Icma.az
close
up
RU
“​Apple” bu iPhone modellərinə dəstəyi dayandırır

“​Apple” bu iPhone modellərinə dəstəyi dayandırır

Metbuat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Apple” şirkəti “iPhone 7 Plus” və “iPhone 8” modellərini rəsmi olaraq “klassik məhsullar” siyahısına daxil etdiyini açıqlayıb.

Metbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, bu addım hələ də həmin cihazlardan istifadə edənlər üçün vacib xəbərdarlıqdır. Çünki “Apple” “klassik” statusu alan məhsullar üçün texniki dəstək və orijinal ehtiyat hissələrinin təminatını məhdudlaşdırır.

“Apple”ın “klassik məhsul” anlayışı satışdan dayandırılmış cihazların 5-7 il ərzində dəstək dairəsindən tədricən çıxarılmasını nəzərdə tutur. Bu müddət ərzində texniki xidmət və ehtiyat hissələri hələlik mövcud olsa da, onların tapılması getdikcə çətinləşir.

Hazırda adıçəkilən modellərin rəsmi və səlahiyyətli servislərdə təmiri tamamilə dayandırılmasa da, mövcud ehtiyat hissələrinin tükənməsi ilə seçimlər məhdudlaşacaq. Buna görə də istifadəçilərə alternativ həllər axtarmaq və ya yeni modelə keçidi nəzərdən keçirmək tövsiyə olunur.

“Apple”ın məhsul dəstəyində son mərhələ isə “köhnəlmiş məhsullar” kateqoriyasıdır. Bu mərhələyə, cihazın satışdan çıxarılmasından 7 il sonra keçilir. “iPhone 7 Plus” və “iPhone 8” modelləri isə təxminən bir-iki il ərzində bu siyahıya daxil olacaq.

Qeyd edək ki, “Apple” ötən ay da klassik məhsullar siyahısını yeniləmiş, “iPhone 6S” və 2018-ci il “Mac mini” modellərini bu kateqoriyaya əlavə etmişdi. Bu isə texnologiya nəhənginin köhnə cihazlara dəstəyi mərhələli şəkildə dayandırdığını göstərir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:201
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 23 May 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri