilib.

 TDT üzvü  olan Azərbaycanın Prezident İlham Əliyevin məsələyə münasibəti , 3 türkdilli ölkənin bu addımına özünü gözlətmədi:"Azərbaycan Şimali Kipr Türk Respublikasının Türk Dövlətləri Təşkilatında müşahidəçi statusu almasında fəal rol oynadı. Biz bu məsələni fəal şəkildə müdafiə edən ölkələrdənik. Prezident Tatar təşkilatın Şuşa şəhərində qeyri-rəsmi Zirvə toplantısına dəvət olundu və orada iştirak etdi. Şimali Kiprin bayrağı da orada dalğalanırdı.

“Baxın, nə baş verdi? Yunan Kipri Avropa Birliyinə üzv qəbul olundu. Bu ədalətlidirmi? Yəni, bu, ikili standartın bariz nümunəsi idi və siyasətçilər bu haqda danışmaq istəmirlər. Yəni, onlar başlarını ağrıtmaq istəmirlər və bu haqda danışsalar, onlara başağrıdan başqa da problemlər yarana bilər. Ona görə də Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm, biz hər zaman sizinlə olacağıq ki, ölkəniz müstəqil dövlət kimi təsis edilsin və beynəlxalq ictimaiyyət tərəfindən tanınsın”.

 Bəli, Türkiyə də tək deyil, Şimali Kipr Türk Dövləti də!

Əzilməyə məhkum  xalqlar: Türklər və ərəblər


Sizcə, ən böyük eşqlərin, əfsanəvi məhəbbətlərin nakam sonluğunu gətirən nədir? Pul, var dövlət, dünya malı... Biləndən sonra ki, Özbəkistanın Səmərqənd şəhərində Avropa İttifaqı ilə Mərkəzi Asiya ölkələri arasında sammit də keçirilib və Aİ bu 5 ölkəyə 12 milyard dollarlıq investisiya yatıracağına söz verib, məsələ aydın olur.
Demək, Aİ-nın vəd etdiyi pul, Turan qurmaq sevdasından daha güclü çıxdı.
Bəzi politoloqlar israrla qeyd edirlər ki, guya bu 3 türk dövləti ona görə yunan Kiprində səfirlik açır ki, guya gələcək zamanda eyni addımı türk Kiprində də ata bilsin...
Bu versiyaya inananlar ya özlərini aldadır, ya da çatlamış, iflasa uğramış TURAN-ı belə - çatlamış şəkildə  görmək istəmir.

Yunan Kiprində səfirlik açan həmin 3 ölkə əvvəlcə Türk Kipri rəsmən tanıyıb, orada səfirlik açmalı idilər, beynəlxalq arenada buna qarşı etiraz görsəydilər, gedib eyni səfirliyi yunan Kiprində açıb məsələni balanslı şəkildə həll edə bilərdilər.Bu da yunanpərəst ölkələrə tutarlı bir cavab olardı.
Sonda bir daha qeyd edirəm ki, Avropa özünü qorumaq üçün NATO-dan başqa 30-a yaxın beynəlxalq təşkilat yaradıb. SSRİ -nin keçmiş respublikaları da KTMT-ni yaratdı. Bir öz qoruyucu təşkilatını yarada bilməyən türklərdir, bir də ərəblər. Və elan edirəm ki, öz qoruyucu təşkilatını yaratmayan eynidilli xalqlar necə ki tarix boyu əzilən, işğal edilən, soyqırıma, deportasiya məruz qalan xalqlar olubsa, eləcə də qalacaqlar... Dünyanın sonuna qədər...
Qazaxıstan da, Qırğızıstan da, Türkmənistan da 30 il Azərbaycan torpaqlarının susdular. Hətta Ermənistanla ciddi diplomatik və ticari əlaqələr yaratdılar. İsrail dövləti Ermənistana silah satmadığı halda Qazaxıstanın Ermənistana silah tədarükü ilə bağlı xəbərlərə üzüldük.
Sonra Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev vaxtilə İrəvana səfər edərək ”soyqırım" abidəsinə gül-çiçək qoymuşdu. 2017-ci ildə Qırğızıstan hökumətindən Azərbaycan əleyhinə xain mövqesini unutmadıq. ECO toplantısındakı səsvermədə Bişkək Ermənistana dəstək nümayiş etdirdi , yadınızdadırmı?
2022-ci ildə  Prezident İlham Əliyev Bakıda keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” adlı beynəlxalq konfransda bu fikirləri də xatırlayırıq: Biz bütün Xəzəryanı ölkələrə məktublar göndərdik ki, Rusiyadan Ermənistana silah daşıyan yük təyyarələrinə uçuş icazəsi verilməsin. Belə məktublar Qazaxıstan, Türkmənistan və İrana göndərildi. Təəssüf ki, bu təyyarələr həmin ölkələrin hava məkanından istifadə edərək Ermənistana daxil olurdu”. İndi gərək Turan qurmağa həvəslənən bu 3 ölkənin əməllərinə bu gün təəccüblənməyək. Türkiyə də ŞKTR-da təəccüblənməsin...


P.S. Vallah bəzi faktlar var ki, oxuyuram, yaxud xatırlayıram, məndən olsa Asiya türkləri ilə burax da Turan qurmağı heç onlarla hin də qurmaram... Onların etdiyi namərdlikdir, arxadan zərbə vurmaqdır.

 Əntiqə Rəşid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://adalet.az
archiveBu xəbər 11 Aprel 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri