Icma.az
close
up
RU
Apreldə ən çox ziyarət edilən saytlar SİYAHI

Apreldə ən çox ziyarət edilən saytlar SİYAHI

Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2025-cü ilin aprel ayında dünyada ən çox ziyarət edilən vebsaytların siyahısı açıqlanıb.

Siyahıya görə, ABŞ-nin "OpenAI" şirkəti tərəfindən yaradılan süni intellekt tətbiqi  "ChatGPT" dünyanın ən çox ziyarət edilən ilk 5 saytından biri olub.

"Cebheinfo.az" "Similarweb.com" istinadən xəbər verir ki, "ChatGPT"-nin aprel ayında aldığı ziyarətlərin sayı sürətlə artıb və bu süni intellekt platforması siyahıda 5-ci yerə qədər yüksəlib.Saytı ziyarət edən istifadəçilər burada orta hesabla 7 dəqiqə 15 saniyə vaxt keçiriblər.

Siyahının ilk sırasında dəyişiklik yoxdur:

"Google.com" birinciliyini qoruyur. İstifadəçilər bu axtarış platformasında orta hesabla 10 dəqiqə 31 saniyə, ikinci yerdəki "YouTube"-da isə 20 dəqiqə 18 saniyə vaxt keçiriblər."Meta" şirkətinə məxsus platformalar olan "Facebook" və "Instagram" isə müvafiq olaraq 3-cü və 4-cü yerləri tutub. 

"Facebook" istifadəçiləri orta hesabla 10 dəqiqə 42 saniyə, "Instagram" istifadəçiləri isə 8 dəqiqə 37 saniyə platformada vaxt keçiriblər. “We Are Social” hesabatı da bu artımı təsdiqləyir. Həmin hesabata əsasən, "ChatGPT" ötən il 9-cu yerdə olduğu halda, bu il 4 pillə irəliləyərək ilk 5-lik sırasına daxil olub. 

"Google", "YouTube" və "Facebook" isə hələ də ilk üçlüyü qoruyur."ChatGPT" süni intellektlər arasında açıq fərqlə öndədir.Dünyada ən çox istifadə edilən süni intellektləri toplayan "AITools" platformasının statistikalarına əsasən, "ChatGPT" süni intellektlər arasında açıq fərqlə lider olaraq qalır.

Bu platforma ay ərzində 4,7 milyard ziyarətçi ilə digər rəqiblərindən xeyli irəlidədir. Siyahının ikinci yerində isə aylıq 887 milyon ziyarətçi ilə qrafik dizayn tətbiqi olan "Canva" yer alır. "Google Translate", yəni "Google"-un tərcümə edən süni intellekti isə 595 milyon ziyarətçi ilə 3-cü sıradadır.2025-ci ilin yanvarında dünya səviyyəsində tanınmağa başlayan və səmərəli işləməsi ilə ABŞ istehsalı süni intellektlərin istifadəçi sayına təsir göstərən Çin mənşəli "DeepSeek" isə siyahının 4-cü pilləsində qərarlaşıb.

İlk onluqda daha sonra aşağıdakı süni intellektlər yer alıb:

• 5-ci yer: "Character.AI" – 226 milyon aylıq ziyarətçi
• 6-cı yer: "JanitorAI" – 200 milyon aylıq ziyarətçi
• 7-ci yer: "Perplexity" – 133 milyon aylıq ziyarətçi
• 8-ci yer: "Google"-un hazırladığı və "ChatGPT"-yə əsas rəqib sayılan "Gemini" – 118 milyon aylıq ziyarətçi. 

Məlumata görə, "Gemini" 2025-ci ilin yanvarında "DeepSeek"-in çıxışından sonra istifadəçi bazasının 9 %-dən çoxunu itirib.

• 9-cu yer: "Remove".bg – 112 milyon ziyarətçi
• 10-cu yer: "Claude" – 105 milyon istifadəçi.
"ChatGPT"-nin bu sıçrayışı süni intellekt sahəsindəki marağın sürətlə artdığını bir daha göstərir.

Səbinə Uğur
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 May 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri