Aprelin 18 də ölkə ərazisində hava əsasən yağmursuz olacaq temperatur yüksələcək
Icma.az bildirir, Azertag portalına istinadən.
Bakı, 17 aprel, AZƏRTAC
Azərbaycanda aprelin 18-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-9°, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək - 769 millimetr civə sütunu olacaq. Nisbi rütubət gecə 55-60, gündüz 40-45 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9°, gündüz 14-19° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı bildirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 17 Aprel 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















