Icma.az
close
up
RU
AQC sədrinin fəaliyyəti beynəlxalq qiymətləndirmə təşkilatları tərəfindən yüksək qiymətləndirilib

AQC sədrinin fəaliyyəti beynəlxalq qiymətləndirmə təşkilatları tərəfindən yüksək qiymətləndirilib

Tribuna portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

- +

Beynəlxalq qiymətləndirici birliklər Vüqar Oruca Qiymətləndiricilər Palatasının sədri vəzifəsinə seçkilərdə dəstək ifadə ediblər.
Beynəlxalq qiymətləndirmə təşkilatlarının rəhbərləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndirmə Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruca qiymətləndirmə sahəsindəki fəaliyyətlərinə görə təşəkkür məktubları göndərib.

Tribunainfo.az xəbər verir ki, Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinin sədri Yaşar Bahçeci , Belarus Qiymətləndirmə Təşkilatları Assosiasiyasının sədri Svetlana Yurenya, Şimali Kipr Daşınmaz Əmlak Qiymətləndirmə Mütəxəssisləri Birliyinin başqanı Kutay Ramiz tərəfindən göndərilən məktublarda Vüqar Oruca Azərbaycan Qiymətləndiricilər Palatasına seçkilərdə dəstək ifadə olunub.

Türkiyə Qiymətləndirmə Mütəxəssisləri Birliyinin sədri Yaşar Bahçeci öz məktubunda Vüqar Oruc tərəfindən türk dövlətləri arasında əlaqələrin dərinləşməsinə və çox tərəfli əməkdaşlığın gücləndirilməsinə verlən töhfələri təqdir etdiyini bildirib. O, qeyd edib ki, Vüqar Orucun liderliyi ilə türk dövlətləri arasında güclü bir əməkdaşlıq mədəniyyəti formalaşdırılmış, qiymətləndirmə və oxşar sahələrdə mütəxəssislərin ortaq bir platformada bir araya toplanması təmin edilib.

“Qiymətləndirmə fəaliyyətləri ilə yanaşı, türk dövlətləri arasında çoxşaxəli əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində göstərdiyiniz səylər təkcə türk dünyasında deyil, beynəlxalq arenada da səmərəli əməkdaşlıq modelinin yaranmasına töhfə verib. Beynəlxalq əməkdaşlıq üçün atdığınız addımlar Türk dövlətlərinin qlobal miqyasda daha güclü mövqe qazanmasına kömək edib. Siz türk dünyasında qiymətləndirmə sahəsində əməkdaşlığı inkişaf etdirərək türk dövlətlərinin iqtisadi inkişafına mühüm töhfə verirsiniz. Göstərdiyiniz vizyon və qətiyyət CAATS-in beynəlxalq nüfuzunu gücləndirib və qiymətləndirmə mütəxəssislərinin daha səmərəli bir şəkildə əməkdaşlıq etmələrinə şərait yaradıb”, – deyə Y.Bahceci əlavə edib.

Belarus Qiymətləndirmə Təşkilatları Assosiasiyasının sədri Svetlana Yurenya qeyd edib ki, Vüqar Orucun rəhbərliyi ilə təşkil edilən beynəlxalq tədbirlər Belarus və Azərbaycan Respublikaları qiymətləndiriciləri arasında dostluq münasibətlərinin qurulmasına şərait yaratmışdır. Bu isə ölkələr arasında iqtisadi və sosial sahələrdə ikitərəfli əməkdaşlığın inkişafına böyük töhfə vermişdir.

“Sizin fəaliyyətiniz Azərbaycan Respublikasında qiymətləndirmə sahəsinin inkişafında əhəmiyyətli rol oynayır. Sizin rəhbərliyiniz sayəsində Azərbaycan qiymətləndiriciləri haqqında məlumat təkcə Belarusda deyil, həmçinin Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Rusiya Federasiyası, Türkiyə və Özbəkistanda da yayılmışdır”, – deyə məktubda bildirilib.

Şimali Kipr Daşınmaz Əmlak Qiymətləndirmə Mütəxəssisləri Birliyinin başqanı Kutay Ramiz da Vüqar Oruc tərəfindən CAATS-ın qurulması, türk dövlətlərinin qiymətləndirmə sahəsində birgə fəaliyyət göstərməsi istiqamətində atılan addımları yüksək qiymətləndirdiyini ifadə edib.

“Sizin liderliyinizlə türk dövlətləri arasında peşəkar fəaliyyətlər baxımından əməkdaşlığın daha da artacağına tam bir inancımız var. Eyni zamanda Azərbaycanda qiymətləndirmə peşəsinin qanuni olaraq da layiq olduğu yeri tapması üçün öz fəaliyyətinizi ortaya qoyduğunuzu bilirik və qısa müddətdə Azərbaycan Qiymətləndiricilər Palatasının qurulacağını məmnunluqla qarşılayırıq. İstər türk dövlətlərinin peşəkar birlikləri arasında əlaqələrin inkişaf etdirilməsi, istərsə də Azərbaycanda daşınmaz əmlakın qiymətləndirilməsi sahəsinin inkişafı üçün həyata keçirdiyiniz fəaliyyətlər səbəbilə Sizə təbrik və təşəkkürlərimizi çatdırır, həyata keçirəcəyiniz gələcək fəaliyyətlərinizdə uğurlar diləyirik”, -deyə K.Ramiz qeyd edib.

Qeyd edək ki, Vüqar Oruc 2022-ci ilin may ayından Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, bu ilin may ayından isə Türk Dövlətləri Qiymətləndirmə Birlikləri Şurasının (CAATS) prezidentidir. 30 noyabr tarixində keçiriləcək Azərbaycan Qiymətləndiricilər Palatasının təsis toplantısında rəhbəri olduğu qurum tərəfindən Vüqar Orucun palatanın sədri vəzifəsinə namizədliyi irəli sürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 29 Noyabr 2024 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see368

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see252

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see201

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see195

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see166

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see152

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see146

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see143

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see141

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see140

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see139

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see137

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see134

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see133

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see133

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri