Icma.az
close
up
RU
Aprelin 12 si Dünya Aviasiya və Kosmonavtika Günüdür

Aprelin 12 si Dünya Aviasiya və Kosmonavtika Günüdür

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aprelin 12-si dünyada Aviasiya və Kosmonavtika Günü kimi qeyd olunur. Bu günün tarixi əhəmiyyəti təkcə bir insanın Yer orbitinə çıxması ilə bağlı deyil, bütövlükdə insanlığın kosmosa ilk dəfə ayaq açdığı gündür. 

Məhz 1961-ci ilin bu günündə sovet kosmonavtı Yuri Alekseyeviç Qaqarin “Vostok-1” kosmik gəmisi ilə Yer kürəsinin orbitinə çıxmaqla tarixə düşüb. Ümumilikdə 1 saat 48 dəqiqə davam edən bu tarixi uçuş Yer ətrafında tam bir dövrəni əhatə edib və kosmosa çıxış dövrünün başlanğıcı kimi qiymətləndirilib. SSRİ Ali Sovetinin 1962-ci il 9 aprel tarixli qərarı ilə bu gün – 12 Aprel Dünya Aviasiya və Kosmonavtika Günü kimi qeyd olunmağa başlanıb.


Azərbaycanın kosmik yaddaşı – Kərim Kərimovun mirası

Kosmosun fəthi tarixində Azərbaycan da öz izini qoyub. Sovet kosmik proqramlarının əsas memarlarından biri olan azərbaycanlı alim və mühəndis Kərim Kərimovun adı bu sahədə böyük hörmətlə çəkilir. O, “R-2” raketlərinin və ilk süni peyklərin hazırlanmasında mühüm rol oynayıb, kosmos uçuşları üzrə Dövlət Komissiyasına rəhbərlik edib. 1957-ci ildə dünyanın ilk süni peyki məhz bu texnologiyalar əsasında kosmosa buraxılıb və beləliklə, kosmik dövrün təməli qoyulub.


Azərbaycanın müasir kosmik inkişaf yolu

Müstəqillik dövründə Azərbaycan özünün kosmik sənayesini qurmaq istiqamətində mühüm addımlar atıb. Prezident İlham Əliyevin 2008-ci ildə imzaladığı Sərəncamla ölkədə kosmik sənayenin yaradılması prosesi rəsmi olaraq başlandı. Bu məqsədlə 2010-cu ildə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis olundu və Azərbaycanın ilk telekommunikasiya peyki – “Azerspace-1” 2013-cü ildə orbitə buraxıldı. Bu hadisə Azərbaycanın “kosmik klub” adlandırılan peyk sahibi ölkələr sırasına qoşulmasını təmin etdi.

Növbəti illərdə bu uğur davam etdirildi. 2014-cü ildə “Azersky” adlı Yerin müşahidə peyki orbitə buraxıldı. 2018-ci ildə isə daha güclü və texnoloji imkanlara malik “Azerspace-2” telekommunikasiya peyki orbitə çıxdı. Bu peyklər Azərbaycanın təkcə regionda deyil, beynəlxalq səviyyədə informasiya təhlükəsizliyi və kommunikasiya xidmətlərinin müstəqil təminatçısına çevrilməsinə şərait yaratdı. Hazırda bu peyklər vasitəsilə teleradio yayımı, yüksəksürətli internet, fövqəladə hallarda rabitə dəstəyi və bir çox digər xidmətlər həyata keçirilir.

2021-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərkosmos” publik hüquqi şəxsə çevrildi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyinə verildi. Bu dəyişiklik onun fəaliyyət sferasını daha da genişləndirdi, strateji məqsədlərini aktuallaşdırdı və beynəlxalq əməkdaşlıq imkanlarını artırdı.


Beynəlxalq Astronavtika Konqresi: Bakının ev sahibliyi

Azərbaycanın kosmik sahədə beynəlxalq səviyyədə tanınması 2023-cü ildə mühüm bir zirvəyə çatdı. Həmin il oktyabr ayında Bakı şəhəri 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etdi. Bu, ölkəmiz üçün yalnız elmi deyil, həm də siyasi və diplomatik əhəmiyyət daşıyan hadisə idi. Konqresdə 106 ölkədən 7000-dən çox iştirakçı və 95 ölkədən təqdim olunan rekord sayda – 7000-dən artıq elmi məqalə ilə Bakı, Paris, Vaşinqton və Bremen kimi şəhərləri geridə qoyaraq konqres tarixinin ən geniş miqyaslı tədbirinə çevrildi.

Konqres çərçivəsində keçirilən 190 texniki sessiyada dünyanın aparıcı kosmik agentlikləri – NASA, CNES, JAXA, TUA, Airbus, Boeing və digərləri Azərbaycanla əməkdaşlıq perspektivlərini müzakirə etdilər. Konqres Azərbaycanın elmi-tədqiqat potensialını nümayiş etdirmək, gənclərin bu sahəyə marağını artırmaq və beynəlxalq kosmos icmasına daha dərindən inteqrasiya üçün mühüm platforma oldu.


