Icma.az
close
up
RU
​“ANTİRUSİYA PAŞİNYAN SADƏCƏ MİFDİR...” Sabiq nazirdən sərt ittihamlar

​“ANTİRUSİYA PAŞİNYAN SADƏCƏ MİFDİR...” Sabiq nazirdən sərt ittihamlar

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Ermənistan Baş naziri Nikol Paşinyanın Zəngəzur bölgəsinə etdiyi səfərlər və oradakı fəallığı siyasi kulislərdə ciddi müzakirələrə səbəb olub. Keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Paşinyanın bu addımlarını və Ermənistanın "Qərbə inteqrasiya" ritorikasını kəskin tənqid edərək, pərdəarxası məqamları barədə danışıb.

T.Zülfüqarov qeyd edir ki, əgər Paşinyan həqiqətən Ermənistanın xarici siyasət kursunu Rusiyadan uzaqlaşdırıb Qərbə yönəltmək istəyirsə, onun addımları tamamilə fərqli olmalı idi: "Əgər o, Ermənistanı Rusiyadan qoparıb Qərbə aparmaq istəyirsə, niyə Ermənistanın yeni geosiyasi prioritetlərini simvolizə etmək üçün Ermənistan-Türkiyə sərhədi boyunca piyada gəzintilərə çıxmır, əvəzində isə mübahisəli Zəngəzurda “siyasi alpinizm” ilə məşğul olur? Niyə məhz 2020-ci il kapitulyasiyasının yeganə yerinə yetirilməmiş şərti olan məlum 9-cu bəndin (Zəngəzur dəhlizi - red.) zonasında bu qədər aktivdir?"

Keçmiş nazir vurğulayır ki, Paşinyanın 9-cu bəndi yerinə yetirməsinə qadağa qoyan məhz Rusiyadır. O, tarixi faktlara müraciət edərək Rusiyanın bölgədəki rolunu üç mərhələyə bölür:

-"Birinci Rusiya": İşğal olunmuş İrəvan xanlığının xarabalıqları üzərində "Erməni vilayəti"ni yaradan Rusiya İmperiyası.

-"İkinci Rusiya": Azərbaycan Xalq Cümhuriyyətinin işğalından 7 ay sonra Zəngəzuru Ararat Respublikasının qalıqlarına verən bolşevik Rusiyası.

-"Üçüncü Rusiya":2020-ci ildə Zəngilan və Laçında irəliləyən Azərbaycan ordusunun qarşısına öz qoşunlarını çıxaran, əraziyə Ermənistanın yox, nümayişkaranə şəkildə Rusiyanın bayrağını sancaraq buranın "sahibinin" kim olduğunu göstərən "Putin Rusiyası".

Tofiq Zülfüqarovun fikrincə, bu tarixi və cari reallıqlar Ermənistan rəhbərliyinin oyununu tam çılpaqlığı ilə ortaya qoyur: "Tarixi faktların bu bir qədər publisistik təqdimatı birmənalı olaraq göstərir ki, “antirusiya Paşinyan” sadəcə bir mifdir. Bu mif, Qafqaz dağlarının arxasına doğru qarşısıalınmaz şəkildə geri çəkilən imperiyanın bölgədəki sonuncu istehkamlarını və sərhədlərini qoruyub saxlamaq cəhdindən başqa bir şey deyil".

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 20 İyul 2026 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see556

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see504

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see346

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see275

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see253

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see246

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see226

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see220

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see217

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see212

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see205

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see196

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see196

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see193

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see187

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see186

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see185

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri