Icma.az
close
up
RU
AP nin qərarı məhkəmə səlahiyyətlərinin aşılması kimi qiymətləndirilməlidir

AP nin qərarı məhkəmə səlahiyyətlərinin aşılması kimi qiymətləndirilməlidir

Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Avropa Parlamentinin 18 dekabr 2025-ci il tarixli Azərbaycanla bağlı qətnaməsi nə hüquqi, nə də siyasi baxımdan qəbulolunan deyil.

Özünü məhkəmə, istintaq və hökmverici instansiya kimi aparan bu qurum faktlara deyil, siyasi sifarişlərə əsaslanan qərarlar qəbul edir.

Qətnamədə adı çəkilən şəxslərlə bağlı məsələlər açıq manipulyasiyadır. 
Azərbaycanda heç kim elmi fəaliyyətinə, siyasi baxışına və ya etnik mənsubiyyətinə görə deyil, yalnız konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunur. 
Dövlətə xəyanət, milli təhlükəsizliyə qarşı fəaliyyət, xarici kəşfiyyatla əməkdaşlıq heç bir ölkədə “akademik azadlıq” və ya “siyasi fəaliyyət” anlayışı ilə pərdələnə bilməz. 

Bu baxımdan qətnamədə adları keçən Bəhrüz Səmədov və İqbal Abilov barəsində irəli sürülmüş ittihamlar onların akademik fəaliyyəti, elmi baxışları və ya etnik mənsubiyyəti ilə deyil, milli təhlükəsizliyə qarşı yönəlmiş konkret qanun pozuntuları ilə bağlıdır. 

Bu işlər üzrə istintaq və məhkəmə araşdırmaları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə, habelə beynəlxalq hüququn ümumi qəbul olunmuş normalarına uyğun şəkildə aparılmışdır. 

Qapalı məhkəmə icraatları isə milli təhlükəsizlik və dövlət sirrinin qorunması zərurətindən irəli gəlmişdir ki, bu praktika bir çox Avropa ölkələrinin hüquq sistemlərində də mövcuddur.

Xüsusilə vurğulamaq istəyirəm ki, dövlətə xəyanətdə və dövlət çevrilişi cəhdində ittiham olunan Əli Kərimlinin “azad edilməsini” tələb edən çağırışlar isə hüquqi nihilizmdir. 

Heç bir siyasi status, heç bir müxalifət fəaliyyəti, heç bir beynəlxalq lobbiçilik qanun qarşısında toxunulmazlıq yaratmır. 
Dövlət çevrilişinə cəhd, zorakılıqla konstitusiya quruluşuna qarşı fəaliyyətlər heç bir demokratik cəmiyyətdə legitim sayıla bilməz. 

Avropa Parlamentinin bu cür çağırışları faktiki olaraq qanunsuzluğun təşviqi deməkdir.

Avropa Parlamentinin siyasi riyakarlığı və ikiüzlülüyü isə ən aydın şəkildə Ermənistan məsələsində üzə çıxır. Son dövrdə Ermənistanda yüzlərlə insan- siyasi və din xadimləri, ictimai fəallar  saxlanılıb, həbs olunub, təqib edilib. Lakin Avropa Parlamenti bu həbslərə qarşı tam göz yumur. Bu susqunluq bir daha sübut edir ki, bu qurum üçün “insan hüquqları” universal dəyər deyil, siyasi alətdir.

Bu gün Avropa Parlamenti artıq dəyərlər üzərində qurulan institut deyil. O, mövcud beynəlxalq normaları öz dar və çirkin siyasi maraqları naminə manipulyasiya edən, ikili standartları norma halına gətirmiş, institusional deqradasiyaya uğramış bir struktura çevrilmişdir. 

Ona görə də Avropa parlamentinin heç bir siyasi və hüquqi əhəmiyyəti olmayan qətnaməsini təkcə Azərbaycana qarşı deyil, beynəlxalq hüququn özünə qarşı hörmətsizlik hesab edir və qətiyyətlə pisləyirik.
Azay Quliyev
Milli Məclisin deputatı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:75
embedMənbə:https://modern.az
archiveBu xəbər 19 Dekabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see624

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see252

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see233

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see231

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see211

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see210

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see210

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see192

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see190

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see185

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see173

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see168

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see164

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see158

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see153

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see151

Əl gücünün zəifləməsi nəyə işarə edə bilər?

01 Fevral 2026 05:11see148

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see146

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri