Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? KONKRET

“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? KONKRET

Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son günlər mediada Azərbaycan Xarici İşlər nazirinin müavini Yalçın Rəfiyev haqqında ciddi iddialar işıq üzü görüb. Həmin məlumatlara görə, Qubada 8 noyabr Zəfər Günü ilə bağlı nəzərdə tutulan bayram tədbirini “Laguna Group” şirkəti keçirəcək. Məsələ burasındadır ki, şirkət Quba Rayon İcra Hakimiyyətinin bununla bağlı keçirdiyi tenderin qalibi seçilib. Şirkət göstərdiyi xidmətə görə 181 580,05 manat alacaq. Kiçik araşdırma zamanı məlum olub ki, nizamnamə kapitalı 10 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi, ev 27, mənzil 102 olan şirkətin qanuni təmsilçisi Əsgərov Ramil Əsgər oğludur. Ən maraqlısı odur ki,

“Laguna Group” MMC-nin hüquqi ünvanında xarici işlər nazirinin müavini Yalçın Rəfiyev özü qediyyatdadır.

Ümumiyyətlə, artıq bu tipli məlumatlar cənab Rəfiyev haqqında daha əvvəllər də yayılıb.

KONKRET.az-ın araşdırma qrupu bu məlumatların detallarına aydınlıq gətirib. Məlum olub ki, Yalçın Rəfiyev Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) ilk azərbaycanlı məzunlarından biri olub. Qeyd edək ki, antikorrupsiya tədbirləri ilə bağlı təlim keçən, qərargahı Avstriyanın Laksenburq şəhərində yerləşən beynəlxalq hökumətlərarası təşkilat 2010-cu ildə Avstriya hökuməti, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), Avropa Şurası, INTERPOL və bir sıra digər beynəlxalq təşkilatların təşəbbüsü ilə təsis edilib.
IACA-nın əsas məqsədləri korrupsiyaya qarşı mübarizədə beynəlxalq əməkdaşlığı gücləndirmək, dövlət qulluqçuları, hüquq-mühafizə orqanları əməkdaşları, auditorlar, jurnalistlər və QHT nümayəndələri üçün tədris proqramları təşkil etməkdir. Araşdırmalarımızda diqətimizi çəkən ən ilginc fakt o oldu ki, akademiyanın əsas müəllimlərindən biri olan, Yalçın Rəfiyevə dərs deyən və onunla çox isti münasibətləri olan Luis Moreno‑Okampo daim Azərbaycana qarşı düşmənçilik mövqeyində dayanıb. Xalqımızın qanını içməyə belə hazır olan Okampo hələ 7 avqust 2023-cü ildə bir “ekspert rəyi” ilə ölkəmizə qarşı şər və haqsız iddialar yayıb. O, Azərbaycan dövlətini Qarabağ bölgəsində ermənilərə qarşı ‎“soyqırım” (genocide) etməkdə ittiham edib və müxtəlif səviyyələrdə etdiyi çıxışlarda Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınması məsələsini qabardıb.

Beynəlxalq Cinayət Məhkəməsinin ilk prokuroru kimi beynəlxalq cinayət hüququnda nüfuzlu fiqur kimi tanınan ekspert “Expert Opinion: Genocide against Armenians in 2023” adlı sənəddə xüsusi olaraq bildirirdi ki, “Qarabağdakı ermənilərə qarşı “genosid” riski (və bəzi hallarda genosid aktları) baş verir; xüsusi diqqət blokadalar (Lachin dəhlizi), əhali sıxışdırılması və hədəf götürülmüş məhdudlaşdırmalara yönəlir”. O, məsələyə beynəlxalq diqqət çəkmək üçün açıq məktublar, mediasiya (o cümlədən “Washington Post” məqaləsi) və sosial media paylaşımı vasitəsilə çağırışlar edir, BMT-nin Təhlükəsizlik Şurasını və digər beynəlxalq qurumları hərəkətə keçməyə çağırırdı. Okampo Genosid Konvensiyasının (1948) tərifinə uyğun elementlərin mövcud olduğunu iddia etsə də, məqsədli şəkildə ölkəmizi ittiham edirdi ki, Azərbaycan humanitar yardımların qarşısını almaqla Qarabağda yaşayan erməniləri aclığa sürükləyir. O, var gücü ilə bütün bu iddiaların analitik şəkildə təsvirini verir, amma bir ekspert rəyinin təqdim etdiyi hüquqi analiz və faktlar məhkəmə dəlili səviyyəsində tanınmırdı. Lakin onun statusu Azərbaycanı bir sıra məsələlərdə çətin vəiyyətə salmışdı. Okampo həyasızcasına azərbaycanlıların Qarabağda erməni mədəni irsinə vurduğu hansısa “ziyanlardan” danışırdı.

Əlbəttə, bu deyilənlərin heç bir hüquqi yükü yox idi. Bunları sübut etmək üçün yalnız nəticə yox, xüsusi qəsdi müəyyən etmək lazım idi. Amma Okampo və onun dostları siyasi-diplomatik məqsədlərinə qismən də olsa, çatırdı. Ermənistan, erməni diasporu və insan haqları qrupları bu çağırışları alqışlayır, Avropa və ABŞ daxilində, eləcə də beynəlxalq ictimaiyyətdə qısa da olsa, gündəm yaradırdı.

Azərbaycan diplomatiyası isə onun rəyini rədd etməklə sübut etdi ki, bu proseslər ölkənin suverenliyə qarşı yönəlmiş siyasi açıqlamadan başqa bir şey deyil. Lakin ölkəmizə qarşı qərəzli münasibət anti-Azərbaycan yönümlü digər şəxslərin də ayrı-ayrı vaxtlarda “mütəşəkkil” şəkildə hücumları ilə nəticələnirdi. Qeyd edək ki, məhz bu xidmətləri ilə o, Ermənistanda hələ də bir qəhrəman hesab edilir. Məhz buna görə də Moreno-Okampo 2024-cü ilin yanvarında Ermənistan tərəfindən “Minnətdarlıq medalı” ilə təltif olunub. Görünən odur ki, bu təltif Azərbaycan qarşı yürüdülən insan hüquqları kampaniyalarına verilən əsas “qiymətdir”.

Bütün bu faktlar Okamponun Azərbaycanla bağlı düşmən mövqeyinin miqyasını göstərir ki, məhz bu məqam da onun dərs dediyi və yaxın münasibətlərdə olduğu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev haqqında başqa iddiaları da gündəmə gətirib.

Əvvəlcə qeyd edək ki, Yalçın Rəfiyevin belə bir akademiyada təhsil alması ilə ölkənin dövlət idarəçiliyində şəffaflıq və etik davranış baxımından örnək ola biləcək gənc diplomat obrazı yaratmışdı. Çünki ilk baxışdan belə görünürdü ki, Avstriyanın Laksenburq şəhərində yerləşən bu akademiyanın məqsədi məhz dövlət idarəçiliyində korrupsiyanın qarşısını almaq, antikorrupsiya mexanizmləri və etik idarəetmə təcrübələrini formalaşdırmaqdır.

Lakin illər keçdikcə Rəfiyevin karyerası və onun ailəsinə məxsus kommersiya strukturları ətrafında formalaşan mənzərə “antikorrupsiya məzununun” tədrisdə öyrəndiyi prinsiplərlə real idarəçilik təcrübəsi arasında ciddi uyğunsuzluq yaratdı.

Qeyd edək ki, Yalçın Rəfiyev 2016-cı ildə IACA-da ikiillik magistr proqramını bitirdikdən sonra Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) sürətli yüksəliş trayektoriyası nümayiş etdirib. O, əvvəlcə Beynəlxalq Təhlükəsizlik İdarəsində birinci katib, daha sonra Cenevrədəki BMT bölməsində birinci katib, ardınca idarə rəisinin müavini, 2019-cu ildə isə “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı və ikinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi alıb.

2023-cü ildə isə Prezident sərəncamı ilə xarici işlər nazirinin müavini təyin olunub. Bu yüksəliş, bir tərəfdən, peşəkar bacarıq göstəricisi kimi təqdim oluna bilər. Lakin onun ailə və biznes əlaqələri fonunda korrupsiya riski ciddi narahatlıq doğurur. Analitik baxımdan diqqət çəkən əsas məsələ odur ki, Rəfiyevin rəsmi qeydiyyatda olduğu ünvan Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsi 27, mənzil 102 – bir neçə kommersiya şirkətinin də hüquqi ünvanıdır. Bu şirkətlər arasında “Laguna Group” MMC (“Laguna Travel” brendi ilə),“MY WINGS” MMC, “Aqroman” MMC adlı müəssisələr var. Bu şirkətlərin idarəçiləri və təsisçiləri əsasən Yalçın Rəfiyevin yaxın qohumlarıdır – qardaşı Müzadil Rəfiyev və əmisi oğlu Ərtoğrul Qarayev.

Formal baxımdan bu, korrupsiya və vəzifədən sui-istifadə ittihamı yaratmır. Lakin “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 9.3.3-cü maddəsinə görə, vəzifəli şəxsin birbaşa və ya dolayı şəkildə sahibkarlıq fəaliyyəti ilə məşğul olması korrupsiyaya şərait yaradan hüquq pozuntusu hesab edilir. Məhz bu “dolayı sahibkarlıq” elementləri Rəfiyev ailəsinin biznes strukturlarını diqqət mərkəzinə gətirir. Rəfiyevlərlə bağlı kommersiya qurumları, xüsusən “Laguna Group” və “Aqroman” MMC dövlət sifarişləri və tenderlər vasitəsilə milyonlarla manatlıq layihələr alıb.

“Laguna Group” MMC 2023-cü ilin oktyabrında Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi ilə 134 979 manatlıq müqavilə bağlayıb (“Şuşa Simpoziumu”nun təşkili üçün). “Aqroman” MMC 2022–2023-cü illərdə eyni qurumla ümumilikdə 2,3 milyon manatdan çox dəyərində müqavilələr imzalayıb. 2023-cü ilin dekabrında isə Qarabağ İqtisadi Rayonunun Yenidənqurma Xidməti ilə 745 730 manatlıq söküntü işləri müqaviləsi əldə edib. Ümumilikdə, 3,2 milyon manat dəyərində dövlət sifarişi Rəfiyevin qeydiyyatda olduğu ünvanla əlaqəli şirkətlərə yönəlib. Bu fakt antikorrupsiya prinsipləri baxımından potensial maraqlar toqquşması göstəricisidir.

COP29-un baş danışıqlar aparıcısı kimi təyin olunan Yalçın Rəfiyev eyni zamanda Azərbaycanın beynəlxalq imicinin formalaşmasında əsas fiqurlardan biridir. Lakin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin 12 oktyabr tarixli aktına görə, onun qardaşına məxsus “Aqroman” MMC Şuşada qanunsuz ağac kəsimi faktı ilə cərimələnib. Bu hadisə “yaşıl enerji və ekoloji diplomatiya” konseptinin daşıyıcısı olan Rəfiyevin rəsmi və etik mövqeyi ilə ciddi ziddiyyət yaradır. Bu hallarla bağlı nə Xarici İşlər Nazirliyi, nə də İqtisadiyyat Nazirliyi ictimaiyyətə izah təqdim etməyib. Şirkət rəhbərlərinin cavabları isə ya inkar, ya da etik normaları pozan etiraflar şəklində olub. Məsələn, Müzadil Rəfiyev etiraf edib ki, bəzən tender olmadan dövlət qurumları ilə müqavilə imzalayıb. Bu isə əlbəttə ki, “Dövlət satınalmaları haqqında” Qanunun 44-cü maddəsinə ziddir. Yəni, problem artıq etik səviyyədən çıxaraq hüquqi məsuliyyət sferasına keçir.

Yalçın Rəfiyev haqqında hekayəni bilən hər kəs ilk nöbvədə belə düşünürdü ki, o, Beynəlxalq Antikorrupsiya Akademiyasının məzunu kimi korrupsiyanın institusional və mədəni səbəblərini ən yaxşı bilən şəxslərdən biri olmalı idi. Onun akademiyadakı müəllimi, Beynəlxalq Cinayət Məhkəməsinin ilk prokuroru Luis Moreno-Okampo məhz mərasimlərin birində deyirdi:

“Korrupsiya ilə mübarizə aparanlar onu törədənlərdən hələ də daha ləng hərəkət edirlər”.

Bu sitat Rəfiyevin öz həyat trayektoriyası fonunda simvolik məna qazanır. Çünki onun karyerası göstərir ki, Azərbaycanda institusional etik normalar fərdi uğur qarşısında çox zaman simvolik səviyyədə qalır.

Beləliklə, Yalçın Rəfiyevin hekayəsi təkcə bir məmurun yüksəlişindən və ailə biznesindən ibarət deyil. Bu, həm də Azərbaycan dövlətinin imicinə vurulan bir göstəricidir.

Çox təəssüflər olsun ki, Beynəlxalq Antikorrupsiya Akademiyasının məzunu, COP29-un əsas diplomatı olan Yalçın Rəfiyevin ailə üzvlərinə məxsus milyonluq dövlət sifarişləri, ekoloji pozuntu ilə əlaqələndirilən şirkətlər hələ ki, heç bir araşdırmaya məruz qalmayıb.

KONKRET.az-ın Araşdırma Qrupu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://konkret.az
archiveBu xəbər 10 Noyabr 2025 09:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see242

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see229

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see208

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see207

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see201

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see196

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see189

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see187

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see169

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see168

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see159

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see158

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see158

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see153

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see150

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see145

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri