Icma.az
close
up
RU
Antibiotiklər viruslara təsir etmir, faydasızdır Pediatr yayılan xəstəliklərdən DANIŞDI

Antibiotiklər viruslara təsir etmir, faydasızdır Pediatr yayılan xəstəliklərdən DANIŞDI

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bildiyimiz kimi, son dövrlərdə uşaqlar və böyüklər arasında müxtəlif infeksiyaların kəskin şəkildə yayılması müşahidə olunur. Bu səbəbdən bəzi valideynlər övladlarının daha tez sağalması məqsədilə həkim məsləhəti olmadan antibiotiklərə müraciət edirlər.

Bəs uşaqlara antibiotiklərin nəzarətsiz verilməsinin hansı fəsadları ola bilər?

Pediatr Şəlalə Poluxova Redaktor.az-a açıqlamasında bildirdi ki, son dövrlər uşaqlar və böyüklər arasında yayılan müxtəlif infeksiyalar valideynləri tez-tez antibiotik istifadəsinə yönəldir:

"Tez sağalma məqsədilə antibiotiklərə müraciət edilsə də, bir mühüm məqam nəzərdən qaçırılır: uşaqlarda rast gəlinən soyuqdəymə, qrip və boğaz ağrıları kimi xəstəliklərin böyük əksəriyyəti virus mənşəlidir. Viruslara isə antibiotiklər təsir etmir, yəni faydasızdır. Əksinə, lazımsız istifadə orqanizm üçün zərərlidir".

Onun sözlərinə görə, nəzarətsiz antibiotik istifadəsi bir sıra ciddi fəsadlara yol açır:

"Ən əsas risk antibiotik rezistentliyidir. Antibiotiklərin düzgün və məqsədsiz istifadəsi bakteriyaların bu dərmanlara qarşı davamlılıq qazanmasına səbəb olur. Nəticədə gələcəkdə infeksiyalar daha ağır keçir və standart antibiotiklər təsirsiz qalır. Bu zaman yalnız həqiqi bakterial infeksiyalar zamanı daha güclü, toksik və intensiv antibiotiklərdən istifadə zərurəti yaranır. Digər ciddi problem bağırsaq mikroflorasının zədələnməsidir. Antibiotiklər təkcə zərərli deyil, faydalı bakteriyaları da məhv edir. Bunun nəticəsində ishal, qarın ağrısı, köp, eləcə də immun sistemin uzunmüddətli zəifləməsi riski artır. Ev şəraitində düzgün olmayan antibiotik istifadəsi uşaqlarda allergik reaksiyalar, qaşınma və digər xoşagəlməz simptomlara da səbəb ola bilər. Xüsusilə venadaxili antibiotiklərin evdə tətbiqi həyati təhlükə yaradır. Uşaqlarda qaraciyər və böyrək sistemi tam yetkin olmadığından dozanın düzgün hesablanmaması toksik təsir göstərə bilər. Antibiotik simptomları müvəqqəti azaltsa da, əsas bakterial infeksiya qalırsa, mikrob tam məhv olunmur. Bu isə bakteriyaların antibiotikə qarşı müdafiə mexanizmi formalaşdırmasına və gələcəkdə həmin dərmanın təsirsiz qalmasına səbəb olur".

Həkim əlavə etdi ki, erkən yaşda tez-tez antibiotik qəbul edən uşaqlarda sonrakı illərdə allergik xəstəliklər, piylənmə və immun sistem pozğunluqları kimi ciddi fəsadlar yarana bilər:

"Ev şəraitində antibiotik istifadəsində başqa bir risk də dozanın dəyişdirilməsidir. Bəzi valideynlər uşağın vəziyyəti yaxşılaşan kimi antibiotik kursunu yarımçıq saxlayır və ya dozanı azaldır. Bu, qətiyyən doğru deyil. Eyni zamanda “qonşunun uşağına yaxşı təsir edib” düşüncəsi ilə antibiotik vermək də yolverilməzdir. Belə yanaşma mikrobların davamlılığını artırır və gələcək müalicəni çətinləşdirir. Təcrübədə rast gəlinir ki, bəzi valideynlər venadaxili antibiotikləri evdə özbaşına tətbiq edirlər. Bu, son dərəcə təhlükəlidir. Simptomların azalması valideyni çaşdıra bilər, lakin bu, mikrobu öldürmür, sadəcə zəiflədir. Nəticədə düzgün diaqnoz gecikir və infeksiya gələcəkdə daha ağır formada ortaya çıxır. Valideynlər üçün əsas tövsiyə budur ki, antibiotik yalnız həkim təyinatı ilə, düzgün dozada və təyin olunmuş müddət ərzində verilməlidir. Həkim 10 günlük kurs yazıbsa, onu üçüncü və ya beşinci gündə dayandırmaq olmaz.

Qeyd edim ki, Avropa ölkəsində antibiotiklər yalnız həkim resepti əsasında satılır. Təəssüf ki, bəzi ölkələrdə, o cümlədən bizdə bu nəzarət yetərli deyil və antibiotiklər apteklərdən asanlıqla əldə olunur".

Pediatrın fikrincə, antibiotikləri hamının ağlına görə alması doğru deyil və antibiotiklərin yalnız həkim resepti ilə satılması daha yaxşı olardı.

"Nəzarətsiz antibiotik xüsusilə influenza və digər virus infeksiyalarının geniş yayıldığı dövrdə uşaqların sağlamlığını ciddi risk altına salır. Beləliklə, antibiotiklər möcüzə dərman deyil. Onlardan yalnız həkim göstərişi ilə, doza və müddətə ciddi əməl olunmaqla istifadə edilməlidir. Özbaşına antibiotik qəbulu uşağın sağlamlığını təhlükəyə atır. Məqsəd tez sağaltmaq yox, düzgün müalicə etmək olmalıdır".

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 Yanvar 2026 22:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see173

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see144

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see144

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see138

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see137

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see127

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see127

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see123

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see123

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri