Icma.az
close
up
RU
İyunun 2 si Azərbaycanda Mülki Aviasiya Günüdür

İyunun 2 si Azərbaycanda Mülki Aviasiya Günüdür

Icma.az, Sfera.az portalına istinadən məlumatı açıqlayır.

Hər il 2 iyun Azərbaycanda Mülki Aviasiya İşçilərinin Peşə Bayramı kimi qeyd olunur.

Sfera.az bildirir ki, bu əlamətdar gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 18 may tarixli Sərəncamı ilə təsis edilib. Bu tarix təsadüfi seçilməyib, məhz 1938-ci il 2 iyun tarixində Azərbaycanda mülki aviasiyanın təməlini qoymuş ilk aviasiya qrupunun yaradıldığı gündür. Azərbaycan mülki aviasiyasının inkişafı Bakıdan Moskva, Xarkov, Tbilisi və Həştərxana hava xətləri açılması, sərnişinlərin və poçtun təyyarələr ilə daşınması ilə başlayıb. Böyük Vətən müharibəsi dövründə mülki aviasiya sektoru da “Hər şey cəbhə üçün!” şüarı ilə fəaliyyət göstərib.

Müharibədən sonrakı illərdə “İL-14”, “İL-18” sərnişin təyyarələri, “An-2” təyyarələri, “Mi-1” və “Mi-4” vertolyotları istismara daxil edilib. Bu inkişaf mərhələsi 1970-ci illərə qədər davam edib. 1970-1980-ci illər ölkədaxili hava xətlərinin inkişaf mərhələsi olub. Gəncə, Yevlax, Naftalan, Naxçıvan, Zaqatala, Lənkəran, Ağdam, Ağstafa və Şəki şəhərlərində aeroportlar tikilərək, Bakı ilə hava əlaqəsi yaradılıb. Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra mülki aviasiya sahəsində yaranan boşluqlar Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra aradan qaldırılıb. Ulu Öndərin sərəncamları və qəbul etdiyi qərarlar mülki aviasiyada yeni inkişaf mərhələsinin başlanmasına zəmin yaradıb. Müasir təyyarələr, texniki avadanlıqlar əldə olunub, beynəlxalq tələblərə cavab verən aviasiya infrastrukturu formalaşıb. 1999-cu ildə Heydər Əliyevin təşəbbüsü ilə Bakıda müasir beynəlxalq aerovağzal kompleksi istifadəyə verilib. Bir il sonra ilk “Boeing” təyyarəsi Bakı hava limanına enib. 2004-cü ildə isə hava limanı Heydər Əliyev Beynəlxalq Aeroportu adını alıb. Bu aeroport postsovet məkanında ən yaxşı aeroport elan edilib, nüfuzlu “Skytrax World Airport” mükafatlarına və “5 ulduz” reytinqinə layiq görülüb. Dünya üzrə belə aeroportların sayı 10-a yaxındır — onlardan biri də məhz Heydər Əliyev Beynəlxalq Aeroportudur.

Peşəkar kadr hazırlığı məqsədilə 1992-ci ildə Azərbaycan Milli Aviasiya Akademiyası yaradılıb. Bununla yanaşı, mülki aviasiyanın yenidən qurulması üzrə Naxçıvan beynəlxalq hava limanı, Zabrat hava limanında yeni aerovağzal binası, Qəbələ, Lənkəran, Zaqatala və Gəncə beynəlxalq hava limanları sərnişinlərin istifadəsinə verilib.

Azərbaycanda mülki aviasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi və tənzimlənməsi Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən təmin edilir. Agentlik dövlət siyasətinin formalaşdırılmasına və icrasına nəzarət edir, mülki hava gəmilərinin təhlükəsiz uçuşunu və ətraf mühitin qorunmasını təmin edir. Həmçinin, hava məkanından istifadə qaydalarının və digər normativ hüquqi aktların hazırlanmasında iştirak edir, xarici ölkələrin hava gəmilərinə ölkəmizin hava limanlarına uçuşlar üçün icazələr verir. Bunlardan başqa, müfaviq beynəlxalq təşkilatlarla, o cümlədən Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və digər qurumlarla əməkdaşlıq edir, aviasiya hadisələrinin araşdırılmasında və qanunvericilik aktlarının hazırlanmasında iştirak edir. Azərbaycanın mülki aviasiyası Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına tam cavab verir.

Eyni zamanda, “Azərbaycan Hava Yolları” QSC (AZAL) Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) üzvüdür. AZAL və onun tabeliyindəki “Buta Airways” bu gün “Airbus”, “Boeing” və “Embraer” təyyarələri ilə dünyanın 25 ölkəsinə və 40 istiqamətə yüksək komfortlu uçuşlar həyata keçirir. Bakı ilə yanaşı, Gəncə, Lənkəran, Qəbələ və Naxçıvandan da beynəlxalq uçuşlar təşkil olunur. Son nəticədə, Azərbaycanın hava xidmətləri Dünya İqtisadi Forumunun hesabatında 11-ci yerə yüksəlib, bu da ölkəmizin aviasiya sahəsində əldə etdiyi uğurların bariz göstəricisidir. Bu əlamətdar gündə bütün mülki aviasiya işçilərini təbrik edir, onlara təhlükəsiz uçuşlar, uğurlar və firavan xidmət arzulayırıq!

Firuzə Əliyeva

Sfera.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:318
embedMənbə:https://sfera.az
archiveBu xəbər 02 İyun 2025 13:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see376

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see345

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see337

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see308

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see304

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see283

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see253

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see248

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see234

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see225

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see213

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see206

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see205

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see203

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see197

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see195

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see195

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see193

Evdə stress yaradan 5 şey

10 Noyabr 2026 01:03see181

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri