Icma.az
close
up
RU
® Antikorrupsiya davranış modelinin formalaşdırılması Maarifləndirici tədbir

® Antikorrupsiya davranış modelinin formalaşdırılması Maarifləndirici tədbir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında “Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin antikorrupsiya davranış modelinin formalaşdırılması ilə bağlı 2026-cı il üçün Fəaliyyət Planı” üzrə İllik Maarifləndirici Tədbirlər Planına uyğun olaraq növbəti maarifləndirici tədbir həyata keçirilib.

Tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəis müavini Nahidə Mahmudova, Xəstə xidmətləri şöbəsinin rəisi Cəmilə İsmayılova, Sığorta şöbəsinin rəisi İlahə Məmmədova, İT şöbəsinin rəisi Bəhruz Muradov, məsul tibb bacıları, rezidentler və əməkdaşlar iştirak ediblər.

Tədbirdə salamlama nitqi ilə çıxış edən Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım səhiyyə sahəsində korrupsiya ilə mübarizənin pasiyentlərin əlçatan, bərabər və keyfiyyətli tibbi xidmətlər əldə etməsində mühüm rol oynadığını vurğulayaraq, bu istiqamətdə sistemli yanaşmanın və institusional tədbirlərin gücləndirilməsinin vacibliyini qeyd edib.

Daha sonra Mərkəzi Gömrük Hospitalının Xəstə xidmətləri şöbəsinin rəisi Cəmilə İsmayılova “Korrupsiya ilə mübarizədə Xəstə xidmətləri şöbəsinin işinin təşkili və bu sahədə zəruri addımlar” mövzusunda çıxış edərək, pasiyentyönümlü xidmətlərin təşkili zamanı şəffaflığın təmin olunmasının, xidmətlərə bərabər çıxış imkanlarının yaradılmasının və etik davranış prinsiplərinə riayət edilməsinin korrupsiya risklərinin azaldılmasında mühüm rol oynadığını diqqətə çatdırıb. O, bu sahədə növbəlilik sisteminin düzgün qurulmasının, pasiyent müraciətlərinin operativ və obyektiv şəkildə cavablandırılmasının, həmçinin xidmət proseslərinin standartlaşdırılmasının əhəmiyyətini vurğulayıb.

Sığorta şöbəsinin rəisi İlahə Məmmədova isə “Sığorta şirkətləri və pasiyentlərlə iş sahəsində keyfiyyətli xidmətin təşkili” mövzusundakı çıxışında sığorta şirkətləri və pasiyentlərlə iş prosesində şəffaflıq, düzgün sənədləşmə və qarşılıqlı etimadın təmin olunmasının vacibliyindən bəhs edib. O, sığorta mexanizmlərinin düzgün tətbiqinin, xidmətlərin əsaslandırılmış şəkildə təqdim olunmasının və bütün əməliyyatların aydın uçotunun aparılmasının korrupsiya risklərinin minimuma endirilməsinə xidmət etdiyini qeyd edib.

İT şöbəsinin rəisi Bəhruz Muradov “Tibb müəssisəsində korrupsiya ilə mübarizədə elektron xidmətlərin və rəqəmsallaşmanın vacibliyi” mövzusunda çıxış edərək, tibb müəssisələrində korrupsiya ilə mübarizədə rəqəmsallaşmanın roluna toxunub, elektron növbə sistemləri, tibbi informasiya sistemləri və nağdsız ödəniş mexanizmlərinin tətbiqinin şəffaflığın artırılmasına və insan faktorundan irəli gələn risklərin azaldılmasına imkan yaratdığını bildirib. O, həmçinin bütün əməliyyatların elektron mühitdə qeydə alınmasının və izlənilə bilməsinin hesabatlılığın gücləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Tədbir çərçivəsində iştirakçılar arasında mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb və səsləndirilən təkliflər dinlənilib.

Sonda qeyd olunub ki, Mərkəzi Gömrük Hospitalında davamlı olaraq həyata keçirilən bu cür maarifləndirici tədbirlər səhiyyə sistemində şəffaflığın artırılması, etik davranış mühitinin gücləndirilməsi və korrupsiya risklərinin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Aprel 2026 13:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri