Antonio Silva: “Bakı dünya su idmanının paytaxtıdır”
Icma.az, Idman.biz saytına istinadən bildirir.
"Bakı təkcə Dünya İdman Paytaxtı deyil, həm də dünya su idmanının paytaxtıdır".
İdman.Biz xəbər verir ki, bunu Avropa Su İdmanı Federasiyasının prezidenti Antonio Silva Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə 8–10 oktyabr tarixlərində Bakıda keçirilən Avropa Su İdmanı Federasiyasının Konqresinin son günündə jurnalistlərə açıqlamasında deyib.
Silva 2015-ci ildə Bakıda ilk Avropa Oyunlarının keçirildiyini xatırladaraq, 11 il sonra paytaxtımızın Dünya İdman Paytaxtı statusunu qeyd etdiyini vurğulayıb.
O, ötən həftə Bakıda Dünya Su İdmanı Federasiyası ilə birgə İpək Yolu üzrə Dünya Kubokunun ilk mərhələsinin təşkil olunduğunu bildirib. Yarışın ikinci mərhələsi Daşkənddə, üçüncü mərhələsi isə Astanada keçirilib.
Avropa Su İdmanı Federasiyasının prezidenti konqres çərçivəsində forum və müxtəlif konfransların təşkil olunduğunu da diqqətə çatdırıb. Onun sözlərinə görə, Bakı artıq dünya idmanının, xüsusilə də su idman növlərinin xəritəsində özünə yer tutub.
Antonio Silva sonda Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbova və Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zalim Əliyevə təşəkkürünü bildirib.
Humay İsgəndərova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:45
Bu xəbər 10 Oktyabr 2026 10:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















