Bir gecədə hər şey dəyişdi: Geri dönüşün arxasındakı sirr Trampın planı nədir?
Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Nvidia" rəhbərinin vəzifəyə qayıdışında Trampın gizli müdaxiləsi – Pərdəarxası detallar
"Nvidia" şirkətinin qurucusu və baş icraçı direktoru Censen Huanın vəzifəsindən ayrılmasından sonra gözlənilmədən yenidən rəhbərliyə qayıtmasının arxasında ABŞ prezidenti Donald Trampın müdaxiləsinin dayandığı iddia olunur.
Qaynarinfo xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” nəşri məlumat yayıb.
Məlumata görə, Huan noyabrın 12-də şəxsi münasibətləri və Çinə casusluq iddiaları ətrafında yaranan qalmaqal səbəbindən şirkət rəhbərliyindən getməyə məcbur olub. İddiaların mərkəzində onun münasibətdə olduğu bildirilən çinli iş qadını Elis Huan dayanıb. ABŞ kəşfiyyat orqanlarının məlumatına əsasən, həmin qadının Çin xüsusi xidmət orqanlarının nümayəndəsi ilə mütəmadi əlaqələri olub. Bundan başqa, onun çalışdığı Sinqapurda yerləşən “Megaspeed” şirkəti "Nvidia"-nın qabaqcıl çiplərini ixrac məhdudiyyətlərini pozaraq Çinə ötürməkdə şübhəli bilinib.
Qalmaqaldan sonra "Nvidia"nın direktorlar şurası Huanın vəzifədən uzaqlaşdırılmasına qərar verib və onun geri dönməsinin mümkün olmadığını açıqlayıb. Lakin hadisələrin gedişi qısa müddətdə dəyişib.

Tramp prosesə şəxsən müdaxilə edib
Nəşrin yazdığına görə, Huanın istefasından sonra maliyyə bazarlarında yaranan eniş və "Nvidia" səhmlərinin dəyərindəki itkilər Donald Trampın məsələyə müdaxiləsinə səbəb olub. Şirkətdə ən azı 12 milyon dollarlıq səhmi olduğu bildirilən ABŞ prezidenti Huanın yenidən rəhbərliyə qayıtması üçün hərəkətə keçib.
Tramp danışıqları aparmaq üçün vitse-prezident Cey Di Vensi prosesə cəlb edib. Vens həftəsonu ərzində həm Huan, həm də "Nvidia"nın direktorlar şurası ilə qapalı görüşlər keçirib.
Şirkət rəhbərliyinin razılıq verməsi üçün iki əsas təminata ehtiyac duyulub: Huanın milli təhlükəsizlik baxımından təhdid yaratmadığının təsdiqlənməsi və onun barəsində cinayət ittihamının olmaması. Trampın baş prokuror Todd Blanş və Milli Kəşfiyyat direktoru Cey Kayton ilə məsləhətləşmələrdən sonra bu təminatların verilməsinə şərait yaratdığı bildirilir.

Censen Huan-Elis Huan
Bazar günü gecə başa çatan danışıqlardan sonra "Nvidia" rəhbərliyi və Ağ Ev koordinasiyalı açıqlamalarla Huanın vəzifəsinə qayıtdığını elan edib. Şirkətdə isə Çinə çip qaçaqmalçılığı iddiaları ilə bağlı daxili araşdırmanın davam etdiriləcəyi və baş uyğunluq üzrə məsul şəxsin təyin olunacağı bildirilib.
Qalmaqal Konqresə qədər uzanıb
Huanın geri qayıtması maliyyə bazarlarında müsbət qarşılanıb. “Hürriyet”in məlumatına əsasən, açıqlamalardan sonra "Nvidia" investorlarının bir günlük qazancı təxminən 1 trilyon dollar təşkil edib.
Bununla belə, Trampın kəşfiyyat qurumlarının xəbərdarlıqlarına baxmayaraq şirkətin idarəçiliyinə müdaxilə etməsi Vaşinqtonda mübahisələrə səbəb olub. ABŞ prezidentinin Çin səfəri zamanı Si Szinpinlə də Huan məsələsini müzakirə etdiyi bildirilir.

Censen Huan və həyat yoldaşı Lori Huan
Müzakirələri daha da alovlandıran məqamlardan biri Trampın sosial şəbəkədə paylaşdığı süni intellektlə hazırlanmış görüntü olub. Həmin şəkildə Huan Trampın 2024-cü ildəki sui-qəsd cəhdindən sonra çəkilmiş məşhur fotosunun süjetində təsvir edilib. Paylaşım ciddi casusluq iddialarının məsxərəyə qoyulması kimi qiymətləndirilib.
Məsələ ABŞ Konqresində də diqqət çəkib. Demokrat senator Cek Rid Tramp administrasiyası, "Nvidia" rəhbərliyi və Huan arasında aparılan yazışmaların araşdırılmasına çağırış edib. Huanın dekabrın 3-də Senatın Bankçılıq Komitəsində ifadə verməsi gözlənilir.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 25 Noyabr 2026 16:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















