Icma.az
close
up
RU
AQC sədri: “Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurası Azərbaycanda qeydiyyata alınacaq”

AQC sədri: “Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurası Azərbaycanda qeydiyyata alınacaq”

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 22 may, AZƏRTAC

AZƏRTAC Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat seçki konfransının yekunları və son illər qurumun fəaliyyəti ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Orucun müsahibəsini təqdim edir.

- Vüqar müəllim, mayın 3-də Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin hesabat seçki konfransı keçirildi. Konfransın yekunları ilə bağlı təəssüratlarınızı eşitmək maraqlı olardı.

- AQC-nin nizamnaməsinə əsasən cəmiyyətin hər üç ildən bir növbəti hesabat seçki konfransı keçriilməlidir. Bu məqamda qeyd edim ki, ölkəmizin ilk peşə birliklərindən olan və 1999-cu ildən rəsmi fəaliyyət göstərən AQC-yə 2022-ci ilin may ayından etibarən rəhbərlik edirəm. Təvazökarlıqdan uzaq olsa da söyləməliyəm ki, son üç il ərzində AQC-nin fəaliyyətində ciddi dönüş yarandı. Təşkilatın sıraları genişləndi, dövlət qurumları, beynəlxalq təşkilatlar, maliyyə təsisatları, assosiativ birliklər, vətəndaş cəmiyyəti insitutları, kütləvi informasiya vasitələri və özəl sektorla münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoydu.

Cəmiyyətin sıraları genişlənib və ötən dövr ərzində qiymətləndiricilərin bilik və bacarıqlarının artırılması məqsədilə 10-dan artıq kurs və sertifikasiya imtahanları təşkil olundu. Qiymətləndirmə istiqamətlərinin, hansılar ki, o dövrə qədər faktiki mövcud deyildi, sayı artırılıb. Otuza yaxın dövlət qurumu, beynəlxalq təsisat, assosiativ təşkilat və media subyekti ilə qarşılıqlı əməkdaşlıq müqavilələri imzalamışıq. 3 il ərzində audiovizual media quruluşları və mətbuat orqanlarında fəaliyyətimizə dair minlərlə məqalə, müsahibə, reportaj və informasiya dərc edilib. 2024-cü ilin yekunlarına görə ilin ən aktiv ictimai birliyi seçildik. Bu, spesifik bir istiqamət üzrə çalışan ictimai birlik üçün çox böyük bir uğurdur.

AQC-nin VIII hesabat seçki konfransında bu barədə ətraflı hesabat verdim. Eyni zamanda ictimai hesabatlı bir qurum olaraq fəaliyyətimiz barədə kütləvi informasiya vasitələrinə dövrü hesabatlar təqdim edirik. Konfransın nəticələrinə gəldikdə isə, nizamnaməyə uyğun olaraq cəmiyyətimizin rəhbərliyi yeniləndi. Çox qürurverici məqamdır ki, qiymətləndiricilər bu dəfə də mənə etimad götərdilər və yenidən AQC-nin sədri seçildim. Bununla yanaşı, 11 nəfərdən ibarət İdarə Heyəti, 3 nəfərdən ibarət tərkibdə Nəzarət-Təftiş Komissiyası seçildi. Cəmiyyətin gələcək fəaliyyət istiqamətləri müəyyən olundu. Konfransdan sonra İdarə Heyətinin ilk iclasında isə rəhbər strukturlar formalaşdı.

Ümumilikdə konfransda 100-dən artıq qiymətləndirici iştirak edirdi. Fürsətdən istifadə edərək konfransda iştirak etdiyinə və fəaliyyətimizə göstərdiyi yüksək diqqətə görə, Milli Məclisin deputatlarına, Ədliyyə Nazirliyinin, Mərkəzi Bankın, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Məhkəmə-Hüquq Şurasının rəsmilərinə, konfransın işini geniş şəkildə işıqlandıran televiziya kanallarına, informasiya agentliklərinə və mətbuat orqanlarına dərin təşəkkürümü bildiririrəm. Konfrans iştirakçıları adından Prezident İlham Əliyevə müraciət ünvanlandı. Müraciətdə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu islahatlardan, uğurlu daxili və xarici siyasətdən məmnunluq ifadə olunub. Onu da bildirim ki, 3 illik fəaliyyətimizdə diqqətçəkən məqamlardan biri də beynəlxalq əlaqələrin genişləndirilməsi, AQC-nin təşəbbüsü ilə Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) yaradılması ilə bağlı idi.

- AQC ilə yanaşı, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasına da rəhbərlik edirsiniz. CAATS-ın fəaliyyəti hazırda nə yerdədir və hansı yeniliklər gözlənilir?

- CAATS-ın yaradılması ideyası AQC sədri olaraq Türkiyəyə rəsmi səfərim çərçivəsində türkiyəli həmkarım Yaşar Bahçeci ilə baş tutan görüşdə razılaşdırılıb. O zaman Azərbaycan və Türkiyə qiymətləndiriciləri arasında memorandum imzalandı və əsas müddəalardan biri də türk dövlətləri qiymətləndiriciləri arasında həmrəyliyə və koordinasiyalı fəaliyyətə nail olmaq idi. Uzun müzakirələrdən və fəal təmaslardan sonra 2023-cü ilin mayında Bakıda Türk Dövlətləri Qiymətləndiricilərinin “Zirvə Görüşü” keçirildi. 2023-cü ilin iyun ayında isə Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurası (CAATS) təsis edildi. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyəti qiymətləndirmə birliklərinin təşəbbüsü ilə yaradılan Şurada 700-dən artıq qiymətləndirmə şirkəti və minlərlə qiymətləndirici təmsil olunurlar.

Rusiya, Belarus və Gürcüstanın qiymətləndirmə cəmiyyətləri də qurumun fəaliyyətində yaxından iştirak edirlər. İndiyə qədər Türküstan, Ankara, Bakı, Daşkənd şəhərlərində Türk Dövlətləri Qiymətləndiricilərinin I, II, III və IV Forumları keçirilib. Hər bir forumda tədbirin keçirildiyi dövlətin rəsmiləri, deputatları və ictimai xadimləri, eləcə də Rusiya, Belarus və Gürcüstan qiymətləndirmə birliklərinin rəhbərləri və təmsilçiləri də qonaq qismində iştirak ediblər. Forumlar qardaş ölkələrin kütləvi informasiya vasitələrində geniş şəkildə işıqlandırılıb. Gələn ay isə Bişkekdə Türk Dövlətləri Qiymətləndiricilərinin V Forumu keçiriləcək. Bu məqamda onu da qeyd edim ki, artıq CAATS-ın qeydiyyat məsələsi də həll olunmaq üzrədir və yəqin ki, Azərbaycanda qeydiyyata alınacaq. Fürsətdən istifadə edərək fəaliyyətimizə göstərdiyi yüksək diqqətə və türk dövlətləri arasında həmrəyliyə verdiyi töhfələrə görə, Azərbayan Respublikasının Ədliyyə Nazirliyinə və nazir Fərid Əhmədova dərin minətdarlığımı bildirirəm.

- Beynəlxalq əlaqələrdən danışdınız. Bugünlərdə Belarusa səfəriniz baş tutdu. Azərbaycan və Belarus qiymətləndiriciləri arasında təmasların səviyyəsi nə yerdədir?

- Minskdə səfərimizin məqsədi Qiymətləndiricilərin Beynəlxalq Forumunda iştirak idi. Foruma AQC və CAATS rəhbəri olaraq qatıldım və AQC Peşəkar Qiymətləndiricilər Şurasının üzvü İlham Bağırov da səfərdə iştirak edirdi. Tədbirdə Qırğızıstanın Nazirlər Kabineti yanında Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Agentliyinin direktor müavini Satarova Eldana Talaybekovnanın, “Qazaxıstan Qiymətləndiricilər Assosiasiyasının özünütənzimləmə təşkilatı” qiymətləndiricilər palatasının üzvü Vedernikov Sergey Rufimoviçin, Qiymətləndirmə Təşkilatları Assosiasiyasının sədri Svetlana Yurenianın, “Qrodno Dövlət Qeydiyyatı və Torpaq Kadastrı Agentliyi” Respublika Unitar Müəssisəsinin Qiymətləndirmə şöbəsinin müdiri Mariya Birin, “Milli kadastr agentliyi”nin aparıcı qiymətləndiricisi Natalya Muraşkonun, Rusiya Özünütənzimləmə Təşkilatının (CMAO) eksperti Yekaterina Xmaranın, “Qiymətləndirmə mərkəzi” ASC-nin sertifikatlı qiymətləndiricisi Vladimir Şabekanın, Belarusun Dövlət Əmlak Komitəsi yanında Sertifikatlaşdırma Komitəsinin üzvü Aleksandr Kistyukun müxtəlif mövzularda məruzələri dinlənildi.

Forumun açılış mərasimində “Azərbaycan Respublikasında qiymətləndirmə fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda çıxış edərək ölkəmizdə həyata keçirilən çoxvektorlu iqtisadi islahatlar, “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsi və AQC-nin fəaliyyəti barədə bəhs etdim. Səfər çərçivəsində AQC ilə Belarus Qiymətləndirmə Təşkilatları Assosiasiyası arasında əməkdaşlıq haqqında saziş imzalandı. Forumun ikinci günündə isə “Nəqliyyat vasitələrinin, avadanlıqların qiymətləndirilməsi” mövzusunda seminar keçirildivə AQC nümayəndə heyəti Belarus Dövlət Əmlak Komitəsi tərəfindən diplom və sertifikatla mükafatlandırıldı. Səfər təəssüratım çox yüksəkdir və bunu Azərbaycan-Belarus qiymətləndiriciləri arasında münasibətlərin yeni mərhələsi adlandırmaq daha doğru olardı. Forumun gedişində Rusiya, Qırğızıstan və Qazaxıstanın qiymətləndirmə assosiasiyalarının rəhbərləri ilə ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində danışıqlar apardıq və mühüm razılaşmalar əldə etdik.

- 2024-cü ilin sonuna qədər AQC qiymətləndirmə sahəsində faktiki tənzimləməni həyata keçirsə də, hazırda Qiymətləndiricilər Palatası fəaliyyət göstərir. Bu qurumla münasibətlərinizi necə tənzimləyirsiniz?

- “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanunun qəbulu ilə Azərbaycanda qiymətləndirmə fəaliyyətini tənzimləyəcək yeni qurum təsis edildi. Bu məqamda qeyd edim ki, istər qanunla bağlı rəsmi müzakirələrdə, istər Palatanı formalaşdırmağa məsul Təşkilat Komitəsinin fəaliyyətində, istərsə də, qiymətləndirici şəhadətnaməsini əldə etmək üçün Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahanlara hazırlıq prosesində AQC olaraq yaxından iştirak etmişik. Təbii ki, inzibati idarəetmə funksiyası Qiymətləndiricilər Palatasında olacaq. Biz də Palatanın fəaliyətində aktiv və yaxından iştirak edirik. AQC olaraq qiymətləndiricilərin hüquq və mənafelərinin təmini, sektorun inkişafı, yerli və xarici təşkilatlarla əməkdaşlığımız bundan sonra da davam edəcək. Bütün hallarda istər Qiymətləndiricilər Palatasının, istərsə də Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin fəaliyyəti sektorun inkişafına yönəlməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 22 May 2025 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see887

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see265

Aylıq gəlirləri aşağı olan fərdi sahibkarların sosial sığorta haqqı yükü azalacaq Dövlət Vergi Xidməti

28 Noyabr 2025 11:32see233

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see205

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see202

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see197

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see196

“Şəmkir xəstəxanasında tibbi xidmətlərin keyfiyyəti yüksəlir” Hikmət İbrahimli

28 Noyabr 2025 10:54see177

Gözləmələrin qida dadına necə təsir etdiyi məlum oldu…

26 Noyabr 2025 23:27see175

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see153

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see151

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see143

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see142

Aİ üçün Rusiya əleyhinə yeni sanksiyalar hazırda prioritet deyil

28 Noyabr 2025 02:36see139

Oğlunun toyunda geyindiyi açıq saçıq paltardan DANIŞDI

27 Noyabr 2025 17:17see136

Yağlısı infarkta aparır Yağsızı min bir dərdə dərmandır

27 Noyabr 2025 01:02see136

Gündə 4 fincan içmək qocalmanı yavaşladır

28 Noyabr 2025 05:05see132

KL: Samsunspor səfərdən 1 xalla dönür

28 Noyabr 2025 02:26see132

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see129

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri