Icma.az
close
up
RU
Aparıcı Qərb ölkələri iqlim vədlərinə niyə sadiq qalmadı? Şərh

Aparıcı Qərb ölkələri iqlim vədlərinə niyə sadiq qalmadı? Şərh

Teleqraf.com saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəflərin 29-cu Konfransı (COP29) başa çatır. 11 noyabrdan etibarən Bakı dünyanın iqlim paytaxtıdır, planetimiz yaşıl gələcək, dayanıqlı inkişaf naminə Azərbaycanda bir araya gəlib.

COP29 nə ilə fərqləndi?

COP29-un əsas özəlliyi ən inklyuziv konfrans olmasıdır, ev sahibi kimi Azərbaycan ada dövlətlərinin, Qlobal Cənub, Karib hövzəsi ölkələrinin, Afrika qitəsinin geniş təmsilçiliyini təmin etdi. COP29-da iştirak etmək üçün 76 min nəfər qeydiyyatdan keçdi və bu rekord göstəricidir. Azərbaycan mükəmməl təşkilatçılıq bacarıqları nümayiş etdirərək, müzakirələr, tədbirlər, danışıqlar, hər kəs üçün rahat, təhlükəsiz, funksional mühit yaratmağa nail oldu. Təsadüfi deyil ki, Azərbaycan COP tarixində Tədbirin Dayanıqlı İdarə Edilməsi və Təşkili kriteriyaları üzrə ISO 20121 sertifikatını tədbir bitmədən öncə alan ilk ölkə kimi tarixə düşdü.

COP-ların keçirilməsi təcrübəsində ilk dəfə Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə 100 ölkədən 500-dən çox QHT-ni birləşdirən COP29 QHT Koalisiyası yaradıldı. Koalisiyadakı QHT-lərin 84% Qlobal Cənub təmsilçiləridir.

COP29-da təmsil olunan 137 ölkədən 1023 QHT təmsilçisi, ictimai fəal Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə yaradılan Qlobal Cənub QHT Platformasının yaradılması barədə bəyanata qoşulub.

Bu isə bir sıra ölkələrin COP29-u boykot təşəbbüslərinə ən tutarlı cavabdır, tərs sillədir.
Azərbaycanın COP-dakı sədrliyi qlobal Cənubun səsinin daha güclü eşidildiyi qlobal səhnə oldu, ada dövlətləri və xalqları ilk dəfə öz problemlərinin bəyanı üçün bu cür geniş imkanlar əldə etdilər.

Ölkəmiz beynəlxalq münasibətlərdə A liqasında yer almağa başladı

COP29 yüksək təşkilatçılıq səviyyəsi ilə seçildi, innovativ texnologiyalar tətbiq edildi, təhlükəsizlik, logistika, qonaqlama, kommunikasiya sahəsində bütün detallar düşünülmüşdü, ölkəmiz öz potensialını maksimum nümayiş etdirə bildi. Azərbaycan bu cür yükək təşkilatçılıq, ən yeni həllər tətbiq etməklə, yeni viziyonla, əlaçatanlığı, funksionallığı maksumum təmin edərək özünü müasir, dinamik inkişaf edən, dünya ilə ayaqlaşan ölkə kimi tanıtdı. Azərbaycan dünyanı narahat edən məsələlər, iqilim dəyişiklikləri, yaşıl keçid, qlobal logistika, müstəmləkəçiliyə qarşı mübarizə, Şimal-Qlobal dialoqu məsələlərində qlobal gündəliyin formalaşmasında rola, təsirə mali ölkə statusu əldə edərək strateji dəyərini, imkanlarını artırdı. Azərbaycanın dostlarının, ölkəmizin tərəfdaşlarının sayı artdı, 12 gün bütün dünya Azərbaycandan xəbər aldı. Müstəqillik dövrümüzün ən böyük tədbiri uğurla keçrildi və Azərbaycan Prezidentinin bəyan etdiyi kimi ölkəmiz beynəlxalq münasibətlərdə A liqasında yer almağa başladı.

Qlobal Cənub ölkələri aparıcı dövlətlərin iqtisadi rəqabətinin, geosiyasi ambisiyalarının girovuna çevriliblər

COP29 iqlim konfransı olmaqla yanaşı, həm də dünya güclərinin əsas oyunçu olduğu, mübarizə, rəqabət apardığı bir müstəvidir. COP29 müzakirə otaqları və plenar sessiya zalları heç də, qladiator arenasından fərqlənmir. Hər bir dövlət, ölkələr qrupu, lobbi qrupları, qlobal şirkətlər öz maraqlarını qorumağa çalışırlar. Xüsusən, iqlim dəyişikliklərinin fəsadlarının aradan qaldırılması və inkişaf etməkdə olan ölkələrin adaptasiyası, yaşıl keçidin maliyyələşdirilməsi məsələlərində ciddi fikir ayrılıqları mövcuddur. İnkişaf etmiş ölkələr İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası və Paris Sazişi ilə müəyyənləşmiş öhdəliklərindən yayınmağa çalışırlar.

Eyni zamanda bu qrup ölkələr iqlim maliyyələşdirilməsindən sırf öz maraqlarının təmin olunması və öz gündəliklərinin qəbul olunması aləti kimi istifadə etməyə səy göstərirlər. İqlim maliyyələşdirilməsi çox vaxt inkişaf etməkdə olan, yaxud daha çox təhlükə ilə üzləşən ölkələrə münasibətdə təzyiq vasitəsi kimi istifadə edilir. Eyni zamanda, hazırda iqlim dəyişikliklərindən daha çox əziyyət çəkən ada dövlətləri, Afrika qitəsi, Karib hövzəsi, Cənubi Şərqi Asiya ölkələri aparıcı ölkələrin iqtisadi rəqabətinin, geosiyasi ambisiyalarının girovuna çevriliblər.

Aparıcı Qərb ölkələri iqlim öhdəliklərinə əməl etmək istəmirlər

COP29-da aparıcı ölkələrin, xüsusən Avropa İttifaqı və Bayden administrasiyasının birtərəfli, məsuliyyətsiz, qərəzli yanaşması özünü daha qabarıq göstərdi. COP29-da pərdələr qalxdı və bütün dünya ekologiyadan, yaşıl dünyadan pafosla danışan Avropa İttifaqı, Bayden administrasiyasının, Fransanın, Almaniyanın gerçək maraqlarını gördü. Onların yaşıl dünyanı deyil, daha çox yaşıl pul əskinası düşündüyünü hamı və hər kəs gördü. COP29 məhz qlobal Cənubun real ehtiyacları və Qlobal Şimalın etinasızlığı bütün COP-lardan daha aşkar şəkildə nümayiş olundu. Danışıqlar uzanır, beləliklə maliyyə hədəfinə nail olunmasına ümidlər azalır. Çünki, aparıcı ölkələrin fərqli hədəfləri, məqsədləri, oyunları var, onlar əvvəldən bu manipulyasiya prosesinə başlayıblar.

Bununla belə, ümidlər vardı ki, qlobal Cənub ölkələri ilə üzbəüz təmaslar, iqlim icmasının təşviqi və beynəlxalq təşkilatların, ən başlıcası BMT-nin yorulmaz səyləri Avropa İttifaqı, Bayden administrasiyasının, Fransanın, Almaniya, Kanada və digər ölkələrin qərəzli yanaşmasını dəyişə bilər. Xüsusən qlobal Cənubu təmsil edən iqlim icması, vətəndaş cəmiyyəti aparıcı ölkələrin əsrlər boyu çirkləndirdikləri, istismar etdikləri, tar-mar qoyduqları təbiəti, dünyanı təmizləməyə simiclik etməyəcəyinə ümid edirdilər. Çünki, onlar çox da yox, mimumum vəsait tələb edirdilər, illik donurma istehlakı üçün xərclənən vəsaitdən bir neçə dəfə çox, yaxud ABŞ-ın hərbi yardımlarından bir neçə dəfə artıq...Onlar bəyan edirdilər ki, bu aparıcı ölkələrin minnətlə verdiyi hədyyə deyil, cüzi kompensasiyadır. Çünki, ətraf mühiti məhz sənaye ölkələri ifrat çirkləndirib, indi də davam edirlər.
COP29-da isə artıq bütün maskalar düşdü və məlum oldu ki, aparıcı Qərb ölkələri öhdəliklərinə əməl etmək istəmirlər, qlobal Cənubla Şimal arasında səmərli dialoq qurulmasına çalışan, konfransın maksimum nəticə verməsi üçün bütün resurslarını səfərbər edən Azərbaycan isə məqsədli şəkildə hədəfə gətirilir. Bu qərəzli münasibət ötən il dekbar ayında Azərbaycanın ev sahibi olması barədə qərar verərkən başlamışdı, bütün hazırlıq dövründə davam etdi, indi isə daha güclənib.

Səhnəyə çıxmayan xanım Lyayen və səhnədən gedən cənab Bayden Qlobal Cənubun suallarına cavab verməlidir

Azərbaycan dəfərlərlə bəyan edirdi ki, bütün uğurlar kollektiv uğur olacaq, uğursuzluqlar da hamının məğlubiyyətidir. Ətraf mühit məsələlərini heç bir ölkə, ölkələr qrupu təkbaşına həll edə bilməz, qlobal çoxtərəfli əməkdaşlıq, öhdəliklər olmadan müsbət nəticələr mümkün deyil.

Azərbaycan COP29 komandası yorulmadan, səylə çalışdı, lakin Avropa İttifaqı və Bayden administrasiyası öhdəliklərdən yayınmaq strategiyasına üstünlük verdilər. Avropa İttifaqı, Bayden administrasiyası maliyyə məqsədinə nail olunması məsələsində qətiyyətli mövqe sərgiləməyərək, təşəbbüskar olmayaraq əsas məsuliyyət daşıyan tərəflərdir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen məsuliyyətli davranış sərgiləmədi və Aİ-nin iqlim hədəf və vədlərinə uyğun siyasətin şahidi olmadıq. Bayden adminstrasiyası öz növbəsində iqlim gündəliyinə və ambisiyalarına sadiq qalmadı. Halbu ki, Ursula Fon der Lyayen özü Bakıya gələrək, təbii qazal təchizat məsələsində kömək göstərilməsini xahiş etmişdi. "Azərbaycan ümidimizdir" yazmışdı...Amma xanım Lyayen özü ümid olmadı... Təəssüf ki, planetar maraqlar, yaşıl dünya maraqları sırf siyasi maraqlara güzşətə gedildi. Qlobal Cənub ölkələrinə verilən vədlər, andlar unuduldu, Bayden adminstrasiyası seçilmiş prezident Trampa növbəti badalaq vurmağı üstün tutdu.

Dünayda iqlim təşəbbüskarlarından sayılan Almaniyanın XİN rəhbəri Annalena Berbökün səfəri isə tam tragikomediya janrında oldu. Xanım Berbök COP29-un son günü gələrək yəqin ki, hamını təəcübləndirən mesajlar verdi. "Yaşıllar" partiyasının təmsilçisi kimi ilqim icması ondan iqlim ambisiyalaırnı dəstəkləyəcək, öhdəlikləri vurğulayacaq bəyanatlar gözləyirdi. Xanım Berbökün maliyyə məqsədinə nail olmaq üçün qətiyyətli mövqe sərgiləcəyi gözlənilirdi. Almaniya XİN rəhbərinin səfəri isə Minsk qrupu həmsədrlərinin unudulmaz turneləri xatırlatdı.

Qlobal Cənub ölkələrinin sualları isə cavabsız qalıb. Onlar soruşmaqdan, tələb etməkdən yorulmayacaqlar, bu onlar üçün yaşam məsələsidir, gələcək məsələsidir. Onlar durmadan soruşacaqlar, niyə qlobal Şimal ölkələri məsuliyyətdən və öhdəliklərdən yayınırlar? Hansı haqla öhdəlikləri yerinə yetirmirlər? Günahkar kimlərdir?

Bu suallar aramsız sələnir və vziyyət gərginləşir, gerçək cavablar verilmədikdə qarşıdurma güclənir, Qlobal Cənubda narazılıq artır. COP29 ilqim həmrəylini möhkəmləndirmək, kollektiv uğura imza atmaq üçün unikal imkanlar ortaya qoydu. Prezident İlham Əliyev COP29 liderlər sammitində bu məsələləri xüsusilə vurğuladı, Azərbaycan üçün əsas məqsəd kollektiv uğura nail olmaqdır. Azərbaycan ev sahibliyi missiyasını qlobal töhfə kimi nəzərdən keçirir.

Xanım Lyayen isə səhnəyə çıxmadı və Qərb ölkələrində yanlış olaraq hesab edirlər ki, bununla məsuliyyətdən yaxa qurtarmaq mümkün olacaq. Bayden administrasiyası isə səhnədən məğlub gedir, halbuki, qlobal iqlim siyasəti və həmrəyliyinə, hərakatına misilsiz töhfə vermək imkanı yaranmışdı. İndi isə səhnəyə çıxmayan xanım Lyayen və səhnədən gedən cənab Bayden Qlobal Cənubun suallarına cavab verməlidirlər. COP29-un verdiyi imkanlardan niyə yararlanmadınız, ilqim vədlərinizə niyə sadiq qalmadınız? Ev sahibi kimi öz missiyasını uğurla yerinə yetirən, öz resurslarını əsirgəməyən Azərbaycana qarşı niyə qarayaxma kamapaniyası aparılır?

Çıxış yolu varmı?

Çıxış yolu həmişə var. COP29-da aparılmış müzakirələr, nəzərdən keçirilən həllər məsuliyyətli və tarixi qərarların qəbulu üçün güclü təməl yaradıb. Avropa İttifaqı İqlim sammiti keçirərək bu qərarları dəstəkləyə bilər. Əsas məsələ öhdəliklərin icrası ilə əlaqədar qərarların qəbuludur, məkan, ünvan vacib deyil, başlıca məqsəd ilqim həmrəyliyinə nail olmaq, strateji çağırışlara vaxtında cavab verməkdir.

Zaur İbrahimli
Politoloq

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 24 Noyabr 2024 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see284

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see207

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see127

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see126

Ruslar Çin avtomobillərindən narazılıq edirlər...

21 Oktyabr 2025 23:06see121

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri