Icma.az
close
up
RU
Aprel döyüşlərinin 10 ili tamam olur

Aprel döyüşlərinin 10 ili tamam olur

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Gəncədən zəng: “Xalq qəzeti”nin çıxışından sonra şəhidin adına küçə verildi 

Novruz və Ramazan bayramları ərəfəsində Gəncədən gələn bir telefon zəngi məni xeyli mütəəssir elədi. Bayramlarımızı təbrik edən şəxsin səsini tanıya bilmədim. Məlum oldu ki, zəng edən soydaşımızla on il qabaq redaksiyamızda görüşmüşəmmiş. O zaman  Aprel döyüşlərinin şəhidi Fərman Əsədlinin  atası, hərbçi polkovnik Elçin Əsədov redaksiyamıza gəlmişdi. 

Telefon xəttinin o biri başındakı həmsöhbətim bayram təbriklərindən sonra Aprel döyüşlərinin on ilinin tamam olduğunu da xatırlatdı və əlavə etdi ki, “Xalq qəzeti”nin 17 yanvar 2017-ci il tarixli nömrəsində verilmiş məqalədən sonra Samux rayonunun Sərkar kəndində Fərman Əsədlinin adına küçə verilib. 

Şəhid Fərman Əsədli haqqında ölkə mətbuatında çox yazılar verilib ( onların ikisi “Xalq qəzeti”ndədir və bu sətirlərdə həmin yazının birindən söz açacağıq) . Üstəlik, ona həsr edilmiş roman da yazılıb. Odur ki, biz şəhid soydaşımız barədə ətraflı məlumat vemədən iki mühüm faktı yada salırıq.  Birinci fakt Samux rayonunun Sərkar kəndinin 94 yaşlı sakini Əsəd Əsədovun Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevə göndərdiyi 1 noyabr 2020-ci il tarixli məktubdur. 

Qələbəmizin elan edilməsinə hələ doqquz gün qalmış qələmə alınan həmin məktubda deyilirdi: “Cənab  Ali Baş Komandan, mənim nəvəm Əsədli Fərman Elçin oğlu 2016-cı ilin aprel döyüşlərində Sizin əsgəriniz olaraq, vətəndaşlıq borcunu kişi kimi yerinə yetirərkən Tərtər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak oldu. Ölümündən sonra o, Sizin tərəfinizdən “Şücaətə görə” medalına layiq görüldü. Hələ 2016-cı ilin aprelində Sizin rəhbərliyiniz altında Milli Ordumuz nələrə qadir olduğunu göstərə bilmişdi”.

Həmin məktubdan bu sətirləri sitat kimi seçməyimiz təsadüfi deyil. Demək istəyirik ki, şəhid Fərman Əsədlinin nümayiş etdirdiyi vətənpərvərlik nümunəsi ailədən, nəsildən gəlir. 

Xatırlatmaq istədiyimiz ikinci fakt isə bu sətirlərin müəllifinin 2017-ci ilin yanvarında qələmə aldığı yazıdan təxminən bir il üç ay sonra – 2018-ci il aprelin 5-də, yenə də “Xalq qəzeti”ndə verilmiş “Fərman Əsədli qəlbinin hökmü ilə cəbhə bölgəsinə yollanmışdı…” adlı məqalədir. Qəzetin bölgə müxbiri Hamlet Qasımovun qələmə aldığı xəbərdə deyilirdi ki,  Gəncə qarnizonu Zabitlər Evinin təşkilatçılığı ilə “Vətən uğrunda!” səyyar təşviqat dəstəsi və “N” saylı hərbi hissənin şəxsi heyəti şəhidin Gəncədəki evini ziyarət etməyə gəliblər: “ Şəhidin atası Elçin Əsədov Fərmanla bağlı xatirələrini bölüşür. Yazıçı Gülnarə Sadıq Fərman Əsədliyə həsr etdiyi “26 gün” romanı haqqında məlumat verir. Deyir ki, romanında aprel döyüşləri zamanı cəbhə bölgəsinə yollanan sadə insanların  –  mülki vətəndaşların Vətən sevgisini, ordu ilə həmrəyliyini diqqətə çatdırıb. Çünki bu döyüşlər xalqda elə bir ruh yüksəkliyi yaratmışdı ki, nəinki əsgərlər, hərbçilər, mülki şəxslər da cəbhəyə getmək üçün hazır olduqlarını bildirirdilər. Xalqın duyğularını ifadə edən Fərman Əsədli məhz belə bir düşüncənin sahibi idi…”

Tünzalə Vəliqızının Aprel döyüşlərindən bir ay sonra  “525-ci qəzet” də verilmiş məqaləsində isə belə bir cümlə oxuyuruq: “Mən Fərmanı tanımırdım, görməmişdim. Onun atası – hərbi paltarlı Elçin müəllim isə bizim üçün hər zaman “ulduzlu” qəhrəman olub”.  

Həmin yazıda şəhidin atasının dedikləri də verilib. O ifadələr bizə milli tariximizin Dədə Qorquddan bu yana bütün türk kişilərinin söylədiklərini xatırladırdı: “Hərbi komissar kimi içimdə min parça olsam da dik dayanaraq çox qapılar döyüb “oğlunuz şəhid oldu” xəbərini vermək məcburiyyətində qalmışam. Bir gün ata olaraq bunun mənim üçün də olacağına hazır idim...”

Allah Fərman Əsədliyə də, bütün şəhidlərimizə də rəhmət eləsin! Şəhid valideynlərinə isə nümayiş etdirdikləri dözüm və dəyanətə görə min dəfə təşəkkürlər  düşür. 

Allah şəhidlərimizin qanını yerdə qoymayan, onların qisasını döyüş meydanlarında alan Azərbaycan Ordusunu qorusun!

İttifaq MİRZƏBƏYLİ, 

Əməkdar jurnalist

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:203
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Mart 2026 13:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see336

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see308

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see268

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see252

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see250

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see246

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see241

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see233

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see230

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see227

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see217

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see216

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see214

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see209

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see207

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see204

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see202

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see201

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see186

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri