Icma.az
close
up
RU
DİQQƏT! Uşaqlarımızı zəhərləyib öldürən bu bitki Bakı küçələrindədir FOTO

DİQQƏT! Uşaqlarımızı zəhərləyib öldürən bu bitki Bakı küçələrindədir FOTO

Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ölkəmizdə "söyüd gülü" kimi daha çox tanınan "oleandr" və ya "zəqqum kolu" adlanan bitkiyə paytaxt Bakı və digər rayonlarımızın küçələrində sıx-sıx rast gəlinir.

Yarpaqları söyüd ağacına bənzədiyinə görə Azərbaycanda bu bitkiyə daha çox "söyüd gülü" deyirlər. Bu bitki yaşıllaşdırmada daha geniş istifadə olunur.

Gözəlliyi ilə valeh edən bu bitkinin görünüşünə çox da aldanmamaq lazımdır. Onun çiçəklərinə və budaqlarına əl vurmaq çox təhlükəlidir. Xüsusən uşaqları bu güllər olan ərazidən uzaq tutmaq lazımdır. Çünki oleandrın çiçəkləri və budaqları zəhərlidir.

Bəs təhlükəli hesab olunan bitki Azərbaycanda niyə bu qədər geniş istifadə olunur?

Məsələ ilə bağlı ekspert İlkin Şəfiyevlə əlaqə saxladıq. O, BAKU.WS-ə açıqlamasında bildirdi ki, bitkinin dekorativ yaşıllaşdırmada geniş istifadə edilməsinə səbəb küləyə və istiyə davamlı olmasıdır.

"Abşeron yarımadasının iqliminə tam uyğunlaşmış bitkidir. Bundan başqa uzun müddət çiçəkləməsi onun bəzək bağçılığında istifadəsini önə çəkir. Lakin bitkinin yarpaqlarının şirəsi zəhərlidir. Əgər insan şirəni daxilə qəbul edərsə, zəhərlənmə baş verə bilər. Bundan başqa çiçəklərinin ətri xəstə insanlara pis təsir edə, güclü təsiri olmasa da başağrısı verə bilər. Bitki zəhərli hesab olunur. Çünki tərkibində neriolin və kornelin adında alkaloidlər var ki, bunlar da zəhərlidir", - deyə o bildirib.

Bəs Bakıda insanların sıx yaşadığı ərazilərdə zəhərli oleandrlar çıxarılaraq yerinə təhlükəsiz gül kolları əkilməsi məsələsi gündəmə gələ bilərmi?

Yaşıllaşdırma Təsərrüfatı Birliyi BAKU.WS-in bu sualına aydınlıq gətirib. Qurumdan bildirilib ki, "zəqqum gülü" paytaxtın park və digər istirahət guşələrində əkilməyib. "Bu bitkilər əsasən yol kənarlarında insanlarımızın az olduğu məkanlarda əkilib. O, ki qaldı oleandrların zəhərli olmasına, biz bu barədə fikir bildirə bilmərik. Bu, Botanika İnstitutunun səlahiyyəti çərçivəsində olan bir məsələdir. Bizim qurum oleandrın əkilməsi və onların suvarılması işini həyata keçirir", - deyə qurumdan bildirilib.

Hətta oleandrın zəhərli olması barədə məşhur bir rəvayət də mövcuddur. Nəql edilir ki, Makedoniyalı İsgəndərin Hindistana yürüşü zamanı ordusunun əsgərləri bir ərazidə gecələyirlər. Əsgərlər oleandrın budaqlarını sındıraraq şiş düzəldib kabab çəkib yeyirlər. Oleandrın budaqlarından hazırlanmış şişə çəkilən kababı yeyib yatan əsgərlər səhər kütləvi şəkildə zəhərlənərək ölüblər.

AMEA-nın Botanika İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva isə BAKU.WS-ə açıqlamasında bildirdi ki, oleandrın xüsusi ilə insanların sıx yaşadığı ərazilərdə əkilməsi təhlükəlidir.

"Bu bitkiləri geniş şəkildə gözəl görünüşünə görə əkirlər. Onu şəhərdən kənar yerlərdə, insanların az hərəkət etdiyi yollarda istifadə etmək olar. Hətta mən bu yaxınlarda Mərkəzi Nəbatət Bağının girəcəyində bu gülün əkildiyinin şahidi olmuşam. Mən oranın işçilərinə dərhal iradımı bildirdim", - deyə AMEA rəsmisi əlavə edib.

Həmçinin direktor qeyd etdi ki, oleandrı Azərbaycana xas və zəhərsiz bitkilərlə əvəzləmək mümkündür:

"Ətrafı gözəlləşdirmək üçün kol rozalardan, onların sarmaşan növlərindən istifadə etmək olar. Böyük bitkilərdən isə həmişəyaşıl ağaclar çoxdur, onlardan istifadə etmək olar. Oleandrın parklarda, bağlarda və xüsusilə körpə uşaqların oynadığı yerlərdə əkilməsi qəti qadağan olunmalıdır".

Sonda ümid edirik ki, aidiyyəti şəxslər zəhərli olduğu deyilən oleandr gülləri ilə bağlı geniş açıqlama verəcəklər. Bu güllər, həqiqətən, öldürücüdürsə, həmin bitkiləri yol kənarından çıxaracaqlar. Yox əgər təhlükəsizdirsə, bu haqda geniş, müfəssəl açıqlama veriləcək. İnsanlarımız da bundan sonra rahat şəkildə uşaqlarının əllərindən tutub parklarda istirahət edə, əylənə biləcəklər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:27
embedMənbə:https://baku.ws
archiveBu xəbər 03 Fevral 2026 04:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see640

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see271

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see245

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see229

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see209

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see194

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see186

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see184

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see177

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see167

Müğənni Rüfət Mehdiyevin vəfatından 15 il ötür

01 Fevral 2026 12:11see164

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see157

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see151

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see150

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see144

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see138

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see138

“Qarabağ”ın qapıçısı Çempionlar Liqasında ilk “10 luq”da yer alıb

01 Fevral 2026 08:37see137

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see135

İsrailin Qəzzanı tamamilə ələ keçirmək planı qüvvədədir ŞƏRH

01 Fevral 2026 09:35see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri