Icma.az
close
up
RU
Apple Çin üçün öz süni intellekt modelini yaradıb

Apple Çin üçün öz süni intellekt modelini yaradıb

Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Apple Çin üçün öz süni intellekt modelini yaradıb

Apple Çin bazarı üçün xüsusi olaraq özünün böyük dil modelini yaradıb. Oxuməni.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məsələ ilə tanış olan üç mənbəyə istinadən məlumat yayıb. Şirkət süni intellektin (Sİ) hazırlanması və təlimi prosesini "Alibaba Group" ilə tərəfdaşlıq çərçivəsində həyata keçirib.

Agentliyin həmsöhbətlərinin sözlərinə görə, Apple özünün "Apple Intelligence" süni intellekt sistemini yaxın aylarda Çində istifadəyə verəcək. Çin üçün uyğunlaşdırılmış bu model şirkətə ən rəqabətli xarici bazarda süni intellekt üzərində daha çox nəzarət əldə etməyə imkan verəcək.

Daha əvvəl Apple-ın öz süni intellekt modelini yaratdığı barədə məlumat verilməmişdi. Şirkət daxili bazarında ABŞ-dakı tərəfdaşlarının modellərinə güvənir. Çində də o, yerli tərtibatçıların mövcud süni intellekt sistemlərindən istifadə etməyi planlaşdırırdı, çünki "Anthropic" və "OpenAI" kimi Amerika şirkətlərinin sistemləri Çində əlçatan deyil.

İyulun ortalarında Çin tənzimləyiciləri Apple-a "Apple Intelligence" sistemini ölkə ərazisində işə salmağa icazə verib. Bildirilirdi ki, şirkət öz sisteminə "Alibaba"nın "Qwen" modelini, həmçinin "Baidu" tərəfindən hazırlanmış adı açıqlanmayan süni intellekt alətlərini inteqrasiya edəcək.

Öz süni intellekt modelinin buraxılması Apple-ı Pekindən buna icazə alan ilk xarici şirkət edəcək.

Apple və "Alibaba Group" arasında tərəfdaşlıq barədə məlumat 2025-ci ilin fevralında məlum olub. Bu məlumatı Çin şirkətinin Direktorlar Şurasının sədri Cozef Tsay təsdiqləyib. O bildirib ki, Apple Çindəki smartfonlarında "Alibaba Group"-un süni intellekt sistemlərindən istifadə edəcək.

Almaz Həsənli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:89
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 14 Avqust 2026 14:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see147

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri