Icma.az
close
up
RU
Azərbaycan Ordusunun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib

Azərbaycan Ordusunun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

25 oktyabr tarixi xalqımızın qəhrəmanlıq salnaməsinə qızıl hərflərlə yazılmış tarixi günlərdən biridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Ordumuzun qəhrəmanlığı və xalqımızın sarsılmaz birliyi nəticəsində 2020-ci il 25 oktyabrda Qubadlı şəhəri işğaldan azad edildi.

Bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib. 

Deputat bildirib ki, Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixində imzaladığı Sərəncamla bu əlamətdar gün rəsmi olaraq Qubadlı Şəhəri Günü kimi təsis olunmuşdur. Bu qərar yalnız bir rayonun deyil, bütövlükdə Qarabağın dirçəlişi və suverenliyimizin təntənəsi baxımından mühüm rəmzdir.

Qubadlı rayonunun işğaldan azad olunması 44 günlük Vətən müharibəsində mühüm dönüş nöqtələrindən biri oldu və Böyük Qələbəmizi bir qədər də yaxınlaşdırdı. Ulu Torpaqlarımıza yenidən həyat qayıtdı, Qubadlıya öz sahibləri, onun qəhrəman, mərd övladları qayıtdı.

Millət vəkilinin sözlərinə görə, Qubadlı rayonunun azadlığı uğrunda döyüşlərdə Azərbaycan əsgəri yüksək peşəkarlıq, fədakarlıq və vətən sevgisi nümayiş etdirdi. Düşmənin güclü istehkamlar qurduğu ərazilər, strateji yüksəkliklər mərdliklə ələ keçirildi və nəticədə 25 oktyabrda Qubadlı şəhəri düşməndən tam azad olundu. Bu şanlı zəfər bir daha göstərdi ki, Azərbaycan xalqı heç vaxt torpaqlarını, tarixi ədaləti unutmur və unudulmasına da imkan verməz.

Azərbaycan Ordusunun qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 2020-ci il noyabrın 26-da təsis edilmiş “Qubadlının azad olunmasına görə” medalı ilə 15 mindən artıq hərbi qulluqçumuz təltif olunub. Bu, Vətən qarşısında misilsiz xidmətin, igidliyin və qələbə ruhunun təntənəsidir.

Fatma Yıldırım qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə, o cümlədən Qubadlı rayonunda "Böyük Qayıdış" Proqramı çərçivəsində genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Artıq Qubadlının yeni inkişaf dövrü başlanıb. 2040-cı ilədək Qubadlı şəhərinin Baş planı təsdiq edilib, “Qubadlı” yarımstansiyası istifadəyə verilib, sürətli internet infrastrukturu qurulub. Mahruzlu və Zilanlı kəndlərində müasir tikinti layihələri həyata keçirilir. Qubadlı-Eyvazlı və Qubadlı-Laçın avtomobil yollarının inşası, “Qubadlı” gömrük postunun yaradılması, ərazinin sosial-iqtisadi dirçəlişinə böyük təkan verir. Bütün bu layihələr dövlətimizin qayğısının, cənab Prezidentimizin uzaqgörən siyasətinin təcəssümüdür.

25 oktyabr Qubadlı Şəhəri Günü münasibətilə bütün qubadlılı həmvətənlərimizi, qəhrəman əsgər və zabitlərimizi səmimi-qəlbdən təbrik edir, onlara əmin-amanlıq və rifah arzulayıram.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:55
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Oktyabr 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see239

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see219

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see212

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see187

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see172

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see153

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri