“Apple Pay” və “Google Pay” ödəniş üsulları ilk dəfə olaraq “Azercell” tətbiqində! Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Icma.az, Azxeber.com portalına istinadən məlumat verir.
Lider mobil operator yerli bazarda tokenləşdirilmiş balans artımını təklif edən ilk mobil operator oldu
Ən innovativ rəqəmsal həlləri müştəriləri üçün əlçatan etməyi hədəfləyən Azercell bu dəfə mobil ödənişlərin asanlığı təmin edir. Lider mobil operator "Apple Pay” və "Google Pay”in "Azercell” mobil tətbiqinə inteqrasiyasını reallaşdırır.
Bu yenilik istifadəçilərə mobil balanslarını tez, təhlükəsiz və rahat şəkildə artırmağa imkan verir, kart məlumatlarını manual olaraq daxil etmək ehtiyacını aradan qaldırır.
"Apple Pay” və "Google Pay”ın "Azercell” mobil tətbiqinə inteqrasiyası ödənişləri biometrik autentifikasiya və ya xüsusi ödəniş funksiyası vasitəsilə saniyələr ərzində həyata keçirməyə imkan verir. Eyni zamanda, yeni ödəniş üsulu istifadəçi məlumatlarını qorumaq və əngəlsiz əməliyyat prosesini təmin etmək üçün qabaqcıl tokenizasiya texnologiyalarından (istifadəçilərin kart məlumatlarının şifrələnməsi) istifadə edərək əməliyyat təhlükəsizliyini də yüksək səviyyədə təmin edir.
Əlavə məlumat üçün: https://www.azercell.com/az/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 23 Dekabr 2024 12:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