Milan Konqresi və Azərbaycan gənclərinin uğuru

2024-cü ilin oktyabrında İtaliyanın Milan şəhərində keçirilən 75-ci Beynəlxalq Astronavtika Konqresi həm miqyası, həm də elmi nəticələri baxımından mühüm əhəmiyyət daşıyırdı. Dünyanın 95-dən çox ölkəsindən 8000-ə yaxın iştirakçının qatıldığı bu mötəbər tədbirdə Azərbaycan güclü elmi təmsilçiliyi ilə fərqləndi. Ölkəmizdən təqdim olunan 345 elmi məqalə ilə Azərbaycan ilk beş ölkə arasında yer aldı. Bu fakt bir daha göstərdi ki, Azərbaycanın kosmik sahədə elmi potensialı artıq beynəlxalq aləmdə tanınan və qiymətləndirilən səviyyəyə çatıb.

Daha diqqətçəkən məqam isə bu elmi məqalələrin 90 faizinin gənc tədqiqatçılara məxsus olması idi. Bu göstərici Azərbaycanda yeni nəsil elmi kadrların yetişməsi və onların beynəlxalq arenada uğurla çıxış etməsinin bariz sübutudur. Milan Konqresi zamanı azərbaycanlı alimlər telekommunikasiya, yerüstü müşahidə, kosmik biologiya, orbitdəki obyektlərin idarəolunması və digər mühüm istiqamətlər üzrə təqdimatlar etdilər. Bu çıxışlar yalnız Azərbaycanın deyil, bütövlükdə regionun elmi-kosmik fəaliyyətinin inkişafına töhfə verdi.

Konqres çərçivəsində “Azərkosmos” nümayəndə heyəti müxtəlif ölkələrin kosmik agentlikləri və aparıcı texnologiya şirkətləri ilə bir sıra ikitərəfli görüşlər keçirərək, gələcək əməkdaşlıqlar üçün ilkin razılaşmalar əldə etdi. Beləliklə, Milan Konqresi Azərbaycanın beynəlxalq kosmik birliyində mövqeyini daha da gücləndirdi.


“Kosmos hər kəs üçündür” devizi Azərbaycanın da prioritetlərinə uyğundur

Azərbaycan artıq növbəti – 76-cı Beynəlxalq Astronavtika Konqresinə hazırlaşır. 2025-ci il sentyabrın 29-dan oktyabrın 3-dək Avstraliyanın Sidney şəhərində keçiriləcək bu konqresə də ölkəmiz geniş tərkibli nümayəndə heyəti ilə qatılmağı planlaşdırır. “Azərkosmos” tərəfindən artıq elmi məqalələrin qəbulu, təqdimatlar üçün hazırlıq və beynəlxalq partnyorlarla əlaqələrin gücləndirilməsi istiqamətində intensiv işlər aparılır.

Azərbaycan bu konqresdə yalnız elmi məqalələrlə deyil, həm də innovativ texnologiyaların təqdimatı, startap nümayəndəlikləri, gənclər üçün kosmik təhsil proqramları ilə iştirak etməyi nəzərdə tutur. Xüsusilə “space-tech” sahəsində fəaliyyət göstərən yerli innovasiya komandaları üçün Sidney Konqresi beynəlxalq bazara çıxış, investor tapmaq və bilik mübadiləsi baxımından əhəmiyyətli platforma olacaq.

76-cı konqresin əsas mövzusu “Space for All” – “Kosmos hər kəs üçündür” devizi ətrafında qurulacaq və bu, Azərbaycanın da prioritetlərinə uyğundur. Kosmik texnologiyaların inklüziv və davamlı inkişafına yönələn bu kontekstdə Azərbaycanın təcrübəsi və töhfələri diqqət çəkəcək.

Bütün bu addımlar göstərir ki, Azərbaycan artıq təkcə peyk sahibi ölkə deyil, həm də beynəlxalq səviyyədə tanınan, öz elmi və texnoloji resursları ilə kosmik gələcəyin formalaşmasında iştirak edən ciddi bir aktordur.


Azərbaycan – kosmosa baxan gələcək

Azərbaycanın kosmik sahədə əldə etdiyi uğurlar təkcə peyklərlə məhdudlaşmır. Bu uğurlar həm də ölkənin elmi, texnoloji, təhsil və innovasiya potensialının bariz göstəricisidir. “Azərkosmos” tərəfindən həyata keçirilən maarifləndirici layihələr, beynəlxalq tərəfdaşlıqlar və gənclərin elmə cəlb olunması ölkəmizin bu sahədə dayanıqlı inkişafını təmin edir.

Kosmik texnologiyalar artıq milli təhlükəsizliyin, iqtisadi inkişafın, təhsil və innovasiyanın ayrılmaz tərkib hissəsinə çevrilib. Bütün bu addımlar Azərbaycanın yaxın gələcəkdə regionun aparıcı kosmik aktorlarından birinə çevriləcəyinə əminlik yaradır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:293
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Aprel 2025 09:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see365

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see281

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see269

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see257

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see255

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see240

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see238

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see232

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see232

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see226

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see221

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see221

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see218

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see204

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see205

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see203

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see203

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see198

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see191

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri