AQEM in VII Zirvə görüşündə nələr müzakirə ediləcək? Video
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə görüşü keçirilir.
Bakıvaxtı.az Baku TV-yə istinadən xəbər verir ki, Azərbaycanın sədrliyi ilə keçirilən sammitdə regional təhlükəsizlik, qarşılıqlı etimadın möhkəmləndirilməsi və Asiya ölkələri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunur.
Azərbaycan 2024-cü ilin may ayından etibarən təşkilata "Daha güclü AQEM: Asiyada Bağlantılar, Rəqəmsallaşma və Dayanıqlı İnkişaf" konsepsiyası ilə sədrlik edir.
Zirvə görüşündə üzv dövlətlər arasında əməkdaşlığın gələcək prioritetləri, təşkilatın institusional inkişafı və regional məsələlər diqqət mərkəzindədir.
Tədbirin yekununda qəbul ediləcək sənədlərin Asiyada təhlükəsizlik, sabitlik və etimad mühitinin gücləndirilməsinə töhfə verməsi gözlənilir.
Qeyd edək ki, AQEM-in yaradılması təşəbbüsü 1992-ci il oktyabrın 5-də Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən BMT Baş Assambleyasının 47-ci sessiyasında irəli sürülüb. Azərbaycanın da təsisçi üzvlər sırasında yer aldığı təşkilata ölkəmiz 1999-cu ildə üzv olub. Hazırda AQEM-in 28 üzv dövləti var. Laosun üzvlüyünün təsdiqlənməsi ilə bu sayın 29-a çatacağı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 15 Oktyabr 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















