Icma.az
close
up
RU
“Qarabağda sonadək döyüş aparılması barədə iddialar mifdir, qaçıblar” Paşinyan

“Qarabağda sonadək döyüş aparılması barədə iddialar mifdir, qaçıblar” Paşinyan

Yeniavaz portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Qarabağda döyüşlərin sona qədər davam etməsi ilə bağlı səsləndirilən fikirlər reallığı əks etdirmir.
Yeniavaz.com 
xəbər verir ki, bu sözləri martın 26-da jurnalistlərlə söhbətində Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan qeyd edib ki, 2023-cü ildə Dağlıq Qarabağ hadisələrindən sonra Ermənistan Təhlükəsizlik Şurasının iclası keçirilib və hərbi əməliyyatların nəticələri ətraflı təhlil olunub. Onun sözlərinə görə, döyüşlərin sonadək davam etməsi barədə iddialar “yumşaq desək, reallığa uyğun deyil”.
Baş nazir bildirib ki, kəşfiyyat məlumatlarına əsasən, silahların böyük hissəsinə – təxminən 80-90 faizinə ümumiyyətlə toxunulmayıb.
“Onların sona qədər vuruşduqları barədə iddialar mifdir. Bu, yalandır. Belə bir şey olmayıb, qaçıblar”, – deyə Paşinyan vurğulayıb.
Paşinyan əlavə edib ki, bu hadisələr eyni zamanda Ermənistan daxilində siyasi proseslərə təsir göstərmək məqsədi daşıyan planın bir hissəsi olub. Onun iddiasına görə, bəzi qüvvələr 44 günlük etirazlar fonunda hakimiyyət dəyişikliyinə nail olmağa çalışsalar da, buna nail ola bilməyiblər.
Baş nazir həmin şəxslərin nə Ermənistanı, nə də Qarabağ ermənilərini təmsil etdiyini və legitimliklərinin olmadığını bildirib. O, həmçinin qeyd edib ki, rəsmi İrəvan əvvəllər siyasi dialoq üçün şərait yaratsa da, Qarabağdakı bəzi dairələr bu prosesə mane olub və öz addımları ilə vəziyyəti daha da gərginləşdiriblər.
Paşinyanın sözlərinə görə, həmin şəxslər sonradan Qarabağı tərk edərək Ermənistan hakimiyyətini sərhədi bağlamaqda ittiham ediblər.
“Onlara xəbərdarlıq etmişdim ki, getsələr, geri qayıda bilməyəcəklər”, – deyə o əlavə edib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 26 Mart 2026 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çelsi nin futbolçusu Premyer Liqa klubunun hədəfində

23 Avqust 2026 18:45see342

A Seriyası: Milan səfərdən 3 xalla dönür

24 Avqust 2026 01:58see278

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see275

Bu Avropa şəhərində günəş iki ay batmır: Harada yerləşir? (FOTO/VİDEO)

23 Avqust 2026 21:15see267

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see245

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see204

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see203

Hansi Flik Qavinin zədəsi barədə danışıb

24 Avqust 2026 03:49see178

Mustafa Aşurov: Azərbaycan Özbəkistan mədəni əlaqələrində musiqinin xüsusi rolu var.

23 Avqust 2026 22:01see176

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see172

İrandan Hörmüzlə bağlı YENİ QƏRAR gəmilərdən rüsum tutulacaq

24 Avqust 2026 01:20see170

A Seriyası: Nəhənglər səfərdə sevindi

24 Avqust 2026 00:48see168

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see168

Yuri Vernidub: “Rəqibi doğru şifrələmək üçün yuxusuz gecələr keçirirəm”

23 Avqust 2026 23:53see167

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see157

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see156

Qarabağın bərpasında ilk kömək edən ölkə... Prezident

24 Avqust 2026 01:00see153

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see152

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see146

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri