AP dən Gürcüstana sərt xəbərdarlıq: Sanksiya tələb edildi
Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avropa Parlamenti oktyabrın 8-də Gürcüstanla bağlı qətnamə qəbul edib.
Axar.az xəbər verir ki, “Hakim Gürcü Arzusu Partiyasının Gürcüstanda müxalifət partiyalarını qadağan etmək cəhdləri” adlı qətnaməni 445 deputat dəstəkləyib, 37 deputat əleyhinə səs verib, 97 deputat isə bitərəf qalıb.
445 deputatın dəstəklədiyi qətnamədə Gürcüstan hakimiyyətinin müxalifət partiyalarını qadağan etmək cəhdləri pislənib, siyasi məhbusların azad edilməsi tələb olunub. Mixail Saakaşvili, Yelene Xoştariya, Mzia Amağlobeli, Nika Melia və Georgi Baramidze siyasi məhbus olaraq vurğulanıb. Dinc etirazlara görə saxlanılanların da azad edilməsi istənilib.
Qətnamədə Avropa Birliyinə və təşkilata üzv dövlətlərə Gürcü Arzusu Partiyasının fəxri sədri Bidzina İvanişvili, Baş nazir İrakli Kobaxidze, parlament sədri Şalva Papuaşvili və Tiflis meri Kaxa Kaladzeyə qarşı sanksiyalar tətbiq etmək çağırışı yer alıb.
Baxış sayı:61
Bu xəbər 08 Oktyabr 2026 20:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















