Icma.az
close
up
RU
® Mərkəzi Gömrük Hospitalında “Etik davranış mədəniyyəti və stres idarəetməsi” mövzusunda maarifləndirici təlim keçirilib

® Mərkəzi Gömrük Hospitalında “Etik davranış mədəniyyəti və stres idarəetməsi” mövzusunda maarifləndirici təlim keçirilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 22 iyun, AZƏRTAC

İyunun 21-də Mərkəzi Gömrük Hospitalında “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi” çərçivəsində etik dəyərlərin təşviqi və psixoloji dayanıqlığın artırılması məqsədilə “Etik davranış mədəniyyəti və stresin idarə olunması” mövzusunda maarifləndirici təlim təşkil olunub.

Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım, Mərkəzi Gömrük Hospitalının rəisi- Baş həkim, t.e.d. Bəxtiyar Musayev, şöbə rəisləri və əməkdaşlar iştirak ediblər.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasım açılış nitqi ilə çıxış edərək, tədbirin əhəmiyyətinə toxunub. Bildirib ki, “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksi” nəzəri biliklərin və gündəlik praktik fəaliyyətin ayrılmaz hissəsi kimi hər bir əməkdaş üçün davranış standartlarını müəyyən edən və daim rəhbər tutulmalı olan əsas sənəddir. Rəis müavini qeyd edib ki, Etik Davranış Kodeksinin müddəalarına əməl olunması kollektivdə sağlam iş mühitinin formalaşmasına, qarşılıqlı hörmətin və yüksək peşəkarlığın təşviqinə xidmət edir. O, tədbirin əməkdaşların peşəkar etik prinsiplər barədə biliklərinin artırılması və bu dəyərlərin iş həyatında uğurla tətbiqinə şərait yaratması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Daha sonra Mərkəzi Gömrük Hospitalının rəisi – baş həkim, t.e.d. Bəxtiyar Musayev çıxış edərək etik davranış qaydalarına əməl olunmasının səhiyyə sektorunda çalışan hər bir əməkdaş üçün vacibliyini, pasiyentlərlə ünsiyyətdə şəffaflıq, hörmət, peşəkar yanaşma və etibarlılıq prinsipləri tibb müəssisələrinin nüfuzunu formalaşdıran əsas amillərdən olduğunu qeyd edib. B.Musayev belə tədbirlərin davamlı keçirilməsinin əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və pasiyentlərə göstərilən xidmətin keyfiyyətinin artırılması istiqamətində vacib addım olduğunu xüsusi vurğulayıb.

Tədbirdə Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Hüquq şöbəsinin rəisi Rəna Hüseynova “Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin Etik Davranış Kodeksinin izahı” mövzusunda və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Həkim-Tibb Komissiyasının psixiatrı, t.ü.f.d., dosent Gülay Məmmədzadə “İnsanlarla işləyən insanlar: streslə mübarizə üçün nələr edə bilərik?” mövzularında təqdimatla çıxış ediblər.

Tədbirin sonunda iştirakçılar etik davranış qaydaları və stresin effektiv idarə olunması ilə bağlı fikir mübadiləsi aparıb, mövzu ətrafında verilən suallar cavablandırılıb. Təlim iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Dilarə Zamanova

Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:90
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 İyun 2025 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see184

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see157

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see157

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see150

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see144

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see140

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see136

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see134

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see131

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see130

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see130

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see128

“Erməni kilsəsi milli siyasi manipulyasiya mərkəzi olub”

23 Dekabr 2025 10:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri