Icma.az
close
up
RU
Apple, Google, Meta... Hamımızın parolu sızdırılıb

Apple, Google, Meta... Hamımızın parolu sızdırılıb

Yenisabah saytına istinadən Icma.az xəbər verir.

Google, Meta, Apple və digər platformaların istifadəçilərinə məxsus 16 milyarddan çox parol sızdırılıb. Bu tarixdə ən böyük parol sızması kimi təsvir edilir.

Yenisabah.az xəbər verir ki, kibertəhlükəsizlik mütəxəssisləri qlobal texnologiya nəhəngləri Google , Meta və Apple daxil olmaqla, bir çox platformanın istifadəçilərinə məxsus 16 milyarddan çox hesabın istifadəçi adı və parol məlumatlarının sızdırıldığını aşkar ediblər.

Müxtəlif platformalarda yaşanan məlumat oğurluğu bütün dünyada internet istifadəçilərinin panikasına səbəb olub.

Litvada yerləşən “CyberNews” şirkətinə bağlı ekspertlər tərəfindən aşkar edilən nəhəng sızmanın tək bir məlumat sızması və ya genişmiqyaslı hücumun nəticəsi olmadığı bildirilib. Hakerlərin bir çox keçmiş hücumlardan əldə etdikləri məlumatları birləşdirərək nəhəng fayllar yaratması nəticəsində ortaya çıxan bu vəziyyətin yeni və diqqətəlayiq bir hücum deyil, bir növ "ən yaxşı" kompilyasiya olduğu bildirilib.

Mütəxəssislər bütün istifadəçilərə təhlükəsizlik tədbirləri görməyi tövsiyə edib. Onlar xəbərdarlıq ediblər ki, hakerlər istifadəçilərin şəxsi məlumatlarına daxil ola bilsələr, onların dostları, məktəbləri, xəstəxanaları və bankları ilə əlaqə saxlayaraq, istifadəçilərin adından əməliyyatlar həyata keçirməyə cəhd edə bilərlər.

Mütəxəssislər istifadəçilərə parollarını dəyişməyi və bu cür hücumlardan qorunmaq üçün çoxqatlı təhlükəsizlik sistemlərindən istifadə etməyə başlamağı tövsiyə ediblər. 

Məlumatın sızması səbəbindən ABŞ Federal Təhqiqat Bürosu (FTB) istifadəçilərə SMS vasitəsilə göndərilən şübhəli keçidlərə klikləməmələri barədə xəbərdarlıq edib.

Kibertəhlükəsizlik mütəxəssisləri izah ediblər ki, bu sızma sadəcə köhnə məlumatların təkrar istifadəsi deyil, yeni və istifadəyə hazır hücum mənbəyidir. Sızdırılan məlumatlar Apple, Facebook, Google kimi əsas platformalarda və GitHub və Telegram kimi digər mühüm xidmətlərdə istifadəçilərin hesablarına daxil olmaq üçün istifadə edilə bilər.

Aydan Hacıbalazadə


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 İyun 2025 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see336

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see336

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see327

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see326

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see309

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see306

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see291

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see291

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see288

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see287

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see280

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see276

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see265

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see263

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see263

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see253

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see251

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see247

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see233

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see225
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri