Icma.az
close
up
RU
AQC sədri Vüqar Oruc Qırğızıstanda keçirilən beynəlxalq konfransda iştirak edib

AQC sədri Vüqar Oruc Qırğızıstanda keçirilən beynəlxalq konfransda iştirak edib

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qırğızıstanın Bişkek şəhərində “Yaşıl iqtisadiyyat, idarəetmə, elm və təhsil:Rəqəmsal transformasiya və qloballaşma şəraitində davamlı inkişafın problemləri və gələcəyi” mövzusunda beynəlxalq konfrans keçirilib. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc konfransda Azərbaycanda yaşıl iqtisadiyyata keçid və rəqəmsallaşma istiqamətində görülən işlər, yaşıl enerji istehsalında əldə edilən uğurlarla bağlı onlayn şəkildə çıxış edib.

Bu barədə Tribunainfo.az -a AQC-dən məlumat verilib.

Məlumata görə, Vüqar Oruc xüsusi vurğulayıb ki, Azərbaycanda dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də növbəti illərdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyənləşdirilən beş Milli Prioritetdən biri Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi olmasıdır: “O, işğaldan azad edilən ərazilərimizin yaşıl enerji zonalarına çevrilməsi istiqamətində görülən genişmiqyaslı fəaliyyət barədə də tədbir iştirakçılarına məlumat verib. “İşğaldan azad olunan ərazilərimizin “yaşıl enerji” zonasına çevrilməsi üçün kompleks tədbirlər görülür, “smartcity” (“ağıllı şəhər”), “smart-village” (“ağıllı kənd”) konsepsiyası əsasında kəndlərin və şəhərlərin inşası həyata keçirilir, ərazidə yaradılacaq sənaye müəssisələrinin “yaşıl iqtisadiyyat”a töhfə verməsinə xüsusi diqqət yetirilir, günəş və külək enerjisindən istifadə imkanları araşdırılır”, – deyə Vüqar Oruc əlavə edib”.

Məlumatda qeyd edilir ki, AQC sədri Azərbaycanda rəqəmsal transformasiyaların tətbiqi istiqamətində də önəmli addımların atıldığını deyib: “Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri təkcə paytaxt Bakıda deyil, regionlarda da rəqəmsal savadlılığın artırılması, İKT üzrə bilik və bacarıqların inkişaf etdirilməsi istiqamətində layihələrin həyata keçirildiyini qeyd edib. O, son illər ölkəmizdə dövlət tərəfindən “rəqəmsal hökumət” konsepsiyasının tətbiq edildiyini, Azərbaycanda bir çox dövlət qurumlarının rəqəmsal xidmətlərə keçid etdiyini diqqətə çatdırıb. Çıxışının sonunda Vüqar Oruc bir neçə gündən sonra Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının (COP 29) keçiriləcəyini və belə bir tədbirin ölkəmizdə baş tutmasının Azərbaycanda yaşıl iqtisadiyyatın inkişafına, qlobal iqlim problemlərinin həllinə verilən önəmin göstəricisi olduğunu vurğulayıb. Qığızıstan, Qazaxıstan, Azərbaycan, Rusiya və Türkiyədən olan elm adamları, iqtisadçılar və rəsmi şəxslərin iştirak etdiyi tədbirdə yaşıl iqtisadiyyata və dayanıqlı enerji mənbələrinə keçid imkanları, təhsildə yaşıl inteqrasiya dövründə elmi-pedoqoji kadrların yetişdirilməsi, ətraf mühit faktorlarının insan kapitalının inkişafına təsiri və digər istiqamətlərdə çıxışlar səsləndirilib, maraqlı müzakirələr aparılıb”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:129
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 07 Noyabr 2024 15:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see245

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see220

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see192

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see175

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see173

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see167

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see157

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see156

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see156

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see154

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see152

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see147

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri