Apple dan yeni həmlə
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Apple” şirkətinin növbəti növ “iPhone Air 2” smartfonunda birinci nəslin ən çox narazılıq doğuran nöqsanını aradan qaldıracağı və qurğunu daha incə korpusda təqdim edəcəyi gözlənilir.
“Yeni Sabah” xəbər verir ki, insayder “yeux1122” yeni cihazın korpus qalınlığının cəmi 5,2 mm olacağını bildirib (müqayisə üçün, mövcud “iPhone Air” modelində bu rəqəm 5,6 mm-dir).
Smartfondakı əsas yeniliklərdən biri enerji sıxlığı artırılmış daha tutumlu akkumulyatorun tətbiqidir. Bu addım ilk modelin ən zəif tərəfi sayılan qısa batareya ömrünü əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa yönəlib. Dördpendirli pizza
Texniki göstəricilərə gəldikdə, “iPhone Air 2”nin 2 nanometrlik A20 Pro çipi, həmçinin C2 modemi və N2 modulu ilə təchiz ediləcəyi gözlənilir. Bu komponentlər enerjiyə qənaəti artıraraq cihazın muxtar iş müddətini uzadacaq.
Foto-video imkanlarında da yeniliklər gözlənilir: 48 MP-lik əsas kameranın yanına eyni göstəriciyə malik ultra genişbucaqlı obyektiv əlavə oluna bilər. Ekran tərəfində isə 120 Hz-lik ProMotion dəstəyi saxlanılacaq, displeyin ölçüsü isə azca böyüyərək 6,55 düym təşkil edəcək (əvvəlki 6,5 düym idi).
“iPhone Air 2”nin 2027-ci ilin birinci yarısında “iPhone 18” və “iPhone 18e” modelləri ilə birlikdə nümayiş olunacağı ehtimal edilir. Səsləndirilən məlumatlar hələlik rəsmi status daşımır.
Baxış sayı:83
Bu xəbər 08 Oktyabr 2026 16:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















