Icma.az
close
up
RU
Aprel döyüşlərində qardaşına söz verdi: Şuşada özü də şəhid oldu VİDEO

Aprel döyüşlərində qardaşına söz verdi: Şuşada özü də şəhid oldu VİDEO

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Öndər.tv komandası Masallı rayonunun Viləş kəndinə səfər edərək, Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan gizir Nurlan Əsgərlinin və 44 günlük Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan Vətən Müharibəsi Qəhrəmanı gizir İntiqam Əsgərlinin əziz xatirəsini yad edib, eyni zamanda “Şəhid qardaşları” ev muzeyinin açılış mərasiminə qatılıb.
Demokrat.az
xəbər verir ki, Viləş kəndində keçirilən tədbir olduqca duyğusal anlarla yadda qalıb. Şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları və kənd sakinləri bir araya gələrək qəhrəman oğulların xatirəsini ehtiramla yad ediblər.
Açılışı edilən ev muzeyi təkcə bir ailənin deyil, bütövlükdə xalqın qürur mənbəyinə çevriləcək müqəddəs bir məkan kimi dəyərləndirilir. Muzeydə şəhid qardaşların şəxsi əşyaları, hərbi geyimləri, təltifləri, fotoşəkilləri və döyüş xatirələrini əks etdirən materiallar nümayiş olunur. Şəhidlik İslam dinində ən uca məqamlardan biri sayılır.
Bu zirvəyə yüksələn insanlar cənnətlə mükafatlandırılır və xalqın yaddaşında əbədi yaşayırlar. Tarix boyu olduğu kimi, Azərbaycan xalqı da müqəddəs dəyərləri uğrunda mübarizədən çəkinməmiş, Vətən torpaqlarını qorumaq naminə saysız-hesabsız igidlər yetişdirmişdir. Bu gün üzərində yaşadığımız torpaqlar şəhidlərimizin qanı ilə yoğrulub. Azad, təhlükəsiz və xoşbəxt həyatımızı məhz onların fədakarlığına borcluyuq. Hər bir Azərbaycan vətəndaşının borcu isə bu qəhrəmanları unutmamaq, onların xatirəsini daim yaşatmaq və gələcək nəsillərə ötürməkdir. Şəhid qardaşlarının atası Bayram müəllim və anası, qürurlu Azərbaycan qadını Ziba xanım övladlarını vətənpərvər ruhda böyütmək üçün böyük zəhmət çəkiblər. Ziba xanım bildirir ki, övladlarının hərbçi olmasını məhz özü arzulayıb və bu yolda onlara hər zaman dəstək olub.
Aprel döyüşlərində ilk şəhid olan Nurlan Əsgərli subay idi. O, ağır yaralı olduğu anlarda qardaşı İntiqamla son dəfə görüşərək ürəyində qalan ən böyük arzusunu dilə gətirir: “Arzum Şuşaya bayraq sancmaq idi.” Bu sözlər qardaşının həyatına və gələcək taleyinə istiqamət verən bir vəsiyyətə çevrilir. Nurlanın şəhidliyindən dörd il sonra Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayır. 44 günlük Vətən müharibəsi dövründə hər bir əsgərin məqsədi yalnız qələbə qazanmaq deyil, həm də şəhidlərin qisasını almaq idi. İntiqam Əsgərli də qardaşına verdiyi sözü yerinə yetirmək əzmi ilə döyüşlərə qatılır. O, döyüş yolu boyunca böyük şücaət göstərərək Şuşa istiqamətində gedən əməliyyatlarda iştirak edir və nəhayət, müqəddəs şəhərdə Azərbaycan bayrağını dalğalandıraraq həm qardaşının arzusunu reallaşdırır, həm də onun qisasını alır. Bu an təkcə bir ailənin deyil, bütün xalqın qürur anına çevrilir. Lakin qəhrəmanlıq yolu bununla bitmir. Müharibənin son günü – 9 noyabr tarixində İntiqam Əsgərli ağır yaralanır və şəhidlik zirvəsinə ucalır.
Beləliklə, iki qardaş da Vətən uğrunda canından keçərək Azərbaycan tarixində silinməz iz qoyur. Bu gün Viləş kəndində açılan “Şəhid qardaşları” ev muzeyi gələcək nəsillər üçün bir məktəb, bir vətənpərvərlik ocağıdır. Buraya gələn hər bir insan bu igidlərin həyat yolundan ilham alacaq, Vətən sevgisinin nə qədər müqəddəs olduğunu bir daha anlayacaq.


Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:127
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 13 Aprel 2026 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri