Aparat rəhbəri İmişlidə iclas keçirdi Saleh Səmədovun yerinə o gətirildi
Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Xəbər verdiyimiz kimi, mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov vəzifəsindən azad edilib.
"Unikal"ın əldə etdiyi məlumata görə, səsvermə yolu ilə İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsi seçki konfransı keçirilənə qədər, sədrlik müvəqqəti olaraq təşkilatın İdarə Heyətinin üzvü Vahid Tağıyevə həvalə olunub.
Məlumata görə, bu qərar Azərbaycan Ağsaqqallar Şurasının sədri, millət vəkili Eldar Quliyevin tapşırığı ilə Şuranın Aparat rəhbəri Ramin Həsənlinin başçılığı altında İmişli Rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin iclası zamanı verilib.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 14 May 2025 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















