Icma.az
close
up
RU
AQC sədri Vüqar Oruc Türkiyəyə işgüzar səfər edib

AQC sədri Vüqar Oruc Türkiyəyə işgüzar səfər edib

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xarici təşkilatlar və Türkiyə banklarının nümayəndələri ilə görüşlər keçirilib

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc Türkiyənin İstanbul şəhərinə işgüzar səfər edib. 

Səfər çərçivəsində Vüqar Oruc ilə beynəlxalq daşınmaz əmlak, audit, qiymətləndirmə şirkəti olan “CBRE GROUP” şirkətinin Türkiyə nümayəndəliyi üzrə baş direktoru Önder Akpınar və Böyük Britaniyada qoyulmuş qiymətləndirmə və audit qurumu olan “RİCK” təşkilatının Türkiyə üzrə İmtahanların Münsiflər heyətinin sədri Vehbi  Hariri arasında görüşlər keçirilib. “CBRE GROUP” şirkəti ilə keçirilən görüşdə AQC ilə təcrübə mübadiləsinin həyata keçirilməsi istiqamətində danışıqlar aparılıb. RİCS təşkilatı ilə Azərbaycan qiymətləndiricilərinin peşəkarlıq səviyyəsinin artırılması, ölkəmizdəki qiymətləndiricilərin RİCS təşkilatında imtahan vermə qaydaları kimi məsələlər müzakirə edilib. 

Vüqar Oruc İstanbulda Türkiyənin bank sektoru nümayəndələri ilə də görüşlər keçirib. AQC sədrinin Türkiyənin aparıcı banklarından olan “VakıfBank”ın baş direktor müavini Kadir Karataş və qiymətləndirmə ekspertizası bölümünün rəhbəri Mustafa Akarça, “Halkbank”ın direktoru Gökay Özder və qiymətləndirmə ekspertizası bölüm rəhbəri Efsun Ela Yıldız ilə müxtəlif görüşləri baş tutub. Görüşlərdə Azərbaycanda son illər qiymətləndirmə sektorunda baş verən yeniliklər, AQC-nin bu istiqamətdə atdığı addımlar, CAATS təşkilatının yarandığı gündən gördüyü işlər, əldə edilən nailiyyətlər, CAATS-ın təşəbbüsü ilə Özbəkistanda Türk Dövlətləri Qiymətləndiricilərinin Dördüncü Konqresinin keçirilməsi və Konqresdə qəbul edilən qərarlar barədə məlumatlar verilib.“Halkbank” və “VakıfBank” nümayəndələri ilə görüşdə AQC-nin tabeliyində Bank Ekspert Şurasının yaradılması, Azərbaycanda fəaliyyət göstərən 17 bankın Şurada təmsil olunması, bununla da ölkədə qiymətləndiricilərlə bank sektoru nümayəndələri arasında əməkdaşlığın qurulması diqqətə çatdırılıb. Belə bir təcrübənin Azərbaycanda tətbiqi türkiyəli bank nümayəndələri tərəfindən böyük maraqla qarşılanıb. Onlar analoji təcrübənin Türkiyədə də tətbiqi istiqamətində addımlar atacaqlarını ifadə ediblər. 

Səfər çərçivəsində Vüqar Oruc Türkiyə İnternet Media Birliyinin (TİMBİR) sədr müavini Adil Koçalanla da görüşü baş tutub. Görüşdə AQC-nin fəaliyyəti, “Azərbaycanda qiymətləndirmə fəaliyyəti” haqqında qanunun qəbul edilməsi, CAATS-ın həyata keçirdiyi tədbirlərlə bağlı məlumatlar bölüşülüb, türk dövlətlərinin müxtəlif istiqamətdə əməkdaşlıqlarının gücləndirilməsi və media dəstəyi ətrafında fikir mübadiləsi aparılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:244
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Aprel 2025 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri