Icma.az
close
up
RU
Menu

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Tənhalığın çox asan müalicəsi

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

“Apasport dan gələn sizsiz?” AFFA dan skandal münasibət

“Apasport dan gələn sizsiz?” AFFA dan skandal münasibət

Apasport saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün başa düşə bilmədiyim, hələ də dərk etmədiyim bir hadisə yaşandı. “Baku Sporting” – “Zaqatala” matçını canlı izləmək üçün Binəyə yollandım. Küləyin tribunaları silkələdiyi saatlarda oyunu PFL-in operatoru ilə birgə izlədik. Balaca, üstüörtülü bir yerə sığınıb, qarşılaşmanı seyr edirdik. İkimizdən başqa tribunalarda yalnız 3-4 nəfər var idi. 

Başa düşüləndi, I Liqa matçıdır, hər iki komanda üçün stadion yaddır. Nəysə, sözümün canı onda deyil. Oyun bitəndən sonra hər zamankı kimi yollandım miks-zonaya. Məqsədim kimisə provokasiyaya çəkmək, kiminsə ədəbsiz videosunu lentə almaq və ya meydançanın otlarını (xalçasını) yolmaq deyildi. Jurnalist kimi öz işimi görmək üçün miks-zonaya yaxınlaşdım. 

Binə qəsəbə stadionunda olanlar bilir, orda infrastruktur elə də böyük olmadığından alışdığımız miks-zonaları burda təşkil etmək olmur. Buna da eyvallah. Müsahibə almaq üçün yalnız futbolçuların meydandan çıxdığı tunelə gəlmək mümkündür. Ki, hər zaman da belə olub. Həm əməkdaşlarımın, həm də özümün müsahibələri dəfələrlə orda aldığımızı xatırlayıram. Hələ ki, 23 yaşındayam, ciddi yaddaş problemim yoxdur. Tanıyanlar bilir ki, yalan danışacaq şəxs də deyiləm.

Tunelə yaxınlaşanda indiyədək görmədiyim bir mənzərə ilə rastlaşdım. AFFA-nın gödəkçəsini geyən şəxs əlimdəki “Apasport” mikrofonunu görüb, tez “icazə almısız?”, - deyə soruşdu. Duruxdum. İlk öncə başa düşmədim. Sonra özümü toparlayıb, kimdən icazə almalı olduğumu soruşdum. Bildirdi ki, AFFA nümayəndəsindən icazə almalıyam.  Mən isə taxdığım PFL-in PRESS akkreditiyasının həmin zonaya daxil olmağa icazə vermədiyi halda, müsahibələri bayırda, küləyin altında da ala biləcəyimi söylədim. O, mənə içəri daxil olmağıma görə yox, kimləsə müsahibə almaq üçün AFFA nümayəndəsindən icazə almalı olduğumu bildirdi. Yenə duruxdum.

2021-ci ilin yayında “Futbol+”lə birgə çıxdığım bu yolda ilk dəfə idi ki, belə bir şey eşidirdim. Həmin şəxsə bir neçə dəfə “Necə yəni? Mən jurnalistəm. İşim budur. İşimi görməyə niyə mane olursuz?” suallarını versəm də, konkret cavab ala bilmədim. Əlində telefonla kimləsə danışdığını görürdüm. Elə bu anda “Baku Sporting”in mətbuat xidmətinin rəhbəri Araz Əhmədov gəldi. O, da sağ olsun. Həmin şəxsə dediyinin doğru olmadığını, müsahibə üçün Elman müəllimi gətirəcəyini söylədi. Mən də qapıdan bayıra çıxıb, baş məşqçini orda gözləməyə qərar verdim. Bayıra yenicə çıxmışdım ki, içəridəki şəxsin zəng etdiyi nümayəndə gəldi.

Həmin bəy stadionun direktoru imiş. Mənə yaxınlaşıb, “Apasport"dan gələn sizsiz?”, - deyə qəribə formada sual verdi. Əslində sualı çox normaldır. Amma sualı vermə şəkli heç yaxşı deyildi. Mənsə, soyuqqanlılığımı qoruyub “bəli, mən idim”, deyə cavab verdim. Direktor müsahibə və ya açıqlama üçün AFFA nümayəndəsindən icazə almalı olduğumu söylədi. Cavabımda illərdir bu işlə məşğul olduğumu, belə bir qaydanın olmadığını bildirdim. O, isə İŞİMİ GÖRMƏYƏ İMKAN VERMƏDİ! 

Ardınca “keçən oyunda müsahibə üçün icazə almışdız?” sualını verdi. Mən isə xeyr, AFFA nümayəndəsinin gözünün qarşısında Qəzənfər müəllimlə danışdım, problem olsa, bildirərdilər dedim. “Bəs sınan şüşəni çəkib sayta verəndə kimdən icazə almışdız?!” (xəbərin linki) cavabını eşidəndə sanki başımdan aşağı qaynar sular töküldü. Hələ üstəlik bununla dayanmadı, “meydanda və meydan xaricində baş verən hər şey üçün AFFA nümayəndəsi və məndən icazə almalısız”, - dedi. Mən isə bu cavabdan sonra heç bir şey demədən ordan ayrıldım.

İndi sizə özüm barədə danışım. Adım İsmayıl. Soyadım Xeyrullayev. Gözümü yazar ailəsində, jurnalist oğlu kimi açmışam. Media nümayəndəsinin yalan məlumat paylaşmaması gərəkdiyini, gördüyünü yazmalı olduğunu, pula satılmamasının vacibliyini ibtidai sinif günlərimdən bilirəm. Yazdığım həmin şüşə xəbərində də hansısa səhv yoxdur. Olanı yazmışam. Bunun üçün kimsə mənə pul təklif etməyib, bunu yazmaq üçün kimdənsə sifariş almamışam. Jurnalist olaraq gördüyüm hadisəni işıqlandırmışam. Etdiyimdən də həm baş redaktorumun xəbəri var, həm də digər əməkdaşların. Nə edək, hər baş verən şeyi ört-basdır edib gizlədək?! Bu nə deməkdir? 

Bu gün mənə qarşı edilənlər PFL əsasnaməsinin açıq-aşkar şəkildə pozulmasıdır:

14. Matçların yayımının və kütləvi informasiya vasitələrinin (KİV) akkreditasiyasının təşkili:

Həmin maddənin 12-ci bəndi: Klublar bütün futbolçuların miks-zonadan keçidini təmin etməli və akkreditasiyadan keçmiş KİV nümayəndələrinin müsahibə ilə bağlı hər hansı müraciəti yekun qərardan asılı olmayaraq futbolçuların diqqətinə çatdırmalıdır. Futbolçu istəmədiyi halda müsahibə-açıqlamadan imtina edə bilər.

Bu qərarda AFFA nümayəndəsindən icazə hardadır? Bu gün yaşanan həmin hadisənin səbəbkarları ilə bağlı tədbir görülməsini tələb edirəm. Yoxsa hər stadionun direktoru və ya AFFA gödəkçəli şəxs bizimlə belə danışacaq, bu formada rəftar edəcək, işimizə imkan verməyəcəksə, saytlarımızı bağlayaq çıxaq gedək.

İsmayıl Xeyrullayev

Milyonlar xərclənən legionerlərimiz hardadır? - Yerli və milli toplanış Yığmamızdan növbəti qələbə "Sabah"dan ev qələbəsi - YENİLƏNİB "Liverpul" Avropa çempionunu istəyir "Real" Mbappeyə ildə 26 milyon avro təklif edir
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:252
embedMənbə:https://apasport.az
archiveBu xəbər 07 Fevral 2025 19:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see707

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see543

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see492

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see361

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see348

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see280

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see262

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see239

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see233

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see232

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see232

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see220

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see220

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see214

Bakıda bu görüntüləri "biabırçılıq" adlandırdı

01 Noyabr 2026 21:10see196

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see194

İvanka Tramp lüks oteldə istirahətinə görə tənqid olundu Foto

01 Noyabr 2026 22:00see193

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see189

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see175

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri