AQİNF nin baş katibi: “Avropa Gənclər Qış Olimpiya Festivalında Leylidən daha yüksək nəticə gözləyirdik”
Icma.az, Report.az saytına istinadən bildirir.
Avropa Gənclər Qış Olimpiya Festivalında Leylidən daha yüksək nəticə gözləyirdik.
Bunu “Report”a açıqlamasında Azərbaycan Qış İdmanı Növləri Federasiyasının (AQİNF) baş katibi Günel Bədəlova fiqurlu konkisürən Leyli Axundovanın Gürcüstanda keçirilən “Bakuriani-2025” Avropa Gənclər Qış Olimpiya Festivalında göstərdiyi nəticə ilə bağlı deyib.
Qurum rəsmisi bunun idmançı üçün ilk böyük yarış olduğunu vurğulayıb:
“Təbii ki, Leylidən daha yüksək nəticə gözləyirdik. Çünki potensialı buna imkan verir. Onun ilk böyük yarışı idi, həyəcan da sözünü dedi. Bu səbəbdən istədiyimiz nəticəni əldə edə bilmədik. Gürcüstandakı yarış onun üçün bir təcrübədir. Ümidvarıq ki, gələcəkdə daha yüksək nəticələr göstərəcək”.
Qeyd edək ki, Batumidə baş tutan festivalda L.Axundova qısa proqramda 33.84 xalla 28-ci olub. O, sərbəst proqramda isə 64.50 xalla 26-cı yeri tutub. Ümumilikdə fiqurlu konkisürən festivalı 31 iştirakçı arasında 28-ci pillədə başa vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 17 Fevral 2025 17:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















