Icma.az
close
up
RU
Antiterror şəhidinin atası: “Yuxuda gördüm ki, ayaqlarımı kəsib yerinə əsgər ayağı tikiblər” FOTO

Antiterror şəhidinin atası: “Yuxuda gördüm ki, ayaqlarımı kəsib yerinə əsgər ayağı tikiblər” FOTO

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Bu gün Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror əməliyyatının 2-ci ili tamam olur. Şəhid hərbçilərimizdən biri də Mirəli Mirfəttah oğlu Təhməzovdur.
Şəhidimizin atası Mirfəttah Təhməzov Bizim.Media-ya müsahibəsində onunla bağlı danışıb.
- Mirfəttah bəy, övladınızla ən son nə zaman ünsiyyətiniz oldu? Son danışığınızda nələrdən danışmışdınız?
- Şəhid olmamışdan qabaq - sentyabrın 5-də telefonla danışdıq. Dedi, 9-da məzuniyyətə gələcəyəm. Elə söhbətimiz ancaq bu haqda oldu. Məzuniyyətə gəlməsini gözləyirdik, gəlmədi.
- Bildiyim qədərilə şəhid olmadan öncə sizə məktub da yazıb.

- Bəli. Bu məktubu da Zaur Baxşəliyevin verilişinə göndəriblər, heç bilmirəm kim göndərib. Gedib götürəndə xəttindən tanıdım. Elə özünə də həmişə deyirdim ki, bu xəttini özündən başqa heç kim oxuya bilməz. Məktubda yazmışdı ki, məktub gəlib sizə çatsa, deməli, mən artıq həyatda deyiləm.
Amma mən bu məktubu gözləmirdim. İnanmırdım, belə olacaq. Allaha çox arxayın idim. Onu Allaha əmanət eləmişdim. Deyirdim, ay Allah, uşağı sənə əmanət eləmişəm, səndən də alacağam. Adətən camaat övladı hərbi xidmətdən gələndə qurban kəsir, amma mən gedəndə qurban kəsdim ki, ilahi, qurbanı indidən kəsirəm ki, sən mənə borclu ol, mən sənə borclu olmayım. Amma Allah mənə borclu qaldı...

- Çətin də olsa, bu sual verirəm. Antitteror başlayan zaman belə xəbər alacağınızı düşünürdünüzmü? Adətən şəhid valideynləri deyir ki, ya yuxuda görmüşdüm, ya ağlıma gəlmişdi ki, övladım şəhid olacaq. Sizdə heç belə düşüncə olmuşdumu?

- Oğlum xidmətdə olanda yuxuda gördüm ki, ayaqlarımı kəsib yerinə əsgər ayağı tikiblər. Əslində mən yeriyə bilmirəm, amma yuxuda görürəm ki, yeriyirəm. Deyirəm, bu hansı anası ölmüşün ayağıdır mənim ayağıma tikmisiniz? Görürəm, tikilən ayağın üstündə Təhməzov Mirəli yazılıb. Yuxudan durdum, dəli oldum. Tədarükü görüb aprelin 27-də Şəmkirə getdim. Onu sağ-salamat gördüm, görüşdüm. Bizim ən sonuncu görüşümüz də elə bu oldu.
Dedim, ilahi, birdən ağlından keçər balamı öldürərsən, nəbadə. Ona nə eləsən, hamısını mənə elə. Ona heç nə etmə. Burada tanınmış 4 məscidin 4-də də qurban kəsəcəkdim. Dedim, ilahi, lazımdırsa, məni də qurban elə, balama dəymə. Aprelin 27-i evə gəldim, mayın 1-i qəzaya düşdüm. Ayaqlarımın hər ikisi və sağ əlim sındı. Amma mən üzülmədim, sevinirdim ki, Allah məni eşitdi, məni oğluma qurban elədi. Amma baş aça bilmirəm ki, məni belə etmişdisə, oğlumu niyə əlimdən aldı?!

- Siz yəqin bu yuxuya görə onun şəhid xəbərini də gözləməmisiniz...

- Maşınımı düzəltdirdim, aparıb salona verəcəkdim, onun arzuladığı maşınla dəyişəcəkdim. Elə maşını 19-u günü yudurtmağa verdim. Həmin günün axşamı da elə bu xəbər gəldi... İnanmırdım, çünki Allaha əmanət etmişdim...
- Arzu demişkən, uşaqlıqdan reallaşdırmaq istədiyi nə arzuları var idi?
- Onun maşınlara çox həvəsi var idi və arzusu “BMW” idi. Ona da elə bu arzusuna görə F10 sifariş vermişdim. Öz maşınımı satıb bu marka ilə dəyişəcəkdim. Gəlib görəcəkdi ki, onun üçün onun sevdiyi maşını almışam. Uşaqlıqdan dünyanı gəzmək istəyirdi. Ona görə də gəmi kapitanlığını oxuyurdu. Qismət olmadı... Öləcəyimi səbrsizliklə gözləyirəm ki, Allaha sual verim, bu, nə zülmdür ki mənə elədin?! Mən ki belə gözləmirdim...

Məlumat üçün bildirək ki, Təhməzov Mirəli Mirfəttah oğlu 2004-cü il noyabr ayının 28-də Cəlilabad rayonunda anadan olub. O, orta təhsilini Cəlilabad rayon 2 saylı tam orta məktəbində alıb.  
M.Təhməzov ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdindəki Azərbaycan Dənizçilik Kollecinin “Gəmi sürücülüyü” ixtisasının tələbəsi olub.
Mirəli Təhməzov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Mirəli Təhməzov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən "Vətən uğrunda” medalı və  3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. Şəhidimiz 4 övladın ilki olub.
Qeyd edək ki, lokal antiterror tədbirləri zamanı Azərbaycan Ordusunun 192 hərbçisi şəhid olub.
Allah rəhmət eləsin!







Naibə Məmmədova, Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://bizim.media
archiveBu xəbər 19 Sentyabr 2025 13:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see644

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see248

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see236

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see226

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see203

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see201

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see166

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see160

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see152

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see146

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see140

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see140

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see133

Ruslar ancaq “slavyan mənşəli” kirayəşinlər axtarırılar

01 Fevral 2026 20:38see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri