Icma.az
close
up
RU
Apple və Google qanqster tərzində biznes aparmaqda ittiham edildi

Apple və Google qanqster tərzində biznes aparmaqda ittiham edildi

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Epic Games" şirkətinin baş direktoru Tim Suini "Y Combinator" fondunun tədbirində çıxışı zamanı "Apple" və "Google"un biznes praktikalarını sərt tənqid edərək, onların fəaliyyətini qanqster metodlarına bənzədib.

"Ölkə.az" xəbər verir ki, bu barədə "TechCrunch" portalı məlumat yayıb.

"Acı həqiqət budur ki, "Apple" və "Google" artıq vicdanlı və qanunlara riayət edən şirkətlər deyil. Onlar çox vaxt biznesi qanqster üslubunda idarə edir, yalnız öz maraqlarını düşünür və nə qədər uzağa gedə biləcəklərini yoxlayırlar. Əgər cərimənin məbləği qanunsuz praktika nəticəsində əldə etdikləri gəlirdən azdırsa, onlar qanunsuz fəaliyyətlərini davam etdirir və sadəcə cəriməni ödəyirlər", deyə Suini bildirib.

"Epic Games" rəhbərinin sözlərinə görə, "Apple" və "Google"un fəaliyyəti "Epic Games Store"un inkişafına mane olur, istifadəçilərin platformaya girişini məhdudlaşdırır və tərtibatçılarla əməkdaşlıq üçün süni əngəllər yaradır.

Suini xüsusi olaraq "Google"un "Android" cihazlarında "Epic Games Store"un quraşdırılması zamanı göstərdiyi xəbərdarlıqlara diqqət çəkib. Onun fikrincə, "naməlum mənbələr"dən olan tətbiqlərlə bağlı xəbərdarlıqlar istifadəçilərdə şübhə yaradır və nəticədə onların 50-60%-i platformanı yükləməkdən imtina edir.

Eyni problem iOS istifadəçiləri üçün də mövcuddur. Avropa İttifaqında "Epic Games Store"un yüklənməsi zamanı sistem tərəfindən göstərilən xəbərdarlıq mesajları platformaya olan etibarı azaldır.

Bundan əlavə, "Apple" və "Epic Games" arasında davam edən məhkəmə prosesi şirkətin ekosisteminə böyük tərtibatçıları cəlb etmək imkanlarını məhdudlaşdırır. Suini bildirib ki, inkişafçılar Apple ilə mümkün münaqişədən qorxduqları üçün "Epic Games Store" ilə əməkdaşlıqdan çəkinirlər. Onun fikrincə, bu cür bazar mexanizmləri oyun sənayesinə əlavə təzyiq yaradır və rəqabəti məhdudlaşdırır.

"Apple" və "Google"un bu iddialara necə cavab verəcəyi və "Epic Games" ilə davam edən mübahisələrin nə ilə nəticələnəcəyi maraq doğurur.(Qaynarinfo)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:198
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Aprel 2025 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see359

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see329

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see320

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see320

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see304

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see290

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see287

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see270

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see261

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see253

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see250

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see240

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see230

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see223

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see214

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see200

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see194

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see194

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see193

Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır

09 Noyabr 2026 21:18see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri