Icma.az
close
up
RU
Apple üç milyardıncı “iPhone”u buraxdı

Apple üç milyardıncı “iPhone”u buraxdı

Icma.az, Qaynarinfo saytına istinadən bildirir.

"Apple" rəsmi olaraq üç milyardıncı "iPhone”un göndərildiyini açıqlayıb. 

Qaynarinfo "Engadget”ə istinadla xəbər verir ki, bu barədə şirkətin baş direktoru Tim Kuk 2025-ci ilin üçüncü rüb maliyyə nəticələrinin elanında bildirib.

İlk "iPhone” 2007-ci ildə satışa çıxarılıb, milyardıncı cihaz 2016-cı ildə, iki milyardıncı isə təxminən 2021-ci ildə satılıb. Şirkət dörd ildən az müddətdə yeni tarixi göstəriciyə çatıb. "iPhone” satışları iki rəqəmli faizlə artıb, rüblük gəlir isə 94 milyard dollar təşkil edib – bu, ötən illə müqayisədə 10% çoxdur.

Eyni zamanda, Tim Kuk qeyd edib ki, Çindən idxal olunan məhsullara tətbiq edilən gömrük rüsumları şirkətə rüb ərzində 800 milyon dollara başa gəlib, növbəti rübdə isə bu xərclər 1,1 milyard dollara çata bilər. Analitiklərin, o cümlədən "Bloomberg”dən Mark Qurmanın fikrincə, tələbin bir hissəsini məhz smartfonların gömrük rüsumlarına görə bahalaşacağından ehtiyat edən alıcılar formalaşdırıb.

Gözlənilir ki, artıq sentyabrda "Apple” "iPhone 17” xəttini, o cümlədən "Samsung Galaxy S25 Edge” ilə rəqabət aparacaq yeni supernazik "iPhone 17 Air” modelini təqdim edəcək. Analitiklərin proqnozlarına görə, "Apple” bütün yeni modellərin qiymətini artıracaq.

Tim Kuk hesabatda həmçinin bildirib ki, şirkət süni intellektə yatırımları ciddi şəkildə artırır və öz Al həllərinin inkişafını sürətləndirmək üçün mümkün satınalmaları nəzərdən keçirir. Daha əvvəl "Apple”in Perplexity AI startapını ala biləcəyi barədə məlumat yayılmışdı.

Alpər

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 01 Avqust 2025 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu kimi tədbirlər Azərbaycanın sabit ölkə imicini artırır

23 May 2026 17:44see336

Azərbaycan Dövlət Akademik Filarmoniyasında konsert “90 illik irs”

24 May 2026 01:53see327

Piri mürşüdün ölümündən öncəki son sözləri

23 May 2026 23:07see182

Azərbaycanlı diplomat İranda həlak oldu

23 May 2026 22:46see180

F1 komandaları 2027 mövsümündə bəzi yarışların qısaldılmasını dəstəkləyiblər

24 May 2026 03:20see180

Daşkəsəndə 20 dəqiqə DOLU YAĞDI VİDEO

23 May 2026 19:20see176

Atmosferin yuxarı hissəsi niyə daim soyuq olur? Sirr açıldı

24 May 2026 06:52see173

Boksçularımız Batumidə beynəlxalq turnirdə mübarizə aparacaqlar

23 May 2026 13:14see173

“YouTube Shorts”da süni intellektlə video redaktəsi dövrü başlayır

24 May 2026 05:58see172

Ukrayna Prezidenti Rusiyanın “Oreşnik” ilə hücuma hazırlaşması haqqında danışıb

23 May 2026 21:03see168

Zamiq Hüseynov: “Kaş, belə bir dünya ola...”

23 May 2026 14:57see166

Sahib Paşazadəyə Özbəkistanda “Sənətşünaslıq üzrə fəlsəfə doktoru (PhD)” elmi dərəcəsinin diplomu təqdim edilib FOTO

23 May 2026 20:08see163

Rusiya Ukraynaya nüvə zərbəsi endirəcək! Petrov

23 May 2026 08:01see161

Bağırsaq sağlamlığını necə qorumaq olar...

23 May 2026 21:25see157

Mikels Sabah ı Qarabağ a dəyişir? Premyer Liqanın bombardiri Qurban Qurbanovun yanına yollana bilər

23 May 2026 12:54see156

Elvin Nəcəfzadə yeniyetmələr arasında Avropa çempionudur

23 May 2026 21:49see154

İranın blokadasında iştirak edən ABŞ hərbçilərinin sayı AÇIQLANDI

23 May 2026 19:53see151

Tramp Si Cinpinlə görüşündə Yaponiyanın Baş nazirini müdafiə edib

24 May 2026 10:40see150

Milyon avroluq avtomobilləri oğurladılar

25 May 2026 01:58see150

8 saatdan çox yatanlar vaxtından tez qocalır Alimlər təsdiqlədi

24 May 2026 07:00see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri