Icma.az
close
up
RU
Aprelin 26 da baş vermiş tarixi hadisələr

Aprelin 26 da baş vermiş tarixi hadisələr

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

1920-ci il aprelin 26-da Azərbaycan Demokratik Respublikası parlamentinin son iclaslarından biri keçirildi. İclasda 11-ci Qızıl Ordunun Azərbaycan ərazilərinə müdaxiləsi məsələləri müzakirə olundu. Qərara alındı ki, bu barədə bəyanat dünyanın bir çox ölkəsinə göndərilsin. Nəticədə 1918-ci ildə yaradılmış Azərbaycan Demokratik Cümhuriyyəti fəaliyyətini dayandırmalı oldu.

Bəs, 26 apreldə dünyada daha hansı hadisələr baş verib?

1. 1870-ci ilin 26 aprelində Osmanlı dövlətində ibtidai və orta qız məktəblərində dərs keçmək üçün Darülmuallimat, yəni Qız Müəllim Məktəbi açıldı.

2. 26 aprel 1966-cı ildə Özbəkistanın paytaxtı Daşkənddə meydana gələn 8 bal gücündə zəlzələdə 36 mindən çox bina dağıldı, 300 min adam evsiz qaldı.

3. 1986-cı ilin bu günü Çernobıl Atom Elektrik Stansiyasında qəza baş verdi. Bu hadisə bəşəriyyət tarixində ən iri texnogen fəlakətlərdən sayılır. Çernobılda hadisə zamanı yaranan radioaktiv buludlardan təxminən 7 milyon insan zərər çəkdi. Qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak edənlərin bir çoxu bu vaxta qədər müalicəni davam etdirir. Onların arasında Azərbaycan vətəndaşları da var. Onu da qeyd edək ki, Çernobıl faciəsinin ildönümündə isə virtual piratların kompüterləri kilidləməsindən 300 min kompüter təsirləndi, virusun şirkətə vurduğu ziyan təxminən 100 milyard dollar oldu.

4. 1995-ci ildən başlayaraq UNESCO-nun təşəbbüsü ilə hər il 26 Aprel Beynəlxalq Əqli Mülkiyyət Günü kimi qeyd olunur. Əqli Mülkiyyətin Ümumdünya Təşkilatının yaradılması və Əqli Mülkiyyətin Qorunması ilə bağlı beynəlxalq konvensiya ilk dəfə 1967-ci ildə imzalanıb.

5. 26 aprel 2010-cu ildə Azərbaycan paytaxtında Dünya dini liderlərinin Bakı sammiti işə başlayıb. Sammitdə dünyanın 33 ölkəsindən ənənəvi dünya dinlərini təmsil edən 200-dən çox yüksək səviyyəli nümayəndə iştirak edib. Həmçinin bu mötəbər tədbirə 14 nüfuzlu beynəlxalq təşkilatın, eləcə də Rusiya Federasiyasının 11 subyektinin dini rəhbərləri və nümayəndələri də qatılmışdılar.

6. 2015-ci ilin bu günündə  Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə “Bakı-2015” ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasimi keçirilib. Yarışlarda Avropanın 50 ölkəsindən 10 min idmançı mübarizə aparıb. Yarışlar Bakının 11, Mingəçevirin isə 1 idman qurğusunda keçirilib. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb. Azərbaycan idmançıları 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanaraq komanda hesabında ikinci yeri tutublar.

26 apreldə həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Görkəmli ingilis yazıçısı Daniel Defo 1731-ci ilin bu günü 71 yaşında dünyasını dəyişib.

2. Məşhur fransız rəssamı Ferdinand Viktor Ejen Delakrua 1798-ci ilin 26 aprelində anadan olub.

3. 26 aprel 1936-cı ildə “Sərgüzəşt” adlı məşhur romanın və Türkiyə ədəbiyyatında realist janrda ilk romanın müəllifi Samipaşazade Sezai dünyasını dəyişib.

4. 1908-ci ilin 26 aprelində görkəmli yazıçı, ədəbiyyatşünas, Əməkdar Elm xadimi, filologiya elmləri doktoru, professor  Mir Cəlal Paşayevin anadan olub.İlk dəfə 1937-39-cu illərdə "Revolyusiya və kultura" jurnalında hissə-hissə nəşr olunan "Bir gəncin manifesti" əsəri yazıçıya böyük oxucu auditoriyası qazandırıb. Onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur "Ədəbiyyatşünaslığın əsasları" dərsliyi Azərbaycan filologiyasında diqqətəlayiq yer tutur. 

5. Tənqidçi, ədəbiyyatşünas, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Mirəli Seyidov 26 aprel 1992-ci ildə dünyasını dəyişib.

6. Tanınmış müğənni, Əməkdar artist Baloğlan Əşrəfov 26 aprel 2021-ci ildə vəfat edib./bizim.media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://news24.az
archiveBu xəbər 26 Aprel 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see243

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see230

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see230

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see229

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see225

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see220

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see214

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see211

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see208

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see207

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see200

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see198

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see197

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see195

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see195

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see194

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see194

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see193

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see192

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri