Icma.az
close
up
RU
AP nin qətnaməsi Azərbaycanın təşəbbüskarı olduğu sülh və normallaşma prosesinə müdaxilə cəhdidir RƏY

AP nin qətnaməsi Azərbaycanın təşəbbüskarı olduğu sülh və normallaşma prosesinə müdaxilə cəhdidir RƏY

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

İslamofob mövqeyi ilə bədnam olan Avropa Parlamentində dünən keçirilən dinləmə, qəbul edilən qətnamə Azərbaycanın təşəbbüskarı olduğu sülh və dövlətlərarası normallaşma prosesinə müdaxilə cəhdidir.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rizvan Nəbiyev bildirib.

Deputat nəzərə çatdırıb ki, Ermənistanın 30 illik işğalına son qoymaqla Azərbaycan regionda yeni siyasi reallıq yaradıb: “Bu reallıq beynəlxalq hüquqa əsaslanır və yalnız Cənubi Qafqaz üçün deyil, daha geniş region üçün yeni əməkdaşlıq imkanları açır. Təəssüf ki, Avropa İttifaqı malik olduğu resurslarla yeni əməkdaşlıqda yer almaq, sülh gündəliyini dəstəkləmək əvəzinə, keçmiş münaqişə dövrünün narrativlərini modifikasiya edərək Ermənistana səhv istiqamətlərdə dəstək göstərir”.

Parlament sədrinin birinci müavini Əli Əhmədov bildirib ki, Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycan ictimaiyyəti tərəfindən kəskin pislənəcək: “Cənubi Qafqazda sülhün bərqərar olmasına müxtəlif üsullarla mane olmağa çalışan qüvvələr var və həmin qüvvələr Azərbaycan və Ermənistan arasında əməkdaşlığın yaranmasını qarşısını da almaq istəyirlər: “Avropa Parlamentinin xislətinin təzahürlərindən biri onun suveren dövlətlərin daxili işlərinə qarışmaq cəhdidir. Çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyi nəinki onun xoşagəlməyən mərəzinə çevrilib, həmçinin fəaliyyət formasına çevrilməkdədir. Avropa Parlamenti uzun illər Azərbaycana qarşı qərəzli mövqeyi ilə ölkəmizi tənqid etmək hüququnu itirib. Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycan ictimaiyyəti tərəfindən kəskin pislənəcək”.

Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, əslində Avropa Parlamenti bu gün Cənubi Qafqazda sülhü müzakirə etməli, Azərbaycan tərəfini də dəvət etməli idilər: “Dünən Avropa Parlamentindən bir nəfər mənə zəng etdi və dedi ki, o, Cənubi Qafqazda sülhdən danışıb. Azərbaycana qarşı əvvəlcədən hazırlanmış qətnaməni qəbul etməyə hazırlaşırdılar, amma Avropa Parlamentinin öz deputat sülhdən danışmağa başladı, Azərbaycanın onlara lazım olduğunu dedi”.

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov hesab edir ki, Avropa İttifaqının verdiyi Bəyanata cavab Prezidentin amnistiya ilə bağlı qanunvericilik təşəbbüsü, 20 min insanın azad olunmasıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://apa.az
archiveBu xəbər 19 Dekabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see207

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see199

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see192

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see183

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see179

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see176

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see153

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see150

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Amerikalı diplomat: ABŞ İranda Liviya ssenarisinin təkrarlanmasını istəmir

01 Fevral 2026 06:07see143

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see136

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri