APL Fantasy də sentyabr ayının qalibi müəyyənləşdi
Sportal.az saytına istinadən Icma.az xəbər verir.
APL Fantasy-də Azərbaycan Premyer Liqasının 2026/27-ci mövsümünün sentyabr ayında keçirilən oyunlarının nəticələrinə əsasən, ayın qalibi müəyyənləşib.
Sportal.az xəbər verir ki, iştirakçılar arasında ən çox xal (182) toplayan Kənan Hüseynov birinci yerin sahibi oldu.
Kənan Hüseynov əldə etdiyi nəticəyə görə AFFA və APL Fantasy-nin tərəfdaşı “Euroacs” şirkəti tərəfindən hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, APL Fantasy iştirakçılarına Azərbaycan Premyer Liqasında çıxış edən real futbolçulardan virtual komanda formalaşdırmaq, hər turun nəticələrinə uyğun xal toplamaq və digər futbolsevərlərlə rəqabət aparmaq imkanı yaradır. Hazırda platformada 19 000-dən çox istifadəçi qeydiyyatdan keçib.
Mövsüm ərzində keçiriləcək 33 turun hər birinin yekununda qaliblər müəyyənləşdirilərək mükafatlandırılacaq. APL Fantasy-də artıq 500-dən çox liqa yaradılıb. İstifadəçilər müxtəlif liqalara qoşularaq dostları, həmkarları, digər futbolsevərlər və müxtəlif təşkilatların yaratdığı komandalarla rəqabət apara bilirlər.
Mövsümün sonunda isə APL Fantasy iştirakçılarını daha böyük mükafatlar gözləyir. Əsas mükafatlardan biri qaliblərdən birinə Azərbaycan milli futbol komandası ilə birlikdə komandanın rəsmi səfər oyunlarından birinə iki nəfərlik səfər imkanı verəcək.
AFFA bütün futbolsevərləri APL Fantasy-yə qoşulmağa, öz virtual komandalarını qurmağa və 33 tur ərzində mübarizəni davam etdirməyə dəvət edir.
Oyuna qoşulmaq və daha ətraflı məlumat əldə etmək üçün:
APL Fantasy rəsmi platforması Instagram TikTok YouTube Telegram Facebook saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 25 Sentyabr 2026 14:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















