Antonio Tayani: İtaliya Fələstində yenidənqurmaya kömək edəcək
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Roma, 10 oktyabr, AZƏRTAC
İtaliya Fələstində bərpa və yenidənqurma işlərinə kömək edəcək.
AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib.
HƏMAS ilə İsrail arasında əldə olunan atəşkəs razılaşmasını şərh edən nazir bildirib: “Kritik mərhələ atəşkəsdən sonra olacaq. Biz atəşkəsdən həqiqi sülhə keçməliyik. Bu, uzun və mürəkkəb proses olacaq, qeyri-müəyyənliklər ola bilər, lakin məqsədlər aydındır. Mən nikbinəm və məqsədimizə nail olacağımıza inanıram. Bu, həqiqətən də tarixi dönüş nöqtəsi, fövqəladə imkanları olan yeni Yaxın Şərq üçün əsas ola bilər. Sabitliyin qorunması, idarəolunması və Fələstinin yenidən qurulması bu prosesin əsas sütunlarıdır. Biz təkcə təhlükəsizliyin deyil, həm də yenidənqurmanın qəhrəmanı olmaq istəyirik”.
Baş nazirinin müavini beynəlxalq qurumlarla birlikdə Qəzzanın üzləşdiyi dəhşətli sağlamlıq vəziyyətini həll etməyin vacibliyini vurğulayıb: “Biz fələstinlilərə adekvat səhiyyə sistemi qurmağa kömək edə bilərik”.
Nazir şərtlər uyğun olacağı təqdirdə, İtaliya hərbçilərinin Qəzzaya göndərilməsinin mümkünlüyünü də vurğulayıb.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Baxış sayı:113
Bu xəbər 10 Oktyabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















