Anxel Di Mariya niderlandlı məşqçini tənqid etdi
Icma.az bildirir, sport24.az portalına istinadən.
Anxel Di Mariya "Mançester Yunayted"dəki günlərini karyerasının ən çətin dönəmlərindən biri kimi xatırlayır. O, klubdakı uğursuzluğunun əsas səbəblərindən biri kimi baş məşqçi Luis van Qal ilə münasibətlərinin yaxşı olmamasını bildirib. Sport24.az xəbər verir ki, futbolçu bu barədə Netflix istehsalı olan "Angel Di Maria: Breaking Down the Wall" sənədli filiminə danışıb.
"Qol vururdum, assist edirdim, amma o, bundan heç vaxt danışmırdı. Yalnız səhvlərimi müzakirə edirdi. "Mançester Yunayted"dəki dövr tam bir kabus idi".
Keçmiş komanda yoldaşı Ander Herrera da həmin dönəmdə baş məşqçinin Di Mariya qarşı həddindən artıq tələbkar olduğunu bildirib və bunun futbolçunun özünəinamına mənfi təsir göstərdiyini deyib.
Qeyd edək ki, argentinalı yarımmüdafiəçi cəmi bir mövsümdən sonra "qırmızı şeytanlar"ı tərk edərək PSJ transfer olunub. O, Fransa klubunda çıxış etdiyi illərdə sabit oyun sərgiləyərək əvvəlki formasını bərpa etməyi bacarıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 28 Fevral 2026 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















