Icma.az
close
up
RU
Vüqar Oruc: “Şirkətlərin təşkilatından bütün ölkə qiymətləndiricilərinin birliyinə çevriləcək”

Vüqar Oruc: “Şirkətlərin təşkilatından bütün ölkə qiymətləndiricilərinin birliyinə çevriləcək”

Icma.az, Tribuna portalına istinadən məlumat yayır.

- +

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Orucla müsahibə

– AQC-nin bu vaxta qədər olan fəaliyyət tarixinə qısa bir nəzər salaq.

– AQC 1998-ci ildən fəaliyyət göstərir. 1999-cu ildə dövlət qeydiyyatına alınıb. Bu dövrlərdə həm tədris-təlim və qiymətləndiricilərin hüquqlarının müdafiəsi sahələrində, həm də assosiativ təşkilat kimi fəaliyyət göstərib. Son dövrlər bu fəaliyyət daha da güclənib. Son üç ilə yaxın müddətdə AQC beynəlxalq arenada daha ciddi nəticələr əldə edib. Türk dövlətlərinin qiymətləndirmə institutlarının birliyinin təmin olunmasında AQC-nin mühüm rolu var. AQC CAATS-ın yaradılması istiqamətində əsas təşəbbüskarlardan biri kimi çıxış edib. AQC sədri 2023-2024-cü illərdə həmin qurumun vitse-prezidenti olub, 2024-cü ilin may ayından isə prezidentidir. Bu qurum türk dövlətləri arasında qiymətləndirmə sektorunda inteqrasiyanı, təcrübə mübadiləsini qarşıya məqsəd qoyub. Bu yaxınlarda CAATS ilk sertifikatlaşdırma proqramını həyata keçirəcək. Bununla ilk dəfə türk dövlətləri öz aralarında 7 dövlətin nümayəndələrinin iştirakı ilə sertifikatlaşdırma kursları və müvafiq sertifikatlar üzrə mütəxəssislərin hazırlığını həyata keçirəcək.

– Artıq Azərbaycanda qiymətləndirmə sektorunun fəaliyyətini tənzimləyəcək qurum olan Qiymətləndiricilər Palatası yaradılıb. Bundan sonra AQC hansı istiqamətlərdə fəaliyyət göstərəcək?

– AQC ölkədə ictimai birlik statusundadır və ictimai birliklər içərisində ən böyüyüdür. Birliyin yüzlərlə üzvü var və bu da bizə daha geniş fəaliyyət göstərmək üçün əlavə imkanlar yaradır. AQC çox aktiv bir ictimai qurumdur. Ölkə mətbuatında, ictimai müzakirələrdə, ictimai fikirdə öz sözü, mövqeyi vardır. Bu qurumda birləşən şəxslər, onların təcrübələri, habelə ictimai nüfuzu kifayət qədərdir. Bu da AQC-nin faliyyətinin davamlı olması üçün əsaslardan biridir. Perspektiv olaraq biz peşə birliyi kimi fəaliyyət göstərməyi nəzərdə tutmuşuq. Milli Məclisdə peşə birlikləri haqqında qanun təqdim olunub. Bu qanun qəbul olunsa, assosiativ təşkilatlar yeni status əldə edəcəklər. Bu da onların fəaliyyətinə dəstək olacaq. Artıq biz digər ictimai birliklərdən fərqli bir status qazana biləcəyik. Çünki ictimai birlik bir neçə nəfərdən ibarət, müxtəlif məqsədlər üzrə yaradılmış qeyri-hökumət təşkilatıdır. Amma AQC və digər assosiativ təşkilatlar bundan fərqli olaraq konkret peşə sahələri üzrə formalaşıb. Bu da onlara əlavə bir statusun verilməsini zəruri edir. Peşə birliyi istiqamətində formalaşmaqdan əlavə AQC-nin qarşısında daha bir hədəf durur. Bizim peşəni öyrənən, bu istiqamətdə təhsil alan müxtəlif tədris müəssisələrində tələbələr var. Eyni zamanda bu sahədə akademik fəaliyyət göstərən çox sayda müəllimlər mövcuddur. Onların Cəmiyyətə cəlb olunması, Cəmiyyətin işində onların potensialından istifadə edilməsi həmişə prioritet olub. Təəssüf ki, son üç ilə qədər bu istiqamətdə müəyyən fasilələr baş verib. Hazırda bu üzrə addımların atılmasını və akademik cinahımızın gücləndirilməsini planlaşdırırıq. Düşünürük ki, rəhbərlikdə də akademik cinah daha ciddi rol almalıdır. Çünki qiymətləndirmə istiqamətində bizim elmi-nəzəri işlərimizin çərçivəsi, hədəfləri böyükdür. Yaxın vaxtlarda Cəmiyyətin akademik hissəsi ilə birlikdə beynəlxalq qiymətləndirmə standartlarının son variantının Azərbaycan dilinə uyğunlaşdırılması istiqamətində tədbirlərə start verəcəyik. Eyni zamanda milli qiymətləndirmə standartlarının hazırlanması üçün təkliflərimizi hazırlayacağıq.

– Bank sektoru ilə əməkdaşlıq hansı səviyyədədir?

– Planlarımızdan biri də bank sektorunun Cəmiyyətdə təmsil olunmasıdır. Bank ekspertlərinin AQC-ə cəlb olunması istiqamətində addımlar atılıb. Bu ilin yanvar ayında AQC idarə heyəti tərəfindən yeni struktur qəbul olunan zaman Bank Ekspertlər Şurasının yaradılması ilə bağlı müvafiq qərar verilib və qurumun tezliklə banklardan ibarət bir koordinasiya şurası kimi təşkili qərara alınıb. Bu yaxınlarda 13 əsas bankın iştirakı və AQC nümayəndərələrin təşəbbüsü ilə Cəmiyyət daxilində müvafiq qurum, yəni Bank Ekspertlər Şurası yaradılıb. Bununla da biz təkcə akademik cinahı gücləndirmək yox, eyni zamanda bank sektorunun AQC-də təmsil olunmasını təmin edirik.

Eyni zamanda, qiymətləndirici peşəsinə həvəsi olan gənclərin bu qurumda birləşməsinə çalışacağıq. Yəni sayımızın artırılması, keyfiyyətimizin yüksəldilməsi, ölkədə qiymətləndirmə sektorunun inkişafı ilə bağlı tədbirlərin keçirilməsi, beynəlxalq arenada Azərbaycan qiymətləndiricilərinin təmsil olunması, ölkədə qiymətləndirmə sektorunda tənzimləyici qurum kimi çıxış edən Qiymətləndiricilər Palatasının fəaliyyətinə dəstək verilməsi istiqamətində addımlar atacağıq. Bu günə qədər olduğu kimi sertifikatlaşdırma kurslarını davam etdirəcəyik, təlim-tədris istiqamətində fəaliyyətimizi yenidən quracağıq və keyfiyyətini daha da yüksəltməyə çalışacağıq. Eyni zamanda Azərbaycan hökumətinə sektorun inkişafı ilə bağlı təkliflərimizi müxtəlif istiqamətlərdə təqdim etməyə çalışacağıq. Yəni fəaliyyətimizdə hansısa bir dəyişiklik yoxdur. Əksinə, fəaliyyətimizin daha da genişləndirilməsi və inkişafı nəzərdə tutulur. Hazırda fəaliyyətimiz assosiativ və peşə birliyi fəaliyyətidir. Eyni zamanda sertifikatlaşdırma, təlim-tədris işlərinin aparılması istiqamətində addımların atılmasından ibarətdir. Hesab edirəm ki, AQC-ni növbəti dövrdə kifayət qədər geniş fəaliyyət sferası gözləyir, qurumumuz şirkətlərin təşkilatından bütün ölkə qiymətləndiricilərinin birliyinə çevriləcək və bu istiqamətdə çox böyük miqyaslı planlarımız var.

– AQC-ə yeni qoşulan şirkətlər varmı?

– Fəaliyyətimizə çox böyük maraq var. “LEGAL BASE CONSULTİNG” MMC və “BARAT CONSULTANCY” MMC şirkətləri sıramıza qoşulub. Sayımız artıq 62 şirkətə çatıb. Yeni müraciətlər də var. Onları müzakirə edirik. Yəqin ki, növbəti ildə sayımızı daha da artıracağıq. Hazırda şirkətlərin müraciətləri monitorinq olunur. Onların AQC üzvü standartlarına cavab verib-vermədiyi barədə rəylərimiz hazırlanır. Yəqin ki, yaxın müddətdə həmin şirkətlər də sıramıza daxil olacaq. ​

– AQC olaraq Palata ilə fəaliyyətləriniz hansı formada təşkil ediləcək?

– AQC Palatanın yaradılmasının təşəbbüskarı olub. Bununla bağlı müxtəlif dövlət qurumları ilə görüşlərdə iştirak etmişik və israrla Azərbaycanda inzibati qurumun olmasını bütün görüşlərdə diqqətə çatdırmışıq. Sevindirici haldır ki, ötən il Milli Məclisdə “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun qəbul edildi və ölkə başçısı tərəfindən təsdiq olundu. Bundan sonra da həm üzvlük şərtləri, həm də üzvlük haqları ilə bağlı Palataya təkliflərimizi verəcəyik. Cənab Prezident İlham Əliyevin də verdiyi göstərişə əsasən, kiçik sahibkarlara qarşı xüsusi dəstək xarakterli tədbirlər görülür. Nəzərə alsaq ki, Palata yeni formalaşıb və bu qurumda olan şirkət və şəxslərin əksəriyyəti kiçik sahibkarlıqla məşğul olur, Palata yarıdövlət qurumu, yəni dövlətin iştirakı ilə təşkil olunmuş ictimai birlik olaraq bu məsələni diqqətdə saxlamalı və onlara dəstək olmalıdır. Palata həm Azərbaycanda qiymətləndirici sferanın peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində tədbirlər görməli, həm də üzvlüklə bağlı ödənişləri toplamalıdır ki, beynəlxalq fəaliyyəti, daxildəki təlim-tədris işini və sektorun tənzimlənməsini həmin ödənişlər əsasında özü özünü maliyyələşdirən qurum kimi təmin etsin.

– Bu istiqamətdə necə bir təklif irəli sürürsünüz?

– Biz burda Türkiyə təcrübəsindən yararlanmağı təklif edirik. Türkiyədə şirkətlər üzrə minimum ödənişlər olur. Hansı sahədə olmasından asılı olmayaraq Palata üzvü bir nəfərdir, bir şirkətdir və həmin qurum ödəniş edirsə, tabeliyində olan qiymətləndiricilər ödəniş etmirlər. Digər tərəfdən, ikinci bir ödəniş tətbiq olunur. Məsələn, hər bir şirkət üçün minimum məbləğ müəyyən olunur.Türkiyədə bu, səhv etmirəmsə, simvolik olaraq iki türk lirəsi təşkil edir. Verilən hər hesabata görə, tənzimləyici quruma ödəniş olunur. Burda şirkətlərin gücü, müştəri portfeli, gördüyü işlərin sayı nəzərə alınmalıdır. Hamıya eyni cür münasibət göstərilsə, bu, kiçik şirkətlərin boğulması ilə nəticələnəcək. Bu da ədalətli yanaşma olmayacaq. Güman edirəm ki, monopoliya olmaması, yalnız kifayət qədər portfeli olan şirkətlərin üzdə qalmaması və sağlam rəqabətin təmin edilməsi üçün AQC-nin bu təklifləri Qiymətləndiricilər Palatası tərəfindən nəzərə alınacaq. Məqsədimiz bu sektorun inkişafı, sektorda ədalətin bərpasıdır. Məhz ona görə, Palatanın yaradılması, yeni qanunun qəbulu, yeni şəraitin təmin olunması ilə bağlı vaxtilə məsələlər qaldırmışıq, bu istiqamətdə fəaliyyət göstərmişik. Bu məqsədlərimizin həyata keçməsi üçün AQC ictimai birlik və peşə birliyi olaraq fəaliyyətini davam etdirəcək.

– Dövlət İmtahan Mərkəzi ilə fəaliyyətlərinizdə hansı yeniliklər var?

– Hazırda Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanlara hazırlıq üçün kurslar keçiririk. Həmin kurslarda sınaq imtahanları olur. Qiymətləndirici mütəxəssislərin hazırlanması ilə bağlı fəaliyyət göstəririk. Müəssisə qiymətləndirməsi ən peşəkar qiymətləndirmə hesab olunur. AQC yeganə qurumdur ki, bu istiqamətdə kurslar təşkil edib. Ölkədə bu sahədə yeganə kurs bizdədir və biz bu istiqamətdə insanların hazırlıq keçməsini təmin edirik. Bu sahə Azərbaycanda yenidir. Gələcəkdə bu sahə daha perspektivli olacaq. Bu istiqamətdə yeni kadrlara böyük zərurət var.

– AQC və CAATS-ın birgə fəaliyyətlərində hansı yeniliklər gözlənilir?

– CAATS-ın fəaliyyətləri ilə də bağlı təşəbbüslərimiz var. Bu həftə Ədliyyə Nazirliyinə müraciət edəcəyik və CAATS-ın Azərbaycanda qeydiyyat prosesi başlayacaq. CAATS Azərbaycanda qeydiyyata alınsa, Bakı türk dünyası qiymətləndiricilərinin mərkəzinə çevrilə bilər. Ədliyyə Nazirliyindən verilən son cavaba görə bu, mümkündür. Müvafiq sənədləri əsas üzv sayılan Türkiyə, Özbəkistan, Qazaxıstan və Qırğızıstandan da istəmişik. Türkmənistan və Şimali Kipr Türk Respublikası isə assosiativ üzvdürlər. O baxımdan onların sənədləri təqdim olunmayacaq. Yaxın müddətdə Ədliyyə Nazirliyindən müsbət qərar gözləyirik. Bu, bizim və bütün türk dünyası üçün çox böyük əhəmiyyətə malik məsələdir. Hesab edirəm ki, Ədliyyə Nazirliyi hökumətin bir hissəsi olaraq cənab Prezidentin də elan etdiyi kimi Azərbaycanın xarici siyasətinin əsas prioriteti olan türk dövlətlərinin birliyi istiqamətində öz töhfəsini verəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 16 Dekabr 2024 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see150

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see143

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see138

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see133

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see132

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see127

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see127

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see123

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see122

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see121

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see120

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see119

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see117

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see115

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see113

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see113

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see113

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see110

Çin ABŞ a nadir torpaq metallarının ixracını dayandırıb

14 Aprel 2025 12:15see108

Goldman neft qiymətlərinin 2026 cı ildə daha da düşəcəyini gözləyir

14 Aprel 2025 11:53see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri