Icma.az
close
up
RU
“Apple”ın yeni telefonu ilə bağlı gizli detallar sızdı

“Apple”ın yeni telefonu ilə bağlı gizli detallar sızdı

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Apple"ın hələ rəsmi təqdim etmədiyi "iPhone 18 Pro Max" modeli ilə bağlı yeni sızıntılar texnologiya həvəskarlarının diqqətini çəkib. İnternetə sızdırılan daxili sənədlərdən məlum olub ki, şirkət bu dəfə əsas kamerada "iPhone"larda ilk dəfə istifadə olunacaq vacib yeniliyə yer verəcək.

"Yeni Sabah" xəbər verir ki, "World Leaks" adlı  proqram qrupu tərəfindən internetə yayılan istehsalçı sənədlərində cihazın kamera sistemi ilə bağlı detallar yer alıb.

Sızdırılan məlumatlara görə, "iPhone 18 Pro Max" modelində əsas kamera kimi "Sony IMX905" sensorundan istifadə ediləcək. Ən maraqlı yenilik isə dəyişən diafraqma texnologiyasıdır. Bu sistem kameranın işıq qəbulunu çəkiliş şəraitinə uyğun avtomatik tənzimləyəcək. Nəticədə həm gecə, həm də gündüz çəkilən fotoların daha keyfiyyətli olacağı gözlənilir. Bu texnologiya bəzi "Android" flaqmanlarında artıq mövcud olsa da, "iPhone" modellərində ilk dəfə tətbiq ediləcək. Dördpendirli pizza

Məlumata görə, "Apple" bu funksiyanın düzgün işləməsi üçün xüsusi kalibrləmə sistemindən istifadə edəcək. Sənədlərdə həmçinin qeyd olunur ki, əsas kamera istisna olmaqla digər kamera avadanlıqları "iPhone 17 Pro Max" modelindəki kimi qalacaq.

Belə ki, telefonda "Sony IMX973" telefoto kamerası, "Sony IMX972" ultra geniş bucaqlı kamera, "Sony IMX591" "LiDAR" sensoru və "Sony IMX914" ön kamera yer alacaq.

Telefoto kamera isə üçoxlu optik sabitləşdirmə (OIS) sistemi və piksel birləşdirmə texnologiyasını qoruyub saxlayacaq.

"Apple" hələlik bu məlumatları təsdiqləməyib. Şirkətin "iPhone 18" seriyasını 2026-cı ilin sentyabr ayında təqdim edəcəyi gözlənilir.

Bununla yanaşı, yeni modelin qiymətinin də artacağı ehtimal edilir. İddialara görə, kamera komponentləri və yaddaş istehsalının bahalaşması səbəbindən "iPhone 18 Pro Max" əvvəlki nəsillə müqayisədə təxminən 200 dollar daha baha satışa çıxarıla bilər.

Əsmətxanım Rzazadə 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 20 İyul 2026 19:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri