Icma.az
close
up
RU
Apellyasiyada yeni sübut təqdim etmək olar? Ali Məhkəmədən açıqlama

Apellyasiyada yeni sübut təqdim etmək olar? Ali Məhkəmədən açıqlama

Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Məhkəmədə qalib gəlmək təkcə haqlı olmaqdan asılı deyil. 

Mülki işlər üzrə məhkəmə çəkişmələrinin uğurlu nəticəsi əsasən təqdim olunan sübutlardan asılıdır. Mülki prosessual qanunvriciliyə əsasən məhkəmə yalnız işdə olan sübutlar əsasında qərar qəbul edir. 

Təcrübədən görünür ki, vətəndaşlar ən çox məhz haqlı olduqları, hətta müəyyən sübutlar təqdim etdikləri halda, işin onların ziyanına həll olunmasından narazılıq edirlər. Bu isə əksər hallarda sübutetmə qaydalarına riayət olunmaması ilə bağlı olur. 

"Cebheinfo.az" Ali Məhkəməyə istinadən xəbər verir ki, sübutların yalnız mövcud olması ilə kifayət etmir, onlar qanunla müəyyən edilmiş qaydada və vaxtında təqdim edilməlidir. Əks halda, məhkəmə tərəfindən qəbul edilməyə bilər. 

Sübutlar nə vaxt təqdim olunmalıdır?

Mülki prosessual qanunvericiliyə əsasən sübutlar əsasən birinci instansiya məhkəməsində işin baxılmağa hazırlanması mərhələsində (hazırlıq iclasında) təqdim edilməlidir. Əgər şəxs sübutu bu mərhələdə təqdim etmək imkanı olduğu halda bunu etmirsə və sonradan təqdim edirsə, məhkəmə həmin sübutu qəbul etməyə bilər.

Hansı hallarda sonradan sübut təqdim etmək olar?

Qanun müəyyən istisnalara yol verir.

1. Sübuta ehtiyac sonradan yaranarsa - Bəzən sübutun təqdim olunması zərurəti məhz məhkəmə baxışı zamanı ortaya çıxır. Məsələn, məhkəmə baxışı zamanı yeni faktlar aşkar olunur; tərəflərin izahatları yeni halları üzə çıxarır, mübahisə predmeti ilə bağlı vəziyyət dəyişir (məsələn, əmlakın hüquqi statusu dəyişir). Belə hallarda həmin faktları təsdiqləyən sübutlar sonradan təqdim edilə bilər.

2. Sübut əvvəldən mövcud olsa da, obyektiv səbəblərdən vaxtında təqdim etmək mümkün olmayıbsa, bu halda da məhkəmə onu qəbul edə bilər. Amma burada vacib şərt odur ki,  şəxs sübutu vaxtında təqdim edə bilməməsinin səbəbini də sübut etməlidir. Məsələn, rəsmi sorğu vaxtında göndərilib, lakin cavab gecikib. Bu halda sorğu və cavab məktubları da məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya mərhələsində yeni sübut təqdim etmək olarmı?

Apellyasiya instansiyasında yeni sübutların təqdim olunması daha məhduddur. Bu yalnız o halda mümkündür ki, şəxs birinci instansiyada həmin sübutu təqdim edə bilmədiyini əsaslandıra bilsin. Məsələn, üzrlü səbəblər kimi bunlar göstərilə bilər:

məhkəmə iclasları barədə bildirişlərin alınmaması, ağır xəstəlik və ya uzunmüddətli müalicə və digər obyektiv və sübut oluna bilən hallar. Bu səbəblər də müvafiq sənədlərlə təsdiqlənməlidir.

Hansı sübutlar ümumiyyətlə qəbul edilmir?

Hətta vaxtında təqdim olunsa belə, sübutlar aşağıdakı tələblərə cavab verməlidir. Əks halda, məhkəmə həmin sübutları qəbul etməyəcək.

• işə aid olmalıdır (mübahisə ilə əlaqəli olmalıdır);

• qanuni yolla əldə olunmalıdır.

Tövsiyələr:

• Bütün sübutları mümkün qədər məhkəməyədək mərhələdə toplamaq;

• Sübutları birinci instansiya məhkəməsində hazırlıq mərhələsində təqdim etmək;

• Sübutlar gec təqdim olunduqda, bunun səbəbini əsaslandırmaq;

• Zərurət olduqda hüquqi yardım almaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Aprel 2026 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri