Icma.az
close
up
RU
AQC sədri Vüqar Oruc Türk Dövlətləri Qiymətləndiricilərinin IV Konqresində mükafatla təltif olunub

AQC sədri Vüqar Oruc Türk Dövlətləri Qiymətləndiricilərinin IV Konqresində mükafatla təltif olunub

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Türk Dövlətləri Qiymətləndiricilərinin IV Konqresi keçirilib

Konqresdə Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasına (CAATS) üzv olan 7 ölkənin qiymətləndirmə təşkilatlarının rəhbər şəxsləri, o cümlədən CAATS prezidenti və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Orucun rəhbərlik etdiyi nümayəndə heyəti( AQC sədrinin müavinləri İbrahim Quliyev və Nail Həşimov, AQC İcra Aparatının rəhbəri Rüfət Quliyev, AQC sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Əli Haşımlı) iştirak edib. Eyni zamanda qonaq qismində CAATS üzvü olmayan Gürcüstan və Azərbaycan Qiymətləndiricilər Palatasının rəhbərliyi, eləcə də üzvləri tədbirə qatılıb. 

Konqresdə türk dövlətləri qiymətləndiricilərini maraqlandıran məsələlər, sektorda ortaya çıxan problemlər ətrafında müzakirələr aparılıb, CAATS-a üzv olan dövlətlərin qiymətləndirmə təşkilatlarının rəhbər şəxslərinin çıxışları səsləndirilib. Çıxışlar zamanı müxtəlif qiymətləndirmə istiqamətləri, o cümlədən mineralların və təbii yataqların qiymətləndirilməsi, otellərin qiymətləndirilməsi üzrə maraqlı slaydalar təqdim olunub.

Tədbiri giriş sözü ilə Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri Nargiza Mirzarahimova açaraq konqresin gedişinə uğurlar arzulayıb. Daha sonra CAATS prezidenti, AQC sədri Vüqar Oruc çıxış edib. V.Oruc CAATS-ın yarandığı gündən etibarən atılan addımlar barədə iştirakçılarla fikirlərini bölüşüb, Şuranın fəaliyyəti nəticəsində türk dövlətləri qiymətləndiriciləri arasında əməkdaşlığın dərinləşdiyini vurğulayıb. V.Oruc CAATS-ın Azərbaycanda qeydiyyatdan keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə müraciət edildiyi diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanda qeydiyyatdan keçirildikdən sonra təşkilatın fəaliyyəti yeni inkişaf mərhələsinə qədəm qoyacaq. V.Oruc CAATS-ın gələcək hədəfləri sırasında türk dövlətlərinin vahid sertifikatlaşdırma prosesinin aparılması, ortaq qiymətləndirmə standartlarının yaradılması, Macarıstanın da CAATS-a daxil olması istiqamətində addımların atılacağını xüsusi vurğulayıb. O, eyni zamanda AQC sədri olaraq Azərbaycanda qiymətləndirmə sektorunda baş verən yeniliklər, “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun qəbul edilməsi, Azərbaycan Qiymətləndiricilər Palatasının yaradılması ilə bağlı konqres iştirakçılarını məlumatlandırıb.

Konqresdə AQC sədrinin müavini İbrahim Quliyev də çıxış edib. O, öz nitqində Azərbaycanda qiymətləndirmə fəaliyyətinin formalaşması, inkişaf mərhələləri və bu istiqamətdə AQC-nin atdığı addımlardan danışıb. İ.Quliyev 2022-2024-cü illərin AQC-nin təşəbbüsləri ilə Azərbaycanda qiymətləndirmə sektoru üçün hədəfə çatma və institusional inkişaf mərhələsi olduğunu qeyd edib. 

Konqres çərçivəsində türk dövlətləri qiymətləndiriciləri arasında qarşılıqlı əlaqələrin inkişafı və CAATS-ın yaradılması istiqamətində müstəsna xidmətlərinə görə, Özbəkistan Qiymətləndiricilər Cəmiyyətinin sədri N.Mirzəmahmudova tərəfindən CAATS prezidenti, AQC sədri V.Oruca mükafat təqdim olunub. Çıxışlar və mükafatlandırma mərasimindən sonra konqres işini bitmiş hesab edib. Daha sonra Özbəkistan Qiymətləndiricilər Cəmiyyəti tərəfindən konqres iştirakçıları üçün “Qala gecəsi” təşkil olunub.

Bir daha qeyd edək ki, Özbəkistanda keçirilən tədbir türk dövlətləri qiymətləndiricilərinin sayca IV konqresidir. Bundan öncə Türk Dövlətləri Qiymətləndiricilərinin I Konqresi Qazaxıstanda, II Konqresi, Türkiyədə və III Konqresi Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycanda keçirilib.  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Mart 2025 16:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see250

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see238

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see216

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see150

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see149

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see148

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see141

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see141

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see139

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see135

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see135

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri