Icma.az
close
up
RU
Aprel döyüşlərinin doqquzuncu ili

Aprel döyüşlərinin doqquzuncu ili

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sədrəddin Soltan

Torpaqlarımızın azadlığına aparan yolda yeni şərait, azad torpaq

Azərbaycan torpaqlarını mübarizə, əzm və birlik nəticəsində azad edib. Bu yolda minlərlə vətəndaşı şəhid, qazi olub. Bir sıra güclərin etirazını baxmayaraq, rəsmi Bakı torpaqlarını işğaldan azad edəcəyini bütün səviyyələrdə bəyan edirdi.

2010-cu il iyunun 18-də Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov təkbaşına bir kilometr məsafəlik minalanmış ərazidən keçərək işğal altında olan Tərtər rayonunun Çaylı kəndində yerləşən Ermənistan Silahlı Qüvvələrinin zastavasına hücum etmişdi. Bu döyüşdə o işğalçı ordunun bir neçə əsgər və hərbçisini öldürüb, yaralamışdı. Mübariz İbrahimov və Fərid Əhmədovla başlamış bu hərbi hərəkat Azərbaycan Silahlı Qüvvələrinə sonrakı əməliyyatlar üçün təkan verdi, təcavüzkar haqqında yayılan mifi silkələdi.

Bu həm də Azərbaycan hərbçisinin, ordusunun gücünün, torpaqları azad etməyə hazırlıq vəziyyətinin göstərici idi.

Bu cəsurluq yenisini doğurdu. O hadisədən təxminən altı il sonra 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və işğalçı Ermənistan silahlı qüvvələri arasında ovaxtkı Dağlıq Qarabağ ərazisində döyüş baş verib. Bu, 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra ilk ən şiddətli döyüş olub.

Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi, Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar və Suqovuşan kəndləri istiqamətində yollar düşməndən işğaldan azad olunmuşdu.

Ermənistanın ovaxtkı prezidenti Serj Sarqsyan vəziyyətdən vahimələnərək Moskvaya, Rusiya Prezidenti Vladimir Putinə zəng edərək döyüşü dayandırmağı istəmişdi.

Bunun nəticəsində aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılmışdı. Razılaşma Moskva şəhərində Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında əldə edilib.

Halbuki həmin dövrdə Ermənistan hərbçiləri və Qarabağdakı qondarma rejim “başçıları” atəşkəs rejimini pozmaqla yanaşı, yeni torpaqları tutacaqları ilə hədələyridilər. Aprel döyüşləri Ermənistana və havadarlarına, erməni lobbisi, diasporuna Azərbaycanı ilk tərs silləsi idi. Çünki bu əməliyyat nəticəsində rəsmi Bakı hərb yolu ilə ilk dəfə olaraq iki min hektarlıq ərazini işğaldan azad etmişdi. Ermənistan o vaxtı bunun 800 hektar olduğunu iddia edirdi. Ancaq bütün hallarda Azərbaycan bir qarış olsa belə torpağını işğaldan təmizləmişdi.

Bu, həm də Ermənistan hakimiyyətinə, havadarlarına ilk dərs, Azərbaycanın qarşı tərəfdə duranlara, işğalçılara və onun dəstəkçilərinə ilk ciddi xəbərdarlığı da sayıla bilər.

Ermənistan bu döyüşdə itkilərinin sayını gizlətməyə çalışıb. Azərbaycan mənbələrinə əsasən, döyüşlər nəticəsində işğalçının 560 hərbçisi məhv edilib, 500-ü yaralanıb, 60 tank və zirehli maşın, 45 artilleriya qurğusu sıradan çıxarılıb.

Bundan başqa, Ermənistan hakimiyyəti ciddi kadr itkisinə də məruz qaldı. Müdafiə nazirliyi başda olmaqla güc strukturlarında ciddi kadr dəyişikliyi həyata keçirildi, nazir Seyran Ohanyan istefaya göndərildi. Ermənistan ordusunun maddi-texniki bazası, hərbçilər, əsgərlər arasında təlim-tərbiyə, nizam-intizamın səviyyəsinin aşağı olduğu üzə çıxdı.

Bu döyüşlər Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyi faktını bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı.

Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə yardım edə bilməyənlər bu döyüşlərlə bağlı açıqlamaları ilə də özlərini təsdiqləmişdilər. Məsələn, Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə ali komissarı Federika Moqerini bildirmişdi: “Münaqişə tərəfləri baş verənlərin məsuliyyətini anlayır. Onlar beynəlxalq təşkilatların narahatlığına anlayış göstərəcəklər. Biz münaqişənin danışıqlar masası arxasında və sülhlə nəticələnməsini istəyirik”.

BMT-nin baş katibi Pan Gi Mun də bütün tərəfləri hərbi əməliyyatlara son qoymağa, atəşkəs rejiminə tam əməl etməyə və vəziyyətin sabitləşməsi üçün addımlar atmağa çağırmışdı.

ABŞ-nin ovaxtkı dövlət katibi, “907 saylı düzəlişin” həmmüəllifi Con Kerri və dövlət katibinin müavini Viktoriya Nuland Azərbaycanı açıq şəkildə təhdid etmişdilər.

Almaniyanın ovaxtkı xarici işlər naziri, indiki Prezident Frank Valter-Ştaynmayer hər iki tərəfi dərhal döyüşü dayandırmağa və atəşkəs rejiminə tam əməl etməyə çağırmışdı.

Bir sıra ictimai xadimlər o cümlədən prodüser Timur Vaynşteyn, maneken Kim Kardaşyan, Türkiyənin tanınmış, kürd etnik qrupundan olan siyasi xadimi Səlahəddin Dəmirtaş isə Ermənistanın dəstəkləyən açıqlamalar vermişdi.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildirmişdi: “Çox təəssüf ki, neçə illər ərzində Dağlıq Qarabağ bölgəsindəki münaqişəyə Minsk qrupu həmsədrləri laqeyd yanaşdıqları üçün bizi bu mənzərə ilə qarşı-qarşıya qaldıq”. O Azərbaycanın ərazi bütövlüyünü müdafiə etdiklərini bir daha vurğulamışdı.

Rəsmi İslamabad vurğulamışdı: "Pakistan həmişə Azərbaycanın yanındadır. Azərbaycana qardaş və dost ölkədir”.

Gürcüstan, Ukrayna, Belarus, İran, Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirmişdilər.

Azərbaycanın ərazi bütövlüyü beynəlxalq miqyasda, səviyyədə tanınsa da, rəsmi Bakıya döyüşlərin dayandırılması ilə bağlı təzyiqlər edilirdi. Buna görə də apreldə döyüşlər dörd gün sürdü.

Aprel hadisələrinin uğuru dörd il sonra Tovuz döyüşləri ilə davam etdi. 2020-ci il iyulun 12-də Tovuzda Ermənistanla Azərbaycan arasında müvəqqəti dövlət sərhədi boyunca döyüşlər başladı.

Həmin döyüşlərdə Azərbaycan Ordusunun general-mayoru Polad Həşimov, polkovnik İlqar Mirzəyev və həmçinin hücumun qarşısını alarkən beş hərbi qulluqçunun şəhid olmasını da vurğulamaq yerinə düşər. Bu yüksək rütbəli zabitin döyüşdə həlak olmasına dair çox nadir hadisələrdən sayılır. Onların şəhidliyi həm də Azərbaycan ordusundan yüksək rütbəli və vəzifəli zabit heyətində döyüşə hazırlıq ruhunun göstəricisi idi.

Mübariz İbrahimov, Fərid Əhmədov, Polad Həşimov, İlqar Mirzəyev və başqa əsgər, çavuş, gizir, zabitlərin şəhadəti ilə davam edən torpaqların azad olması uğurunda savaş 2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistana qarşı “dəmir yumruq”la davam etdi.

Aprel döyüşlərində işğaldan ilk hektarlar azad edilmişdisə, ondan dörd il sonra Azərbaycanın ərazilər yadların tapdağından təmizlənmişdi. Aprel döyüşləri həm də son yüz ildə işğalçıya qarşı bir hərəkat idi.

Ötən doqquz ildə mənzərə dəyişib. Ermənistan rəsmi Bakının şərtlərini qəbul edərək, sülh sazişi imzalamağa hazırlaşdığını bəyan edir. Erməni cəmiyyəti Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olmasını da etiraf edir.

Aprel döyüşləri rəsmi Bakının və ölkə ictimaiyyətinin ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi, azadlığına sadiq qaldığını, bu yolda savaşın bitmədiyini isbatladı.

Erməniləri türklərə qarşı körükləyən “Miatsum”, “Böyük Ermənistan”, “erməni soyqırımı” kimi ideyaların cəfəngiyyatdan savayı bir nəsnə olmadığı bir daha təsdiqlənib.

Aprel döyüşləri ilə başlayan hadisələr Azərbaycanın beynəlxalq miqyasda həyata keçirilən müxtəlif layihələrdə rolunu, əhəmiyyətini, dəyərini artırdı. Bu savaş 300 min qərbi azərbaycanlının zorla əllərindən alınmış vətəndaş hüquqlarının bərpasını, Zəngəzur yolunun açılmasını da beynəlxalq ictimaiyyətin müzakirəsinə təqdim edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:190
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 08 Aprel 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrəvanın Qərbə meyllənməsi iqtisadiyyata zərbə vurur Açıqlama

06 Avqust 2026 20:05see613

Azərbaycana hər məhsulu gətirmək mümkün olmayacaq Yeni QAYDALAR

07 Avqust 2026 00:37see516

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see460

ABŞ nin Səudiyyə Ərəbistanından neft idxalı sıfıra enib

07 Avqust 2026 00:21see431

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see344

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see336

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see319

Avropanın 80 dək səhiyyə təşkilatı Aİ ni əhalinin istidən qorunması üçün tədbirlər görməyə çağırıb

06 Avqust 2026 21:40see257

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see237

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see235

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see220

Bəniz ləqəbli tiktoker 10 il 3 ay müddətinə HƏBS EDİLDİ

06 Avqust 2026 18:43see219

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see204

Qurban Qurbanov: “Hava həddindən artıq isti idi...”

07 Avqust 2026 00:31see204

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see201

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see200

Çeçenistanda seçki marafonu: Kadırov yenidən rəhbər postuna iddialıdır

06 Avqust 2026 21:39see187

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see185

Vinisiusdan şok qərar

06 Avqust 2026 22:31see183

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri