Icma.az
close
up
RU
Aprelin sonunda ulduz yağacaq

Aprelin sonunda ulduz yağacaq

Icma.az, Azvision portalına istinadən məlumatı açıqlayır.

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə, bu meteor axını Cənub yarımkürəsində daha yaxşı müşahidə olunsa da, əlverişli şəraitdə bəzi hallarda Şimal yarımkürəsinin aşağı enliklərindən də görünür. “π-Puppid” meteor yağışı Yer kürəsinin “26P/Grigg–Skjellerup” kometinın buraxdığı toz hissəcikləri ilə qarşılaşması nəticəsində yaranır.
Bu komet Günəş ətrafında təxminən 5 illik perioda malikdir və hər yaxınlaşma zamanı kosmosa çoxlu xırda hissəciklər yayır. Yer həmin hissəciklərin sıx olduğu sahədən keçəndə meteor yağışı müşahidə olunur. Bu meteor axınının ən maraqlı xüsusiyyəti onun qeyri-sabit olmasıdır: bəzi illərdə demək olar ki, heç meteor görünmədiyi halda, bəzi illərdə qəfil aktivlik artımı (outburst) baş verə və saatda onlarla meteor müşahidə edilə bilər.
Bu meteorlar Yer atmosferinə daxil olduqda nisbətən orta sürətlə hərəkət edir. Onların geosentrik sürəti təxminən saniyədə 18 kilometr təşkil edir. Bu sürət Liridlər kimi sürətli meteor yağışları ilə müqayisədə daha aşağıdır, buna görə də “π-Puppid” meteorları bəzən daha yavaş və daha uzun görünən izlər yarada bilir. Meteorların radiantı (çıxış nöqtəsi) səmanın cənub hissəsində yerləşən Puppid bürcündədir. Buna görə də meteor yağışını Cənub yarımkürəsində daha yaxşı müşahidə etmək mümkündür.
Bakı və ümumilikdə Azərbaycan ərazisi üçün “π-Puppid” meteor yağışının müşahidəsi çətin hesab olunur. Bunun əsas səbəbi radiantın cənub üfüqünə çox yaxın yerləşməsi və çox vaxt üfüqdən aşağı qalmasıdır. Lakin çox açıq səma şəraitində və cənub istiqaməti tam açıq olan ərazilərdə bəzi meteorların üfüqə yaxın hissədə müşahidə olunması mümkündür. Ən uyğun müşahidə vaxtı gecə saatları, xüsusilə gecə yarısından sonra olan intervaldır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:270
embedMənbə:https://azvision.az
archiveBu xəbər 17 Aprel 2026 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see356

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see314

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see310

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see307

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see280

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see276

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see271

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see267

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see257

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see254

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see248

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see246

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see232

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see231

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see227

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see226

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see220

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see215

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see213

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri