Kollegiya 6 vəkili cəzalandırdı
Icma.az bildirir, Olke.az portalına istinadən.
Qurumun Mətbuat xidmətindən Ölkə.az-a bildirilib ki, kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə görülən işlər, əldə olunan nəticələr və qarşıda duran əsas prioritet istiqamətlər barədə məlumat verib.
Sonra iclasın gündəliyinə uyğun olaraq, bəzi vəkillərin digər vəkil qurumlarına keçirilməsi, müəyyən müddətə üzvlük haqqının ödənilməsindən azad olunması, dövlət qulluğuna qəbul edildiyinə görə vəkillik fəaliyyətinin dayandırılması, eləcə də vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.
İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirə olunub. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkil Kollegiyadan xaric edilib, 2 vəkil barəsində cərimə intizam tənbehi tətbiq olunub, 3 vəkilə xəbərdarlıq edilib, 1 vəkilin isə gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.
Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər müzakirə edilib, onların həlli istiqamətində müvafiq qərarlar qəbul olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 13 Noyabr 2026 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















