Icma.az
close
up
RU
AP deputatı: Ermənistanın Aİ yə daxil olmasını hazırda qeyri mümkündür

AP deputatı: Ermənistanın Aİ yə daxil olmasını hazırda qeyri mümkündür

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanın Avropa İttifaqına (Aİ) daxil olması hazırda tamamilə qeyri-realdır.

Oxu.Az-ın Avstriyanın "Auf1" portalına istinadən verdiyi xəbərə görə, bu barədə Almaniya üçün Alternativ Partiyası (AfD) Avropa Parlamentindəki nümayəndə heyətinin rəhbərinin müavini, İnsan Hüquqları Komitəsinin koordinatoru Tomaş Frölix bildirib.

"Hesab edirəm ki, bu, indiki mərhələdə tamamilə qeyri-realdır", - deyə o vurğulayıb.

Frölix Ermənistanın üzvlüyünün Aİ-nin strateji maraqlarına zidd olduğunu izah edib.

"Bu, digər məsələlərlə yanaşı, Azərbaycanın Aİ üçün mühüm rol oynaması ilə bağlıdır. Aİ-nin Azərbaycanla ortaq maraqları var, xüsusən də Rusiya faktiki olaraq enerji resurslarının tədarükçüsü olmaqdan çıxdıqdan sonra. Bu kontekstdə Azərbaycan öz yerini qismən tutub və onun Brüssel üçün əhəmiyyəti artıb".

AfD nümayəndəsi vurğulayıb ki, Aİ-nin Ermənistanla Azərbaycanın zərərinə yaxınlaşmasına son dərəcə az ehtimal var və bu qeyri-realdır. Bu kontekstdə siyasətçi Brüsselin ikili standartlarına diqqət çəkib:

"Aİ Ermənistana həqiqətən lazım olan yerdə dəstək vermir və eyni zamanda Azərbaycanla fəal əməkdaşlıq edir. Bu, özlüyündə heç də pis deyil, lakin Brüsselin adətən istifadə etdiyi ritorika ilə açıq şəkildə ziddiyyət təşkil edir".

Paşinyanın tənqidi

Frölix hesab edir ki, Ermənistanın baş naziri öz resurslarına görə hələ də Azərbaycana daha çox meyilli olan Qərbə mərc qoyduğu üçün səhvə yol verib.

"Onlar (Ermənistan hakimiyyəti) daha çox qərbyönlü kurs seçdilər, Avropadan dəstək ümid edərək Kremllə əlaqələri zəiflətdilər. Amma Qərbin maraqları yenə də, Azərbaycana daha yaxındır… Kritik məqamlarda Aİ Ermənistanla deyil, Azərbaycanla birgə hərəkət etməyə meyllidir", - deyə AfD nümayəndəsi vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 İyul 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri