Icma.az
close
up
RU
Aparılan iqtisadi islahatlar büdcə gəlirlərinin artmasına səbəb oldu ŞƏRH AZƏRTAC

Aparılan iqtisadi islahatlar büdcə gəlirlərinin artmasına səbəb oldu ŞƏRH AZƏRTAC

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 9 yanvar, AZƏRTAC

Azərbaycan son 22 ildə çox böyük iqtisadi uğurlara imza atıb. Cənubi Qafqazın ən böyük iqtisadi potensialına malik olan ölkəmiz iştirakı olmadan regionumuzda heç bir layihə gerçəkləşə bilməz. Bu gün ölkəmiz nə iqtisadi, nə də siyasi cəhətdən heç bir ölkədən asılı deyil. Ölkəmizdə, xüsusilə də Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan bütün quruculuq işləri öz daxili imkanlarımız hesabına həyata keçirilir. Xarici borcumuz ümumi daxili məhsulumuzun cəmi 7.2 faizini təşkil edir. Əksər inkişaf etmiş ölkələrdə bu, 100 faizdən də çoxdur. Biz artıq donor ölkə qismində çıxış edirik, beynəlxalq iqtisadi layihələri maliyyələşdiririk. Dövlətimizin iqtisadi inkişafı gücləndikcə vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm addımlar atılır. İqtisadi inkişaf, gəlirlərin artması bütün sosial sahələrə də müsbət töhfəsini verir. Təbii ki, bütün bunlar Prezident İlham Əliyevin uzaqgörən siyasəti və cəsarətli addımları sayəsində mümkün olub.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclisin deputatı Tahir Mirkişili deyib. O, Prezident İlham Əliyevin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə ölkəmizin iqtisadi həyatında çox böyük əhəmiyyət kəsb edən vacib məqamlara toxunduğunu bildirib: “Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin iqtisadi inkişafı və sosial siyasətinə dair mühüm mesajlarla zəngindir. 2024-cü ilin iqtisadi nəticələrindən danışan ölkə başçısı dünyada baş verən proseslər fonunda inkişaf dinamikasını müsbət qiymətləndirdi. Ümumi daxili məhsulun 4 faizdən çox artımı, həqiqətən də, normal göstəricidir. Dünya iqtisadiyyatının artım tempində müşahidə olunan ləngimələrə, tənəzzülə nəzər saldıqda Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini əminliklə söyləyə bilərik. Bizim hədəfimiz ümumi daxili məhsulun həcmini 7 faziə qədər artırmaqdır. Bunun üçün sənaye istehsalının artırılması istiqamətində mühüm işlər həyata keçirilir. Prezidentin də qeyd etdiyi kimi, biz 2024-cü ildə iribüdcəli layihələr icra etməyimizə baxmayaraq, maliyyə vəziyyətimizi böyük dərəcədə yaxşılaşdıra, öz rezervlərimizi artıra bildik. İl ərzində valyuta ehtiyatlarımız təqribən 5 milyard dollardan çox artıb və indi bu rəqəm 72 milyard dollara bərabərdir. 10 milyon əhalisi olan bir ölkədə adambaşına düşən ehtiyatların həcminə görə biz dünyada aparıcı ölkələr sırasındayıq. Valyuta ehtiyatlarımızın xarici borcumuzu 14 dəfə üstələməsi iqtisadiyyatımızın dayanıqlılığından xəbəri verir. Prezidentin müsahibəsində səsləndirdiyi fikirlərdən məlum oldu ki, Azərbaycan xarici borcunu bir qədər artırmaq niyyətindədir. Əgər 5 il öncə xarici borcumuz ümumi daxili məhsulun təqribən 20 faizi həcmində idisə, bu gün bu cəmi 7.2 faizdir. Qarşıya qoyulan böyük layihələri icra etmək və büdcə yükünü azaltmaq üçün xarici borclanmaya getmək olar. Bu, ölkə iqtisadiyyarına müsbət təsir göstərəcək”.

Tahir Mirkişili 2025-ci il üçün 41 milyard manat olan dövlət büdcəsinin Azərbaycan tarixində rekord olduğunu söyləyib: “Ölkəmizdə aparılan iqtisadi islahatlar, iqtisadi idarəetmədə şəffaflığın təmin edilməsi gəlirlərimizin artmasına müsbət təsir göstərib. Büdcəmizin rekord səviyyədə olması 2024-cü ilin fəaliyyətinin nəticəsi deyil. Bu, uzun illər aparılan iqtisadi islahatların, inhisarçılığa, korrupsiyaya qarşı mübarizənin, investisiya mühitinin yaxşılaşdırılmasının bizə verdiyi bəhrədir. Yeni idarəetmə modelinin müsbət tərəflərini artıq görməyə başlamışıq. Son bir neçə il ərzində dövlət şirkətlərində yeni idarəetmə modelinin tətbiq olunması, idarə heyətlərinin yaradılması və ora dövlət məmurlarının təyin edilməsi sayəsində bu sahədə şəffaflaşma təmin edildi. Uzun illər zərərlə işləyən dövlət şirkətləri bu dəyişikliklərdən sonra nəinki özü-özünü təmin etdi, həm də dövlət büdcəsinə ödəmələr etdilər. Ölkə başçısının da vurğuladığı kimi, uzun illər zərərlə işləyən, hər dəfə dövlət büdcəsindən dotasiyalar alan SOCAR, “Azərbaycan Hava Yolları”, “Azərbaycan Dəmir Yolları” indi gəlirlə işləyir. İqtisadi sahədə müşahidə olunan inkişaf sosial sahəyə də öz müsbət təsirini göstərir. Bu il yanvarın birindən minimum əməkhaqqı 55 manat artaraq 400 manata çatdı. Minimum pensiya 40 manat artaraq 320 manat oldu. Qarabağ və Şərqi Zəngəzurda bu qədər tikinti-quruculuq işlərinin getdiyi bir zamanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində belə bir addımların atılması dövlətimizin gücünün göstəricisidir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Yanvar 2025 11:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri